Xankəndinin "sirləri" açılır,


Siyasət 08 Yan 2023 19:31:00 224 0

Xankəndinin "sirləri" açılır,

Laçın yolundakı dinc aksiyanı "blokada" və "genosid" kimi uydurma iddialarla təqdim etməyə çalışan erməni diasporu, eləcə də, Ruben Vardanyan üçün kifayət qədər ciddi problemlər yaranmağa başlayıb... Mərkəzi ofisi Fransa paytaxtı Parisdə yerləşən hüquq müdafiə təşkilatının önəmli bəyanatı Azərbaycana qarşı beynəlxalq kampaniyanın Ruben Vardanyan və erməni diasporunun əleyhinə çevrilə biləcəyini göstərir...

Rusiya cəmiyyətində keçmiş SSRİ-nin süquta uğradılıb, dağıdılması prosesi yenidən təhlil edilməyə başlanıb. Əksər tarixçilər və analitiklər Qərb strateqlərinin bu prosesdə məhz erməni ekstremistlərindən istifadə etdiklərini vurğulayırlar. Onların fikrincə, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizminin baş qaldırması keçmiş SSRİ-nin parçalanma prosesinin əsasını qoyub.

Rusiya politoloqları indi də oxşar proseslərə start verildiyini düşünürlər. Onlar hesab edirlər ki, Ermənistan Kremlə qarşı mövqe tutmaqla, KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxmaq istiqamətində cəhdlər göstərməklə, Rusiyanın beynəlxalq düşmənləri ilə ortaq fəaliyyət göstərir. Əgər, rəsmi İrəvan vaxtında cəzalandırılmazsa, Rusiya ətrafında mərkəzdənqaçma prosesi daha da genişlənərək, qarşısıalınmaz mərhələyə keçə bilər.

Əslində, rus politoloqların bu narahatlığı müəyyən mənada, məntiqlidir. Çünki hazırda Ermənistan cəmiyyətində Rusiya əleyhinə propoqanda ən yüksək səviyyədə davam edir. Erməni siyasi dairələri Rusiyanı hər imkanda müxtəlif bəhanələrlə sərt şəkildə ittiham edirlər. Rusiyanın MDB məkanında geopolitik mövqelərinə və nüfuzuna sarsıdıcı zərbələr vururlar. Və hətta son vaxtlar Ermənistan cəmiyyətində Rusiya bu ölkəni qeyri-rəsmi işğal altında saxlamaqda belə, ittiham olunur.

Məsələ ondadır ki, Ermənistanda Rusiya əleyhdarları artıq bütün "qırmızı cizgiləri" keçməkdən çəkinmirlər. Erməni daşnakların Rusiyanın Ermənistanda dislokasiya olunan 102-ci hərbi bazanı blokadaya alıb, etiraz aksiyası keçirtmələri Kremlə qarşı açıq meydanoxuma aksiyası da sayla bilər. Çünki erməni daşnaklar Rusiyadan Laçın yolunun "açılmasını" və 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını tələb edirlər. Ermənistan cəmiyyətində belə iddialar irəli sürürlər ki, Laçın yolu güya Kreml və rəsmi Bakının ortaq planına uyğun olaraq, "blokada"ya alınıb.

