Digərləri

Xəstəliklərin qənimi olan möcüzəli dərman

2022-12-29 07:41:00

Bu dərmanı hazırlamaq üçün 3 şeydən istıfadə edilir: * bal * sarımsaq * 4-5 %-li alma sirkəsi. Yuxarıda adları çəkilən təbii vasitələrdən ayrı-ayrılıqda müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Amma onların qarışımından hazırlanan dərman haqqında Çində "Ölünü də ayağa qaldırır" deyə bəhs edirlər. Bu resept qədim Çin xalq təbabətinə aiddir. Bu qarışımdan bir çox xəstəliklərin müalicəsində istifdə edilir. Qarışımdan ən çox aşağıdakı xəstəliklərin müalicəsi zamanı istifadə edilir: - yüksək arterial təzyiq - artrit - astma - impotensiya - sonsuzluq. Dərmanın onkoloji xəstəliklər zamanı qəbulu şiş toxumasının inkişaf etməsini ləngidir və xəstənin ömrünü uzadır. Dərman qanda olan pis xolesterinin azalmasına və damarların divarlarının təmizlənməsinə səbəb olur. Dərmandan 2 həftə ardıcıl istifadə edən xroniki xəstələr vəziyyətlərinin xeyli yaxşılaşdığını söyləyirlər. Dərmanın orqanizmə heç bir mənfi təsiri yoxdur və onu profilaktika məqsədilə qəbul etmək orqanizmin bir çox xəstəliklərə yoluxmasının qarşısını alır. Dərmanın hazırlamasında aşağıdakılardan istifadə edilir: alma sirkəsi - 1 stəkan sarımsaq - 10 diş təbii bal - 1 stəkan. Hazırlanması: Yuxarıdakılar şüşə qaba tökülür, 2 həftə sərin və qaranlıq yerdə ağzı kip bağlı halda saxlanılır. 2 həftə sonra hər səhər acqarına 2 xörək qaşığı, çay və ya su ilə qəbul edilir. Dərman qəbulundan 15 dəqiqə sonra yemək olar. Dərman qəbulundan sonra orqanizmdə baş verən yaxşılaşmanın şahidi olacaqsınız. Belə ki, dərmanın qəbulundan 5 gün sonra xəstənin oynaqlarında olan ağrılar azalır, zəiflik hissi aradan qalxır, orqanizmin tonusu yüksəlir.Dərman anemiya və yuxusuzluq əlamətlərini aradan qaldırır, xərçəngin ilkin əlamətlərinin azalmasına səbəb olur. Sağlam adamlar payız mövsümündə profilaktika məqsədilə bu dərmandan içdikdə, qış boyu onlar infeksiya xəstəliyinə yoluxmurlar.

Hepatit Cnin təbii yollarla müalicəsi

2022-12-29 07:31:00

Səhər 1 çay qaşığı çörək otu yağı içilir,yarım saat sonra 7 ədəd xurma yeyilir. Günorta 1 xörək qaşığı süzmə zeytun yağı içilir,yarım saat sonra 7 ədəd xurma yeyilir. Axşam 1 çay qaşığı çörək otu yağı içilir, yarım saat sonra 7 ədəd xurma yeyilir. 15 gün müddətində yeməyə və su içməyə qadağa qoyulur,yalnız saf və bişməmiş inək südü içilir. Müalicə müddətində qanın analizləriməzarətdə yoxlanılır

Sarımsaq və zeytun yağının möcüzələri

2022-12-29 07:21:00

Sarımsaq və zeytun yağı qarışımı saç tökülməsinin qarşısını almaqla yanaşı yeni saçların da əmələ gəlməsini sürətləndirir. Sarımsağın tərkibində olan vitaminlər və minerallar saçların tökülməsinin qarşısını alır.

