Bir biletlə dünyanı necə gəzmək olar?


Digərləri 08 Yan 2023 19:21:00 1792 0

Bir biletlə dünyanı necə gəzmək olar?

Tətil və ya işgüzar səfər planlaşdırmaq səyahətçi üçün həmişə asan olmur. Bəzən səyahət edən təyinat yerinə çatmaq üçün bir neçə nəqliyyat növünü dəyişməyə məcbur qalır. Müasir turizmdə bu problem multimodal daşıma ilə həllini tapır. Bunlar müxtəlif nəqliyyat növləri üçün vahid biletlə son nöqtəyə birləşdirilmiş marşrutlardır. Məsələn, qatardan və ya təyyarədən avtobusa köçürmə ilə həyata keçirilir. Vahid bilet - multimodal daşımadır. Yəni bir neçə nəqliyyat növündə - məsələn, təyyarə, qatar və avtobusla səyahət zamanı bir biletlə hərəkət etmək mümkündür.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Hazırda dünya turizmində multimodal marşrutların inkişafı sayəsində turistlər minimum sayda transferlərlə təyinat yerinə çata bilərlər. Belə ki, transfer sifariş etmək, avtobus və ya elektrik qatarı gözləmək lazım deyil - bir biletlə bir ölkənin bu başından ən maraqlı və ən ucqar yerlərinə getmək olur. Ekspertlər hesab edirlər ki, bu, bütün nəqliyyat növləri üçün ayrıca bilet almaqdan daha sərfəlidir. Belə ki, sərnişinlərin rahatlığı üçün qatarların və avtobusların hərəkət cədvəli sinxronlaşdırılır. Vahid bilet sistemi, məsələn, Rusiyada da "Turizm və qonaqpərvərlik sənayesi" milli layihəsi çərçivəsində həyata keçirilir. Səyahətçilər biletləri mobil proqram vasitəsilə, eləcə də tərəfdaş saytlardan əldə edə bilirlər. Sistem onlara ən yaxşı variantları və mövcud tarixləri təqdim edir.

Həmçinin turistlərin rahatlığı və təhlükəsizliyi üçün şəhər mərkəzinə yaxın olan bəzi ərazilər ziyarətçiləri qarşılamaq, onlara təhlükəsiz və rahat yerdə wi-fi, sanqovşaq və məlumat mərkəzləri üçün ayrılıb. Bu ərazilər "Multimodal Turist Qovşağı" kimi xidmət edir. Bu sistem nəinki şəhərin mərkəzinə əlçatanlıq yaradır, həmçinin hamı üçün liftlər və pandusların mövcudluğuna görə əlverişlidir. Piyada yolları sayəsində də rahat hərəkət etmək mümkündür, həmçinin turistlər velosiped və ya avtomobil kirayələmək qərarına gələ bilərlər. Təyinat yerlərinə çatmaq üçün ictimai nəqliyyatdan da istifadə edirlər. Ekspertlər bildirirlər ki, hazırda dünyada multimodal daşımalara tələbat hər il artır, ona görə də müntəzəm olaraq yeni marşrutlar yaranır.

Bizim ölkəyə gəlincə, yerli turizmin inkişafından danışsaq da, qalaq-qalaq problemlərin həll olunmamış qaldığı bu sahədə vahid bilet xidmətindən bəhs etmək hələ ki tezdir. Amma yeni trendlərdən, turist cəlb edəcək variantlardan yararlanmaq təbii ki, turizmin inkişafına xidmət edər.

Turizmçi Ceyhun Aşurov da vahid bilet anlayışı sisteminin bir çox ölkələrdə tətbiq olunduğunu deyir:

"Bu xidmətlər xüsusən həftə sonları həyata keçirilir və müəyyən qruplara aid edilir. Bu, əsasən ictimai nəqliyyatı əhatə edir. Ölkə daxilində bir şəhərdən digər şəhərə və ya bir regiondan digər regiona getmək üçün bu tip vahid biletlər tətbiq edilir. Turizmin bir proses kimi baş tutması üçün əlbəttə, turistin ilk növbədə qalma yeri olmalıdır, daha sonra nəqliyyat təmin olunmalıdır. Nəqliyyat önəmli faktorlardan biridir ki, insanlar bir yerdən başqa yerə rahatlıqla hərəkət edə bilsinlər. Bu mənada belə tətbiqlərin olması turistlərin daha uyğun qiymətə hərəkətinə yardım edir. Turistlər bu tip biletləri əldə edərək hərəkət edərkən daxildə turizm prosesləri sürətlənir, hərəkətlik daha da artır. Başqa bir model isə qrup biletlərin tətbiqidir. Bu xidmətə daha çox Almaniyada rast gəlinir və əsasən həftə sonları həyata keçirilir. Məsələn, 5 nəfərlik bilet satılır və qiyməti dəfələrlə ucuz olur. Bu, qrup şəklində və ya ailələrin səyahətinə şərait yaradır. Həmçinin regionlar və ya bütün ölkə üzrə ekskursiyalar təşkil edilir. Bu bilet daha çox qatarlarda keçərli olur. İctimai nəqliyyatdan istifadə edərək turistlər ya gün ərzində səyahət edib geri dönür, ya da həftə sonu haradasa qalıb istirahət edirlər. İnsanları bir nöqtədən digər nöqtəyə gedərkən istehlakçı kimi görürlər. Bu iqtisadi canlanmaya da müsbət təsirini göstərir və daxili turizmin inkişafına stimul yaradır. Bu kimi kreativ yanaşmalar turizmdə müəyyən canlılıq yaratmaqla həm də iqtisadi aktivliyi artırmış olur".