Nə qədər qəribə də olsa, Paşinyan hakimiyyəti Ermənistanın hərbi müttəfiqi Rusiyanın hərbi bazası qarşısında belə təhqiramiz aksiyanın keçirilməsinə elə bir ciddi əngəl törətməyib. Daşnaklar Rusiya əleyhinə bütün şüarlarını, ittihamlarını və tələblərini bağırdıqdan sonra onlara dağılışmaq məsləhət görülüb. Paşinyan hakimiyyəti bu mövqeyi ilə bir tərəfdən ABŞ və Qərbı Ermənistanda Rusiya əleyhinə propoqandanın ən yüksək səviyyədə olduğunu göstərir. Digər tərəfdən isə sona çatmaqda olan aksiyanın iştirakçılarından dağılışmağı tələb etməklə, daşnakların mövqeyini bölüşmədiyi barədə görüntü yaratmağa, Yəni, Kremli aldatmağa çalışır.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Laçın yolundakı dinc aksiyadan belə, Rusiyanın əleyhinə propoqanda məqsədilə istifadə edir. Bəzi məlumatlara görə, erməni siyasi dairələri Laçın yolundakı dinc aksiya ətrafında qaldırdıqları beynəlxalq hay-küyün mövcud nəticələrindən qətiyyən məmnun deyillər. Onların uydurma "blokada" iddialarına ümid bəslədikləri reaksiyanın verilməməsindən narahatdırlar.

Bu barədə danışan rus politoloq İqor Korotçenko vurğulayıb ki, erməni diasporu Azərbaycan və Rusiya əleyhinə yeni genişmiqyaslı beynəlxalq kampaniyaya hazırlaşır: "Erməni diasporu bu kampaniya üzərindən xüsusilə də, Azərbaycanı Qarabağ ermənilərini "blokada" vəziyyətinə salıb, yeni "genosid" siyasəti yürütməkdə ittiham etmək niyyətindədir. Onlar bu məqsədlə Qərb mətbuatına təsir imkanlarından və satın aldıqları siyasətçilərdən istifadə edəcəklər. Hətta Azərbaycana qarşı informasiya savaşının ilk mərhələsi üçün 50 milyon dollarlıq büdcə ayrıldığı barədə də məlumatlar mövcuddur".

Ancaq rəsmi İrəvanı və erməni diasporunu məyus edə biləcək kifayət qədər ciddi məqamlar da olmamış deyil. Belə ki, beynəlxalq ictimaiyyəti Laçın yolunun bağlandığına və Qarabağ ermənilərinin "blokada" şəraitində olduqlarına inandırmaq getdikcə, daha da çətinləşir. Çünki əgər, Rusiyanın Xankəndiyə göndərdiyi "təxribat emissarı", erməni fırıldaqçı Ruben Vardanyanın dediyi kimi Laçın yolu 24 gün ərzində bağlanmış olsaydı, orada artıq açlıq başlamalıydı. Halbuki, Xankəndi və ətraf bölgəyə hazırda hər gün onlarla yük maşını keçir, ermənilərin hətta restoranlarda əyləndiyi barədə foto və video faktlar mövcuddur. Yəni, Laçın yolu qətiyyən bağlanmayıb. Sadəcə, bu yola dinc aksiyaçılar nəzarət edirlər, başda fırıldaqçı R.Vardanyan olmaqla, erməni terrorçuların Azərbaycanın təbii sərvətlərini talamasının qarşısı alırlar.

Hətta R.Vardanyan özü də Böyük Britaniya mətbuatına açıqlamasında istəmədən də olsa, etiraf etmək məcburiyyətində qalıb ki, Laçın yolu ilə hər gün ərzaq və digər ehtiyac məhsulları daşınır: "24 gündür ki, biz "blokada" şəraitindəyik. Bizə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlıları bir az ərzaq gətirirlər". Belə anlaşılır ki, son vaxtlar uydurma aclıqdan danışmağa vərdişli olan peşəkar erməni fırıldaqçı Xankəndi və ətraf bölgənin ərzaqla tam şəkildə təmin olunduğunu inkar etməkdə çətinlik çəkir. Çünki, Xankəndi və ətraf bölgədə təxminən 20-22 min erməninin olduğu halda, onların sayını yuvarlaq şəkildə 120 min göstərəcək qədər yalana vərdişli bir erməni "bir az ərzaq" ifadəsini işlətməzdi. Halbuki, R.Vardanyan yəqin ki, tezliklə "bir az ərzaq"la ermənilərin Xankəndi restoranlarında necə əylənə bildiklərini də izah etməli olacaq.

