İmmuniteti necə, hansı vasitələrlə möhkəmləndirək?


Digərləri 15 Yan 2023 19:15:00 321 0

İmmuniteti necə, hansı vasitələrlə möhkəmləndirək?

İmmunitet və ya immun sistem orqanizmə kənardan daxil olan bakteriya, virus, göbələk və s. kimi hər hansı bir yad toxumaya, cismə qarşı mübarizə aparır.

Həmçinin köhnəlmiş hüceyrələrin məhvinə nəzarət edərək bizi onkoloji xəstəliklərdən qoruyur. İmmun sistem ana bətnində formalaşır və ekologiya, həyat tərzi və irs ilə bağlıdır. Bəzi qaydalara riayət etməklə immuniteti möhkəmləndirmək mümkündür.

Saglamolun.az medicina.az-a istinadla xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Tn həkim-immunoloqu Təranə Qonaqova immunitet sistemini gücləndirməyin yolları barədə danışıb.

"Sağlam insanın kənar təsirə ehtiyacı yoxdur, sadəcə immunitetin düzgün işləməsi üçün şərait yaratmaq kifayətdir. Bu, xüsusən payız və qış aylarında aktualdır. Çünki məhz bu aylarda bir çox insanların xəstəliklərə qarşı müqaviməti zəifləyir. Buna səbəb isə günəş işığının azlığıdır. Gün işığı immunitetin təbii stimulyatoru və yaxşı əhval ruhiyyənin mənbəyidir. Pozitiv olun, hər yeni günə sevinin. Eyni zamanda, peyvəndlənməyə laqeyd yanaşmayın.

Özünüzü normal fiziki formada saxlayın. Təmiz havada gəzinti və idman orqanizmi oksigenlə zənginləşdirir, toksik maddələrin bədəndən çıxmasına səbəb olur.

Yuxu rejimi güclü immunitetin əsas şərtidir. Altı saatdan az olan gecə yuxusu immun hüceyrələri olan leykositlərın azalmasına səbəb olur, antidepressant və antioksidant sayılan melatoninin ifrazını azaldır.

Düzgün balanslaşdırılmış qidalar möhkəm immunitetin rəhnidir. Vitaminlərlə, mikroelementlərlə, zülallarla zəngin qidalardan istifadə etmək məsləhətdir. Leykosit hüceyrələrinin sintezini stimullaşdıran vitamin C tərkibli ərzaqlara - alma, sitrus meyvələri, giləmeyvələr, bolqar bibəri, fermentləşmiş kələm, itburnu, cəfəri, şüyüd və s.aiddir.

Vitamin D immun sisteminin stimullaşdırılmasında əsas rol oynayır. Vitamin D defisiti zamanı T-hüceyrələri yetərincə aktivləşmir və bu səbəbdən patogen mikroorqanizmlar vaxtında aşkar olunmadığı üçün xəstəliyin uzun sürməsinə səbəb olur. Yumurtanın sarısı, kərə yağı, dəniz məhsulları, çərəzlər bu vitaminin təbii mənbəyidir.

Vitamin A burun və sinusların selikli qişasının membranlarının bütövlüyünü təmin edir. Leykositlərin faqositar aktivliyini çoxaldaraq baryer funksiyasını təmin edir və bununla da immunitetə təsir göstərir. Balıq yağı, qara və qırmızı kürü, yumurta sarısı, kərə yağı, qara ciyər, tərəvəzlərdən bolqar bibəri, kök, brokkoli, kərəviz kimilər vitamin A mənbəyidir.

Minerallardan vacib olan Sink T-hüceyrələri aktivləşdirir, interferon ifrazını artırır, Timus vəzini stimullaşdırır. Sink ən çox qırmızı ət, qaraciyər, dəniz məhsulları, mərcimək, boranı tumları, küncüt, günəbaxan tumunda və s. rast gəlinir.

Bundan əlavə, immun müqaviməti bağırsağın sağlam mikrobiomundan asılıdır. Əgər bağırsaqda disbalans varsa, bu halda müdafiə zəifləyir. Sağlam balansı saxlamaq üçün fermentləşdirilmiş süd məhsulları, qatıq, yoqurt və tərəvəzi rasiona daxil etmək məqsədəuyğundur.

Stress orqanizmdə bioloji özünüməhvetmə mexanizmini işə salır və bununla da müqavimətə mənfi təsir göstərir, xüsusilə T-limfositlərin sayını azaldır. Qlükoza bir çox patogen orqanizmlər üçün ən arzu olunan qida mənbəyidir. Qlükoza qanda çox olarsa infeksiya ilə mübarizə edən leykositlərin aktivliyi düşür. Bu səbəbdən qənnadı məhsulları, çörək-bulka məmulatı kimi tez həzm olunan karbohidratları rasiondan çıxarıb əvəzində mürəkkəb karbohidratlar və sellülozanı yüksək miqdarda tərkibli məhsullardan istifadə etmək lazımdır.

