Putinin təhlükəli tezisi – Ukraynanı xarabalığa çevirən
Siyasət 15 Yan 2023 19:22:00 333 0
"Rusiyanın işğalçı ordusu geri çəkildiyi ərazilərdə qətliamlar törədib".
Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsindəki son gəlişmələrə diqqət çəkib:
"Rusiya Prezidenti Vladimir Putin və ətrafı "rus dünyasının müdafiəsi"ndən çox danışırlar, elə Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibənin başlanması səbəbini də bununla izah edirlər. Putin deyir ki, guya Ukraynadakı rusları Kiyevdəki "faşist rejim"indən qurtarmaq üçün müharibəyə başlayıb. Bu bəhanədir. "Rus dünyası"nı düşünən biri Ukraynanın şəhərlərini bombalamaz, mülki insanları qətlə yetirməz. Rusiyanın işğalçı ordusu geri çəkildiyi ərazilərdə qətliamlar törədib. Kim zəmanət verə bilər ki, Buçada öldürdükləri insanlar arasında milliyətcə rus olmayıb?
Rusiya dünən axşam Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub, böyük bir bina dağılıb, dağıntılardan onlarla cəsəd çıxarılıb. Kim zəmanət verə bilər ki, dağıntılar arasında ölənlər içərəsində rus mənşəli Ukrayna vətəndaşı yoxdur? Digər yandan, Kreml sahibi müharibədə gəncləri ölümə göndərir, say 100 mini keçib".
Elxan Şahinoğlu qeyd edib ki, Putin ölümə göndərdiyi gəncləri də düşünmür:
"Rusiyanın müxalifət liderlərindən Qriroqi Yavlinski son müsahibəsində doğru deyib, Rusiyanın Ukraynaya qarşı işğalçı savaşı SSRİ-nin Almaniyaya qarşı müharibəsinə bənzəmir. Almaniya SSRİ-yə hücum etmişdi, Sovet İttifaqı işğalçılara qarşı savaşırdı, indi isə işğalçı Rusiyadır, işğala qarşı savaşan isə Ukrayna. İşğalçılar gec-tez məğlub olurlar".
Əksər insanların ölümdən qorxduğu sirr deyildir. Ayə və hədislərdən
İmmunitet və ya immun sistem orqanizmə kənardan daxil olan bakteriya, virus,
"Hәr kәs tәzkiyәyi-nәfs(nəfsini təmizlədi) еtdi nicаt tаpdı vә
Özünüzü limon kimi sıxılmış, gücsüz, həyatdan yorğun hiss edirsiz? �
Payız və qış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimi
Beynəlxalq Qırmızı Xaç Komitəsinin aksiya ərazisindən keçirərək, Xank
Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma eff
Türkiyəli aktyor Çağatay Ulusoyun yeni münasibətə başladığı deyilir.
Havalar soyuyanda paltarları yuduqdan sonra qurutmaq çətinləşir.
Qərb ölkələri gələn yay Kiyevə hərbi yardım fonunda sursat çatışmazl
Dünya Bankı (DB) davamlı yüksək inflyasiya səbəbindən 2023-cü il üçü
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 15-də Əbu-Dabidə Azərb
Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi Moldovaya yenidən birbaşa t
Aloe bitkisindən (əzvay və ya "aloe vera" da adlandırırlar) müxt
Bakıda "Amazon" şirkətinin əməkdaşı olan Türkiyə vətəndaş