Tələbəyə verilən burs zəkat yerinə keçərmi? like
  • 08 Yan 19:20  
Digərləri Tələbəyə verilən burs zəkat yerinə keçərmi?

Zəkat, zəngin olan bir müsəlmanın verməsi vacib olan sədəqədir. Hətta

arrow Ətraflı
"Terminator"un ulduzu vəfat like
  • 08 Yan 19:18  
Dünya "Terminator"un ulduzu vəfat

"Terminator" filminin üç hissəsində rol alan Hollivud ulduzu Erl B

arrow Ətraflı
Qanunsuz cüyür ovlayan şəxslər like
  • 08 Yan 19:17  
Digərləri Qanunsuz cüyür ovlayan şəxslər

Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən İsmayıllı sakinləri

arrow Ətraflı
Rusiyalı yazıçı dünyasını like
  • 08 Yan 19:16  
Dünya Rusiyalı yazıçı dünyasını

Rusiyalı yazıçı, dramaturq və ssenarist Aleksey Slapovski vəfat edib.

arrow Ətraflı
Qarpız təbii sidikqovucu və ödqovucudur like
  • 08 Yan 19:15  
Digərləri Qarpız təbii sidikqovucu və ödqovucudur

Qarpız su (çəkinin 80%-nə qədər), fruktoza, saxaroza, mikroelementlər və

arrow Ətraflı
Türk ordusu daha 10 terrorçunu məhv like
  • 08 Yan 19:14  
Siyasət Türk ordusu daha 10 terrorçunu məhv

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyat

arrow Ətraflı
Gəncədə kirayədə qalan yeniyetmə like
  • 08 Yan 19:13  
Digərləri Gəncədə kirayədə qalan yeniyetmə

Gəncədə 14 yaşlı yeniyetmə vəfat edib.

arrow Ətraflı
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi? like
  • 08 Yan 19:10  
Digərləri Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

Təəssüflə qeyd edək ki, günümüzdəki məhkəmə prosesləri aylarla bəz

arrow Ətraflı
Bu meyvə korluğun qarşısını alır like
  • 08 Yan 19:05  
Digərləri Bu meyvə korluğun qarşısını alır

Alimlər görmə itkisinin qarşısını 60% ala biləcək meyvəni tapıblar.

arrow Ətraflı
Xərçəng xəstəliyi nədir? like
  • 08 Yan 19:01  
Digərləri Xərçəng xəstəliyi nədir?

İnsan bədəni milyonlarla sayda hüceyrələrdən ibarətdir ki, onların hər

arrow Ətraflı
Türkiyə Azərbaycanı döyüş təyyarələrinin istehsalında iştiraka like
  • 08 Yan 19:00  
Digərləri Türkiyə Azərbaycanı döyüş təyyarələrinin istehsalında iştiraka

Türkiyə Azərbaycanı bu ölkənin milli döyüş təyyarəsinin istehsalında

arrow Ətraflı
“Sədərək” ticarət mərkəzində yanğın başlayıb like
  • 08 Yan 18:58  
Digərləri “Sədərək” ticarət mərkəzində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Şakira ilk dəfə Pikenin yeni sevgilisindən danışdı like
  • 08 Yan 18:54  
Şou-biznes Şakira ilk dəfə Pikenin yeni sevgilisindən danışdı

Müğənni Şakira ayrılıqdan sonra ilk dəfə keçmiş sevgilisi Jerar Pikeni

arrow Ətraflı
Lukaşenko: Mənə hələ ölmək olmaz! like
  • 08 Yan 18:45  
Dünya Lukaşenko: Mənə hələ ölmək olmaz!

Belarus Prezidenti Aleksandr Lukaşenko səhhətində problemlərin olması ilə

arrow Ətraflı
“İşığımı günəş belə qısqanır” like
  • 08 Yan 18:36  
Şou-biznes “İşığımı günəş belə qısqanır”

Türk müğənni Hande Yener yeni fotosessiyasınnı izləyicilərlə bölüşü

arrow Ətraflı