Mütamadi olaraq alkoqol və nikotin istifadəsi İqM, İqG sintezini pozur, leykositlərin aktivliyini azaldır. Bundan əlavə, bədənin toxuma və mayelərindən bakteriya hüceyrələrinin divarını məhv edən ferment lizosim yoxa çıxmağa başlayır və bunun nəticəsində xəstəlik törədən mikroorqanizmlərə qarşı müqavimət azalır.

Antibiotik qəbulu xəstəlik törədən patogen mikroorqanizmlərdən əlavə bağırsağın vacib olan mikrobiomuna da təsir edir. Nəzərə alsaq ki, bağırsağın immun sistemi bütün orqanizmın immun sisteminin 70-80% -ni təşkil edir, təsəvvür etmək olar ki, bu preparatlar nə dərəcədə immun sistemini zəiflədir. Bu səbəbdən antibiotiklərin qəbulu yalnız məqsədyönlü həkim məsləhəti olduqda tövsiyə olunur.

İnsаn öz nәfsini sоrğusuаlа çәkmәsә... like
  • 15 Yan 19:10  
Digərləri İnsаn öz nәfsini sоrğusuаlа çәkmәsә...

"Hәr kәs tәzkiyәyi-nәfs(nəfsini təmizlədi) еtdi nicаt tаpdı vә

arrow Ətraflı
Həyatdan və işdən yorulanlar üçün – 5 gücartırıcı like
  • 15 Yan 19:05  
Digərləri Həyatdan və işdən yorulanlar üçün – 5 gücartırıcı

Özünüzü limon kimi sıxılmış, gücsüz, həyatdan yorğun hiss edirsiz? �

arrow Ətraflı
Üzüm qabıq verir. Nə edim? like
  • 15 Yan 19:01  
Digərləri Üzüm qabıq verir. Nə edim?

Payız və qış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimi

arrow Ətraflı
Xankəndidən imkanlı ermənilər belə qaçır like
  • 15 Yan 18:51  
Dünya Xankəndidən imkanlı ermənilər belə qaçır

Beynəlxalq Qırmızı Xaç Komitəsinin aksiya ərazisindən keçirərək, Xank

arrow Ətraflı
Kök pəhrizi ilə arıqlayın like
  • 15 Yan 18:40  
Digərləri Kök pəhrizi ilə arıqlayın

Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma eff

arrow Ətraflı
Çağatay Ulusoy onunla eşq yaşayır? like
  • 15 Yan 18:31  
Şou-biznes Çağatay Ulusoy onunla eşq yaşayır?

Türkiyəli aktyor Çağatay Ulusoyun yeni münasibətə başladığı deyilir.

arrow Ətraflı
Qışda paltarları necə tez quruda BİLƏRİK? like
  • 15 Yan 18:20  
Digərləri Qışda paltarları necə tez quruda BİLƏRİK?

Havalar soyuyanda paltarları yuduqdan sonra qurutmaq çətinləşir. 

arrow Ətraflı
KİV: ABŞ və Avropanın sursatları yaya qədər tükənə bilər like
  • 15 Yan 18:11  
Dünya KİV: ABŞ və Avropanın sursatları yaya qədər tükənə bilər

Qərb ölkələri gələn yay Kiyevə hərbi yardım fonunda sursat çatışmazl

arrow Ətraflı
Dünya Bankı: Qlobal iqtisadi artım kəskin azalacaq like
  • 15 Yan 18:00  
Dünya Dünya Bankı: Qlobal iqtisadi artım kəskin azalacaq

Dünya Bankı (DB) davamlı yüksək inflyasiya səbəbindən 2023-cü il üçü

arrow Ətraflı
İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb  FOTO like
  • 15 Yan 17:52  
Siyasət İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 15-də Əbu-Dabidə Azərb

arrow Ətraflı
Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi... like
  • 15 Yan 17:51  
Dünya Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi...

Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi Moldovaya yenidən birbaşa t

arrow Ətraflı
Bu bitki saçlarınızı qoruyacaq like
  • 15 Yan 17:40  
Digərləri Bu bitki saçlarınızı qoruyacaq

Aloe bitkisindən (əzvay və ya "aloe vera" da adlandırırlar) müxt

arrow Ətraflı
Bakıda "Amazon" şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb like
  • 15 Yan 17:31  
Digərləri Bakıda "Amazon" şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb

Bakıda "Amazon" şirkətinin əməkdaşı olan Türkiyə vətəndaş�

arrow Ətraflı
Xankəndidən İrəvana iki gizli yol varmış like
  • 15 Yan 17:26  
Siyasət Xankəndidən İrəvana iki gizli yol varmış

Xankəndidən Laçın istiqamətinə əsas yoldan əlavə, daha 2 yol çıxır.

arrow Ətraflı
Mətbəxdəki qoxuları aradan qaldırmağın 3 SADƏ YOLU like
  • 15 Yan 17:20  
Digərləri Mətbəxdəki qoxuları aradan qaldırmağın 3 SADƏ YOLU

Mətbəxdə daim yemək bişirildiyi üçün xoşagəlməz qoxu qaçılmazdır.

arrow Ətraflı