Məsələ ondadır ki, Xankəndi və ətraf bölgədə mövcud olan vəziyyət tədricən Araik-Vardanyan quldur dəstəsinin əleyhinə çevrilməyə başlayıb. Bölgədən sızan bəzi məlumatlar erməni diasporunun uydurma "blokada" təbliğatını da iflasa uğradır. Belə ki, bir tərəfdən erməni separatçı-terrorçular arasında ziddiyyətlər və qarşıdurma dərinləşir. Digər tərəfdən isə Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan erməni əhalinin Araik-Vardanyan quldur dəstəsinə qarşı narazılığı artır.

Hətta vəziyyət o qədər dəhşətli həddə çatıb ki, Qərb hüquq müdafiəçiləri də Xankəndi və ətraf bölgədə baş verənlərə reaksiya vermək məcburiyyətində qalıblar. Mərkəzi ofisi Ermənistanın "böyük və pozğun bacısı" olan Fransanın paytaxtı Parisdə yerləşən ООН CAP Freedom of Conscience ("Vicdan azadlığı") insan hüquqları təşkilatı Qarabağ erməniləri ilə bağlı kampaniya başladıb. Bu qurum Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan ermənilərin hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayır. Ancaq bu qurumun ittihamları qətiyyən Azərbaycanla bağlı deyil.

Əksinə, Fransanın hüquq müdafiə təşkilatı bəyan edib ki, Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə qarşı "yerli qurumlar" tərəfindən kütləvi zorakılıq hadisələri törədilir. Buna misal olaraq isə ötən ilin son günlərində erməni separatçıların rəhbəri Araik Arutyunyanın göndərdiyi quldur dəstəsi tərəfindən evində ailəsinin qarşısında qəddarcasına döyülmüş Yuri Musayelyanın başına gələnlər göstərilir. Fransız hüquq mühafizəçiləri vurğulayıblar ki, Yuri Musayelyanın yeganə günahı "rus-erməni milyarder Ruben Vardanyanın qarşıdurma kursu"na etiraz etməsi olub.

Son.az musavat.com-a istinadən bildirir ki, R.Vardanyanın maliyyə fırıldaqçılığı ilə milyarder olduğunu vurğulayan fransız hüquq müdafiə təşkilatı öz bəyanatında qeyd edib ki, onun Xankəndiyə gəlişindən sonra göstərdiyi təxribatçı fəaliyyəti ucbatından Azərbaycan rəsmi dairələri və rus sülhməramlılar arasındakı qızıl yataqlarında araşdırma barədə anlaşma pozulub: "Həmin qızıl yataqları erməni monopolist "Vallex Group" tərəfindən istismar edilirdi. "Vallex Group"un fəaliyyəti Qarabağ ermənilərinin hüquqlarının pozulmasında simvola çevrildiyindən biz bu qurumun adını "Anti-Vallex" kimi qeyd etməyi daha uyğun hesab edirik".

Göründüyü kimi, Laçın yolundakı dinc aksiyanı "blokada" və "genosid" kimi uydurma iddialarla təqdim etməyə çalışan erməni diasporu, eləcə də, R.Vardanyan üçün kifayət qədər ciddi problemlər yaranmağa başlayıb. Hətta ehtimal etmək olar ki, beynəlxalq kampaniya R.Vardanyan və erməni diasporunun əleyhinə də çevrilə bilər. Hər halda, fransız hüquq müdafiə təşkilatının bəyanatı belə ehtimala inandırıcı görüntülər verir. Çünki, erməni Vardanyana "fransız Dartanyan"ın sarsıdıcı zərbəsi artıq mövcuddur. Xankəndi və ətraf bölgə ilə bağlı bütün "erməni sirləri, uydurmaları" açıldıqca situasiyanın tamamilə fərqli məzmun ala biləcəyi də qətiyyən şübhə doğurmur.

