Xankəndidən imkanlı ermənilər belə qaçır
Dünya 15 Yan 2023 18:51:00 269 0
Beynəlxalq Qırmızı Xaç Komitəsinin aksiya ərazisindən keçirərək, Xankəndidən İrəvana apardığı "xəstələrlə" bağlı bu gün yayılan məlumatlar təzadlı olması ilə ciddi şübhələrə yol açıb.
Bu xəbəri də oxu: Hakan Fidan Suriyada
Son.az Axar.az-a istinadən xəbər verir ki, daşınan "xəstələrlə" bağlı iki fərqli rəsmi xəbər yayılıb.
Məsələn, Beynəlxalq Qırmızı Xaş Komitəsinin Ermənistandakı nümayəndə heyətinin proqram direktoru Zara Amatuni rəsmi açıqlamasında bildirib ki, bu gün də Xankəndidən 5 xəstə İrəvana gətirilib. Yeri gəlmişkən, dünən də BQXK 5 xəstənin aparıldığını elan etmişdi. Zara Amatuni deyib ki, bununla da indiyə qədər Xankəndidən İrəvana gətirilən "ağır xəstələr"in sayı 31-ə çatıb.
Ermənistan Səhiyyə Nazirliyi isə bu gün rəsmi açıqlamasında elan edib ki, Qırmızı Xaç Komitəsinin xətti ilə bu gün Xankəndidən İrəvana gətirilən 4 ağır xəstə xəstəxanalara yerləşdirilib və beləliklə də indiyə qədər Xankəndidən gətirilən xəstələrin sayı 28-ə çatıb.
Göründüyü kimi, bugünkü fərq bir nəfər, ümumilikdə isə 3 nəfərdir.
BQXK-nin yalan informasiya yaydığını ehtimal etmək çətindir - ortada qeydiyyatdan keçən şəxslər, adlar var; Ermənistan Səhiyyə Nazirliyini də yalan yaymaqda ittiham etmək olmur - xəstəxanaya neçə nəfər yerləşdirilibsə, o rəqəmi də açıqlayır.
Belə görünür ki, Xankəndidə "ağır xəstə" olması barədə saxta arayış alıb, BQXK-nin maşını ilə İrəvana gedənlər var. Onlar İrəvana çatan kimi xəstəxanaya yerləşdirilmir və aradan çıxırlar. Buna görə də Xankəndidən aparılan "ağır xəstələr"lə İrəvanda xəstəxanalara yerləşdirilənlərin sayı arasında fərq yaranır.
Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma eff
Türkiyəli aktyor Çağatay Ulusoyun yeni münasibətə başladığı deyilir.
Havalar soyuyanda paltarları yuduqdan sonra qurutmaq çətinləşir.
Qərb ölkələri gələn yay Kiyevə hərbi yardım fonunda sursat çatışmazl
Dünya Bankı (DB) davamlı yüksək inflyasiya səbəbindən 2023-cü il üçü
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 15-də Əbu-Dabidə Azərb
Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi Moldovaya yenidən birbaşa t
Aloe bitkisindən (əzvay və ya "aloe vera" da adlandırırlar) müxt
Bakıda "Amazon" şirkətinin əməkdaşı olan Türkiyə vətəndaş�
Xankəndidən Laçın istiqamətinə əsas yoldan əlavə, daha 2 yol çıxır.
Mətbəxdə daim yemək bişirildiyi üçün xoşagəlməz qoxu qaçılmazdır.
İngiltərəyə casusluqda ittiham olunan İran Müdafiə Nazirliyinin keçmiş
Dneprdəki yaşayış binalarına raket zərbəsi endirənlər cəzalanmalıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaxtanq Kikabidzenin do�
Qadınlarda ən çətin arıqlayan nahiyə məhz qarındır. 30 yaşdan sonra qa