Sarımsaq və limon möcüzəsi

2022-12-29 07:11:00

Bu resept oynaqlarda olan ağrıların azalmasına səbəb olur. 4 baş sarımsaq və 4 ədəd limon götürülür. Sarımsaqlar dilimlərə ayrılır, təmizlənib, yuyulur. Limonlar da yuyulur və dilimlənir. Bunların hamısı birlikdə blenderdə eyni kütlə halına gələnədək əzilir. Qarışım şüşə bankaya tökülür və ağzı kip bağlı halda qaranlıq və soyuq yerdə 3 gün saxlanılır. Gün ərzində banka bir-neçə dəfə çalxalanır. 3 gün bitdikdə təmiz tənzifdən digər şüşə qaba süzülür və ağzı hemetik örtülüb soyuducuya qoyulur. Bu məhluldan gündə 3 dəfə yeməyə yarım saat qalmış, yarım stəkan içmək məsləhət görülür. Amma mədə və bağırsaq xəstəlikləri olan xəstələrə ehtiyatlı olmaq tövsiyə edilir. Onlar qarışımın miqdarını azaldıb və az miqdar su ilə durulaşdırıb içməlidirlər. Bu qarışımdan revmatizma, artrit, poliartrit xəstəlikləri zamanı istifadə edilir.

Anasının onu dilənçi bilib tapdığı, Sevdasını isə

2022-12-29 07:05:00

Bu gün azərbaycanlı şair, publisist Nüsrət Kəsəmənlinin doğum günüdür.

Acı yaşıl bibərin faydaları

2022-12-29 07:01:00

Vətəni Amerika qitəsi sayılan acı yaşıl bibərin tarixi 9 min il əvvəllərə gedib çıxır. Toxumları Xristafor Kolumb tərəfindən Avropaya gətirilən acı bibər qısa bir zamanda bütün dünyaya yayılmışdır. Acı bibərdən həm kulinariyada, həm də bəzi dərmanların hazırlanmasında istifadə edilir. 1 ədəd 45 qramlıq acı yaşıl bibərin tərkibində aşağıdakılar var: * 18 kkalori * 530 IU A vitamini * 106 mq C vitamini * 0,3 mq E vitamini * 6,4 mq K vitamini * 10,4 mq fol turşusu * 9 mq kalsium * 1,2 mq dəmir * 25 mq maqnezium * 46 mq fosfor * 340 mq kalium. Acı bibər tərkibində olan vitaminlər sayəsində immun sistemini möhkəmləndirir, dərinin xarici mühitdən qorunmasına səbəb olur. Acı yaşıl bibər beyin qan dövranını normallaşdırır, Alsheymer xəstəliyinin əmələgəlmə riskini azaldır. Acı bibərin göz xəstəliklərinin müalicəsində də faydası böyükdür. Tərkibindəkilər sayəsində o, toyuq korluğu adlanan xəstəliyin müalicəsində çox faydalı sayılır. Acı yaşı bibər qanın laxtalanmasını azaltmaqla trombun əmələ gəlməsinin qarşısını alır. Tərkibində olan minerallar cinsi həvəsi artırmaqla yanaşı, spermanın hərəkətliliyini də yüksəldir. Acı yaşıl bibər qanazlığının müalicəsində də istifadə edilir. O dəmir çatışmazlığı səbəbindən əmələ gələn qanazlığının müalicə eləmək qabiliyyətinə malikdir.

Sürücülərin qeyriadi davranışı təəccübləndirdi

2022-12-29 06:31:00

Keçidin prioritetinə görə avtomobil sürücülərinin qeyri-adi qarşıdurması hadisə şahidləri tərəfindən "Moskva Xəbərləri" Telegram kanalında yayımlanan videoda lentə alınıb.