Gözəl saçların “pəhrizi” like
  • 08 Yan 19:30  
Digərləri Gözəl saçların “pəhrizi”

Gözəl saçlara sahib olmaq üçün onları nəinki xaricdən, həmçinin "

arrow Ətraflı
Ukraynada 250 min kvadrat kilometr like
  • 08 Yan 19:26  
Siyasət Ukraynada 250 min kvadrat kilometr

Ukraynada 250 min kvadrat kilometr ərazi minalanıb.

arrow Ətraflı
Bağırsaq yaralarını bu pəhrizlə sağaltdı like
  • 08 Yan 19:25  
Digərləri Bağırsaq yaralarını bu pəhrizlə sağaltdı

Kron xəstəliyi dəqiq müalicəsi tapılmayan, bağırsqların kəskin iltihab

arrow Ətraflı
Qaxa qar yağdı, yollar like
  • 08 Yan 19:23  
Digərləri Qaxa qar yağdı, yollar

Yanvarın 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yer

arrow Ətraflı
Bir biletlə dünyanı necə gəzmək olar? like
  • 08 Yan 19:21  
Digərləri Bir biletlə dünyanı necə gəzmək olar?

Tətil və ya işgüzar səfər planlaşdırmaq səyahətçi üçün həmişə a

arrow Ətraflı
Tələbəyə verilən burs zəkat yerinə keçərmi? like
  • 08 Yan 19:20  
Digərləri Tələbəyə verilən burs zəkat yerinə keçərmi?

Zəkat, zəngin olan bir müsəlmanın verməsi vacib olan sədəqədir. Hətta

arrow Ətraflı
"Terminator"un ulduzu vəfat like
  • 08 Yan 19:18  
Dünya "Terminator"un ulduzu vəfat

"Terminator" filminin üç hissəsində rol alan Hollivud ulduzu Erl B

arrow Ətraflı
Qanunsuz cüyür ovlayan şəxslər like
  • 08 Yan 19:17  
Digərləri Qanunsuz cüyür ovlayan şəxslər

Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən İsmayıllı sakinləri

arrow Ətraflı
Rusiyalı yazıçı dünyasını like
  • 08 Yan 19:16  
Dünya Rusiyalı yazıçı dünyasını

Rusiyalı yazıçı, dramaturq və ssenarist Aleksey Slapovski vəfat edib.

arrow Ətraflı
Qarpız təbii sidikqovucu və ödqovucudur like
  • 08 Yan 19:15  
Digərləri Qarpız təbii sidikqovucu və ödqovucudur

Qarpız su (çəkinin 80%-nə qədər), fruktoza, saxaroza, mikroelementlər və

arrow Ətraflı
Türk ordusu daha 10 terrorçunu məhv like
  • 08 Yan 19:14  
Siyasət Türk ordusu daha 10 terrorçunu məhv

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyat

arrow Ətraflı
Gəncədə kirayədə qalan yeniyetmə like
  • 08 Yan 19:13  
Digərləri Gəncədə kirayədə qalan yeniyetmə

Gəncədə 14 yaşlı yeniyetmə vəfat edib.

arrow Ətraflı
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi? like
  • 08 Yan 19:10  
Digərləri Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

Təəssüflə qeyd edək ki, günümüzdəki məhkəmə prosesləri aylarla bəz

arrow Ətraflı
Bu meyvə korluğun qarşısını alır like
  • 08 Yan 19:05  
Digərləri Bu meyvə korluğun qarşısını alır

Alimlər görmə itkisinin qarşısını 60% ala biləcək meyvəni tapıblar.

arrow Ətraflı
Xərçəng xəstəliyi nədir? like
  • 08 Yan 19:01  
Digərləri Xərçəng xəstəliyi nədir?

İnsan bədəni milyonlarla sayda hüceyrələrdən ibarətdir ki, onların hər

arrow Ətraflı