Qiyamət hesabına inam axirət inamının əsasıdır
Digərləri 15 Yan 2023 19:55:00 395 0
İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur:
Bu xəbəri də oxu: Sürücülərin nəzərinə
"Ey Cündəb oğlu Əbdullah, bizi tanıyanlara vacibdir ki, hər gündüz və gecədə əməllərinə nəzər salıb özləri ilə hesab çəksinlər. Gördükləri yaxşı işləri artırıb, çirkin işlərə görə bağışlanma tələb etsinlər ki, qiyamətdə rüsvay olmasınlar".
Əhli-beyti tanıyan hər bir müsəlman öz həyat proqramını onların göstərişlərinə uyğunlaşdırmalı və əməllərinə nəzər salmalıdır. İnsanın öz əməllərinə nəzər salması Allahın onun ruhuna əta etdiyi bir xüsusiyyətdir. Adətən, başqalarını qiymətləndirmək imkanına malik olan insan üçün öz daxilinə də nəzər salmaq səciyyəvidir.
İnsanda özünü həvəsləndirmək, tənbeh etmək, danlamaq kimi xüsusiyyətlər vardır. Bütün bunlar Allahın insana böyük mərhəmətidir. Elə bu səbəblərdən də insandan hər gün heç olmazsa bir dəfə əməllərini araşdırmaq tələb olunur. Özü ilə hesab çəkən insan yaxşı bir əməllə rastlaşdıqda bunu Allahın lütfü bilməli və yaxşı əməlləri artırmaq üçün Ondan yardım istəməlidir.
Bir rəvayətə əsasən, insan öz yaxşı əməlinə görə Allaha şükr etməli və gələcəkdə daha çox yaxşı iş görmək üçün Ondan yardım diləməli, pis işlərinə görə tövbə etməlidir. Amma tövbənin şərtləri vardır.Qılınmamış namazın qəzasını qılmaq, vurulmuş zərəri ödəmək və s.
Qiyamət günü ötən nöqsanların nəticələrini aradan qaldırmaq qeyri-mümkündür. İmam (ə) qiyamət gününün rüsvayçılığını xatırladaraq hələ imkan varkən nöqsanları aradan qaldırmağa çağırır.İnsan üçün olduqca ağrılı olan peşmançılığın qarşısını almaq məqsədi ilə yubanmadan özümüzlə hesab çəkməliyik.
Qiyamət gününün adlarından biri "yəvmül-həsrət", yə´ni "həsrət günü"dür. Bu ad peşmançılığın ruhən ağrılı olmasına bir işarədir. Qiyamət gününün başqa bir adı isə "yəvmül-hisab", yəni "hesab günü"dür.
İnsan nə zamansa bütün xeyir və şər əməllərinin hesaba çəkiləcəyinə əmin və diqqətli olmasa çirkin işlərdən uzaqlaşmağa çalışmaz. Amma qarşılaşacağı sorğunun ciddiliyinə inansa xırda nöqsanlara belə yol verməz. Qurani-Kərimdə də təsdiq olunur ki,qiyamət əzabının səbəbi insanların həmin günü unutmasıdır. Məhz bu unutqanlıq səbəbindən insan əbədi əzaba düçar olur.
Qurani-Kərimin "Sad" surəsinin 26-cı ayəsində oxuyuruq: "Şübhəsiz ki, Allah yolundan azanları hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir".
Qurani-Kərimdə biri həddi aşmış, digəri isə öz əməllərinə diqqətli olan iki qardaş haqqında danışılır. Mömin qardaşının nəsihətlərini qulaqardına vuran təkəbbürlü qardaş deyir: "Qiyamətin qopacağını təsəvvür etmirəm. Hətta Rəbbimin hüzuruna qaytarılsam özümə bundan da yaxşı məskən taparam"("Kəhf" surəsi, ayə 36.). Quran bu hekayəti nəql etməklə hesab-kitabsız etiqadın heç bir fayda verməyəcəyini anladır.
Qiyamət hesabına inam axirət inamının əsasıdır. Qiyamət gününün hikməti insanların öz yaxşı və pis əməllərinin mükafat və cəzasına çatmasıdır. Hesab olmasaydı, qiyamət nəyə lazım idi?!
Həzrət Peyğəmbər (s) buyurur: "Nə qədər ki, hesaba çəkilməmisiniz özünüz özünüzü hesaba çəkin"("Biharul-ənvar", cild 70.). Belə bir inama malik olan insan hökmən öz əməllərini nəzərdən keçirib nəticə çıxarır.
Müharibələrlə və fəsadla dolu dünyada ümidsizliyə qapılmamaq olarmı?
Donuz qripi və kovid oxşar simptomlarla müşayiət olunsa da, birincisində a
Şəkər xəstəliyi, pankreatit adlanan xəstəlik bədənində kifayət qədə
Həkimlərin fikirinə görə, hipodinamiya (hərəkətsizlik) müasir insanlar�
"WhatsApp" qarşı tərəfi bloklamaq üçün daha asan və daha sür�
Rusiyanın Ukrayna qüvvələri üzərində əhəmiyyətli bir üstünlüyü var
Qarabağda separatçı rejimin "rəhbərliyi" - Araik Arutyunyan və R
Güclü stres, təşviş və qorxu doğulacaq uşağın cinsiyyətinə təsir ed
Beşinci nəsil çoxfunksiyalı döyüş təyyarəsi F-35 ABŞ donanmasındakı
Böyük Britaniya Xarici İşlər Nazirliyi İranda Britaniya vətəndaşı Əli
"Rusiyanın işğalçı ordusu geri çəkildiyi ərazilərdə qətliamlar t
Əksər insanların ölümdən qorxduğu sirr deyildir. Ayə və hədislərdən
İmmunitet və ya immun sistem orqanizmə kənardan daxil olan bakteriya, virus,
"Hәr kәs tәzkiyәyi-nәfs(nəfsini təmizlədi) еtdi nicаt tаpdı vә