Sızanaqlara qarşı necə mübarizə aparmaq olar?


Digərləri 08 Yan 2023 19:45:00 264 0

Sızanaqlara qarşı necə mübarizə aparmaq olar?

Qara nöqtələr (kamedonlar) və ağ civzələr (iltihablaşmayan) - aknenin ən sadə formalarıdır.

Bu problemi kosmetik salonda dərinin təmizlənməsi ilə həll etmək olar (sizin dərinizə hansı təmizləmə üsulunun tətbiq ediləcəyini kosmetoloq müəyyən edir).

Bu halda sizə yalnız bir məsləhət verə bilərik: dərinin təmizlənməsi üçün hər hansı bərbərxanaya və ya ev şəraitində qulluq göstərən şəxslərə deyil, bu sahədə ixtisaslaşmış və tanınmış kosmetoloji klinikaya müraciət edin. Özünüz də heç bir halda üz nahiyənizdə olan nə ağ, nə də irinli sızanaqları sıxmağa cəhd etməyin! Burada yalnız kamedonlar istisna təşkil edir. Onları ev şəraitində, qabaqcadan dərinizi yaxşı təmizləyib və buğa verib, əllərinizi yuyaraq antiseptik maddələrlə sildikdən sonra təmizləmək (sıxmaq) olar.

İrinli sızanaqların müalicəsi daha mürəkkəb olur. Sızanaqları onlar dəridə xeyli çoxaldıqda deyil, əmələ gəlməyə başlayanda müalicə etmək lazımdır. Təkbaşına onları müalicə etmək mümkün olmayacaq və dərinizin vəziyyəti getdikcə daha da pisləşəcəkdir.

İrinli sızanaqların müalicəsi üçün kosmetoloqa deyil, dermatoloqa (və ya dermato-kosmetoloqa) müraciət etmək lazımdır. Həkim sızanaqların əmələ gəlmə səbəblərini aşkar edərək, tələb olunduğu halda sızanağın möhtəviyyatının laborator müayinəsini aparır. Məhz bundan sonra o, xüsusi preparatlardan, ola bilsin ki, antibiotiklərdən də istifadə etməklə fərdi şəkildə müalicə kursu təyin edir. Bəzi hallarda dermatoloq pasienti digər həkimlərin (endokrinoloq, qastroenteroloq, ginekoloq, dietoloq və s.) müayinəsinə də göndərə bilər.

Sızanaqların müalicəsi, xüsusən də onların sayı üzdə çox olduqda, xeyli dərəcədə mürəkkəb və uzun müddət ərzində davam edən proses olub, heç də 100% hallarda tam sağalma ilə nəticələnmir. Bundan başqa, sızanaqlar sağaldıqdan sonra üz dərisində onların yerində xeyli genişlənmiş məsamələr, qırmızı ləkələr və çapıqlar da qalır ki, onlar da müalicə tələb edir. Məhz buna görə, maksimal şəkildə üz dərisində sızanaqların əmələ gəlməsinə imkan verilməməlidir. Bunu necə etmək olar?

Dediyimiz kimi, dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi aknelərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Beləliklə, əgər siz dərinizin təmiz olmasını istəyirsinizsə, aşağıdakılara əməl etməlisiniz:

- tələbat olmadığı halda əllərinizlə üzünüzə toxunmayın! Üz dərisinə qulluq edilməsi və kosmetik vasitələrin sürtülməsi ancaq əllərin yaxşı-yaxşı yuyulmasından sonra yerinə yetirilə bilər;

- dərinin düzgün şəkildə təmizlənməsini öyrənin. Cinsi yetkinlik dövründə yeniyetmələr öz dərilərinə diqqəti artırmalı, onun təmizlənməsi üçün yağlı və problemli dəri üçün nəzərdə tutulan xüsusi gel və "penkalardan" istifadə etməlidirlər;

- dərinin həddindən artıq yağlanmasına qarşı mübarizədə üzünüzü tez-tez isti su və sabunla yumayın, tərkibində spirt olan tinkturalar, turşular və s. bu kimi vasitələrdən istifadə etməyin. Çünki bu, dəridə piyin ifraz olunmasının daha da artmasına və sızanaqların çoxalmasına səbəb olur;

- heç zaman üzünüzü kosmetikadan təmizləmədən yatmayın;

- dəri tipindən asılı olaraq müəyyən fasilələrlə dərinizi ölmüş hüceyrələrdən təmizləmək üçün skrablardan istifadə edin;

- tələbat yarandıqca kosmetoloqa müraciət edərək, kamedon və civzələrin iltihablaşması təhlükəsindən qurtulmaq üçün dərinizin dərin təmizlənməsini etdirin.

