Bakının tələbidir, Araik və Ruben gedir –
Siyasət 15 Yan 2023 19:26:00 309 0
Qarabağda separatçı rejimin "rəhbərliyi" - Araik Arutyunyan və Ruben Vardanyan istefaya gedir. Eyni zamanda, qondarma "milli təhlükəsizlik xidmətinin direktoru" Armen Akopcanyan da "vəzifə"dən" uzaqlaşdırılır.
Bu xəbəri də oxu: 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Son.az publika.az-a istinadla xəbər verir ki, bu ba rədə "Hraparak" nəşri mənbələrinə istinadən yazıb.
Məlumata görə, A.Arutyunyan qondarma rejimin keçmiş "rəhbəri" Bako Saakyanla "dövlət naziri"nin dəyişdirilməsi məsələsini müzakirə edib. Vardanyanın getməsindən sonra Bakının təzyiqinin azalacağı düşüncəsi var.
"Vardanyan Araik Arutyunyanın xahişi ilə gedir. Daha doğrusu, Nikol Paşinyan belə bir tələbin Azərbaycan rəhbərliyi tərəfindən irəli sürüldüyünü separatçılara deyib. Bakı açıq şəkildə bildirib ki, Vardanyan arzuolunmaz şəxsdir və Qarabağı tərk etməlidir. Qarabağda "siyasi qüvvələr" buna qarşı çıxır, onlar hesab edirlər ki, Bakının hansısa tələbi icra olunarsa, daha heç nə edə bilməyəcəklər. Lakin Vardanyandan sonra Araik Arutyunyanın özü də istefaya gedəcək, məqsəd gərginliyin azalması, Bakının istəklərinin yerinə yetirilməsidir. Eyni zamanda, "milli təhlükəsizlik xidmətinin direktoru" da "postun"dan göndərilir", - nəşr yazır.
İstefa verəcəyi xəbərləri yayıldıqdan sonra Ruben Vardanyan Feysbuk profilində bunu təkzib edib və "hər kəsi birliyə" çağırıb. Əlavə edib ki, "Araik Arutyunyanın və parlamentin də istefası qəbul edilən deyil".
Qeyd edək ki, separatçıların qondarma "parlamenti"nin, o cümlədən, Arutyunyanın da istefaya gedəcəyi haqda məlumatlar yayılıb. Bu məlumatlara istinadən irəli sürülən versiyalardan biri belədir ki, bununla rejim tamamilə ləğv olunacaq. Separatçı "parlamentin spikeri" Artur Tovmasyan "İravunk" qəzetinə açıqlamasında qondarma rejimdə növbədənkənar "parlament" və "prezident" "seçkiləri"nin olacağını istisna etməyib. Onun bu açıqlaması yayılan məlumatları da dolayısı ilə təsdiq edib.
R.Vardanyan israrla məlumatları təkzib etsə də, "MediaHub" teleqram kanalı onun bu gün istefa verəcəyi haqda məlumat yayıb.
"Hraparak" nəşri isə yazır ki, məsələ R.Vardanyandan "daha böyük yerdə" həll edilib və Bakının tələbləri qarşısında qondarma rejimin "rəhbərliyi" Qarabağı tərk edəcək.
"Vardanyanın "istefa verməyəcəm" açıqlaması əslində pası Araik Arutyunyana atmaqdır, o istəyir ki, məsələyə Arutyunyan aydınlıq gətirsin. Mənbələrimiz bildirir ki, Vardanyanın istefasının alternativi yoxdur. Arutyunyan da gedir, lakin o siyasi qüvvələri inandırmağa çalışır ki, istefa verdikdən sonra "parlament və prezident seçkiləri"ni təşkil edəcək, halbuki, mövcud "konstitusiya və qanunlar" ona belə bir imkanı verməyəcək. Siyasi qüvvələr hesab edirlər ki, istefalardan və "parlamentin" buraxılmasından sonra Azərbaycan öz istəyinə çatacaq və Qarabağı Bakıdan təyin olunan nümayəndə idarə edəcək", - nəşr yazır.
Güclü stres, təşviş və qorxu doğulacaq uşağın cinsiyyətinə təsir ed
Beşinci nəsil çoxfunksiyalı döyüş təyyarəsi F-35 ABŞ donanmasındakı
Böyük Britaniya Xarici İşlər Nazirliyi İranda Britaniya vətəndaşı Əli
"Rusiyanın işğalçı ordusu geri çəkildiyi ərazilərdə qətliamlar t
Əksər insanların ölümdən qorxduğu sirr deyildir. Ayə və hədislərdən
İmmunitet və ya immun sistem orqanizmə kənardan daxil olan bakteriya, virus,
"Hәr kәs tәzkiyәyi-nәfs(nəfsini təmizlədi) еtdi nicаt tаpdı vә
Özünüzü limon kimi sıxılmış, gücsüz, həyatdan yorğun hiss edirsiz? �
Payız və qış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimi
Beynəlxalq Qırmızı Xaç Komitəsinin aksiya ərazisindən keçirərək, Xank
Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma eff
Türkiyəli aktyor Çağatay Ulusoyun yeni münasibətə başladığı deyilir.
Havalar soyuyanda paltarları yuduqdan sonra qurutmaq çətinləşir.
Qərb ölkələri gələn yay Kiyevə hərbi yardım fonunda sursat çatışmazl
Dünya Bankı (DB) davamlı yüksək inflyasiya səbəbindən 2023-cü il üçü