Bir kişi arvadının geyimkeçiminə qarışa bilərmi? like
  • 08 Yan 19:40  
Digərləri Bir kişi arvadının geyimkeçiminə qarışa bilərmi?

Başörtüsü eyni zamanda Allahın əmri olduğu üçün bir inancı təmsil ed

arrow Ətraflı
3 sadə üsulla infarkt və insultdan like
  • 08 Yan 19:35  
Digərləri 3 sadə üsulla infarkt və insultdan

"Sağlam qida, çox hadisələrə əsəbləşməmək və idmanla məşğul

arrow Ətraflı
17 yaşlı qıza təcavüz etmək istəyən şəxsi döydülər, sonra polisə like
  • 08 Yan 19:33  
Dünya 17 yaşlı qıza təcavüz etmək istəyən şəxsi döydülər, sonra polisə

İstanbulda 17 yaşlı qıza təcavüz etdiyi iddia edilən şübhəli ətrafdak

arrow Ətraflı
RusiyaUkrayna müharibəsi ilə bağlı ŞOK PROQNOZ: like
  • 08 Yan 19:32  
Siyasət RusiyaUkrayna müharibəsi ilə bağlı ŞOK PROQNOZ:

"Ukraynadakı münaqişənin təhlili göstərir ki, Rusiya NATO qarşısı

arrow Ətraflı
Xankəndinin "sirləri" açılır, like
  • 08 Yan 19:31  
Siyasət Xankəndinin "sirləri" açılır,

Laçın yolundakı dinc aksiyanı "blokada" və "genosid" ki

arrow Ətraflı
Gözəl saçların “pəhrizi” like
  • 08 Yan 19:30  
Digərləri Gözəl saçların “pəhrizi”

Gözəl saçlara sahib olmaq üçün onları nəinki xaricdən, həmçinin "

arrow Ətraflı
Ukraynada 250 min kvadrat kilometr like
  • 08 Yan 19:26  
Siyasət Ukraynada 250 min kvadrat kilometr

Ukraynada 250 min kvadrat kilometr ərazi minalanıb.

arrow Ətraflı
Bağırsaq yaralarını bu pəhrizlə sağaltdı like
  • 08 Yan 19:25  
Digərləri Bağırsaq yaralarını bu pəhrizlə sağaltdı

Kron xəstəliyi dəqiq müalicəsi tapılmayan, bağırsqların kəskin iltihab

arrow Ətraflı
Qaxa qar yağdı, yollar like
  • 08 Yan 19:23  
Digərləri Qaxa qar yağdı, yollar

Yanvarın 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yer

arrow Ətraflı
Bir biletlə dünyanı necə gəzmək olar? like
  • 08 Yan 19:21  
Digərləri Bir biletlə dünyanı necə gəzmək olar?

Tətil və ya işgüzar səfər planlaşdırmaq səyahətçi üçün həmişə a

arrow Ətraflı
Tələbəyə verilən burs zəkat yerinə keçərmi? like
  • 08 Yan 19:20  
Digərləri Tələbəyə verilən burs zəkat yerinə keçərmi?

Zəkat, zəngin olan bir müsəlmanın verməsi vacib olan sədəqədir. Hətta

arrow Ətraflı
"Terminator"un ulduzu vəfat like
  • 08 Yan 19:18  
Dünya "Terminator"un ulduzu vəfat

"Terminator" filminin üç hissəsində rol alan Hollivud ulduzu Erl B

arrow Ətraflı
Qanunsuz cüyür ovlayan şəxslər like
  • 08 Yan 19:17  
Digərləri Qanunsuz cüyür ovlayan şəxslər

Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən İsmayıllı sakinləri

arrow Ətraflı
Rusiyalı yazıçı dünyasını like
  • 08 Yan 19:16  
Dünya Rusiyalı yazıçı dünyasını

Rusiyalı yazıçı, dramaturq və ssenarist Aleksey Slapovski vəfat edib.

arrow Ətraflı
Qarpız təbii sidikqovucu və ödqovucudur like
  • 08 Yan 19:15  
Digərləri Qarpız təbii sidikqovucu və ödqovucudur

Qarpız su (çəkinin 80%-nə qədər), fruktoza, saxaroza, mikroelementlər və

arrow Ətraflı