Şüyüd və xəstəliklər

2022-12-29 06:01:00

Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və sakitləşdirici təsir göstərir. Xolesterol zamanı şüyüdün yarpaqlarında olan triqliserid müalicəvi təsir göstərir. 2008-ci ildə İranın Biokimya və Biofizika institutu heyvanlar arasında apardığı araşdırmalara əsaslanaraq şüyüdün qanda xolesterolun miqdarını aşağı salmaq qabiliyyətinə malik olduğunu sübut etmişdir. Şəklərli diabet zamanı şüyüd qanda şəkərin miqdarını azaltmaq üçün istifadə edilir. Şüyüdün tərkibində olan monoterpen orqanizmdə olan toksinlərə qarşı təmizləyici təsir göstərir. Şüyüdün antimikrob təsirə malıik olması haqqında 2006-cı ildə Vyana Universiteti tərəfindən nəşr olunmuş "Journal of Food Science" jurnalında geniş məqalə dərc olunub. Bu məqalədə şüyüd yağının bir çox mikrobları məhv eləmək qabiliyyətinə malik olmasını qeyd edilib. İstifadəsi: Müalicə məqsədilə şüyüdün həm yarpağından, həm də toxumundan istifadə edilir. Əgər daha yaxşı faydalanmaq istəsəniz onun təzə yarpaqlarından bol-bol yeyin. Soyuducuda şüyüd yarpaqlarını 3 gün müddətində saxlamaq olar. Quru və günəş olmayan yerdə qurudulan şüyüdün də istifadəsi çox faydalıdır. Müalicə məqsədilə şüyüdün dəmləməsindəm istifadə etmək mümkündür. Bu zaman yarım dəstə təzə şüyüdün üzərinə 300 qram qaynar su tökülür və 10 dəqiqə dəmləməyə qoyulur. Qurumuş şüyüddən dəmləmə hazırladıqda isə 1 çay qaşığı quru şüyüd götürülür. Dəmləməsini içə bilməyənlər şüyüdü müxtəlif cür istifadə edə bilərlər: * qatığa doğrayıb * soyuq sedviçlərin arasına qoyub * salatların tərkibində * yeməklərin yanında.

Keçibuynuzu bəkməzinin inanılmaz faydaları

2022-12-29 05:01:00

Keçibuynuzu (Harnur) təbiətin insanlara bəxş etdiyi ən faydalı nemətlərdən biridir. Ondan hazırlanan bəkməz ağciyər və astmalı xəstələrin müalicəsində çox faydalıdır. Keçibuynuzu bəkməzinin faydaları barədə qədim kitablarda da əlyazmalara rast gəlmək mümkündür. Qədimdə bu bəkməzdən yeməkləri şirinləşdirmək üçün istifadə edilib. Keçibuynuzu bəkməzinin tərkibi aşağıdakılardan ibarətdir: * Tərkibundə südlə müqayisədə 3 dəfə çox kalsium var. * Tərkibindəki E vitamini sayəsində qanazlığını, öskürəyi aradan qaldırır, siqaret və infeksiya səbəbli tutulmuş bronxları açır. * Tərkibində olan minerallar sayəsində diş əti xəstəliklərini sağaldır və diş əti qanaxmalarını kəsir. * Tərkibində təbii şəkər, sink, A, B, B2, B3, D vitaminləri var. Keçibuynuzu bəkməzinin faydasını görmək üçün səhər və axşam yeməyi zamanı bir xörək qaşığı qəbul etmək lazımdır. 15-20 gün ərzində qəbul edilən bəkməz orqanizmə aşağıdakı müalicəvi təsir göstərir: - nəfəs darlığını aradan qaldırır - astma xəstəliyinin sağalmasına yardım edir - allergiya boğulmalarını aradan qaldırır - sinəni yumşaldır və bəlğəmgətirici təsirə malikdir - soyuqlamanı aradan qaldırır - yüksək enerji qaynağıdır - sümükləri möhkəmləndirir - qanazlığını aradan qaldırır - immuniteti yüksəldir - bağırsaq parazitlərini öldürür - antiseptik təsir göstərir - cinsi zəifliyi aradan qaldırır - allergik xəstəliklər səbəbli boğulmaları kəsir - qastriti sağaldır və bağırsaqların işini yüngülləşdirir - köpməni aradan qaldırır və həzmi yaxşılaşdırır - 90% ağciyər xərçənginin qarşığını almaq qabiliyyətinə malikdir - ürəkdöyünməni aradan qaldırır, ürək xəstəliklərində yardımçı olur.

İltihaba faydalı bitki çayları

2022-12-29 04:01:00

Orqanizmdə iltihabi proseslərin əmələ gəlməsinə bir çox şey səbəb ola bilər. Orqanizmdə iltihabi proseslərin olması orqnizmin müdafiə qüvvəsini azaldır və insanın digər xəstəliklərə qarşı olan müqavimətini aşağı salır. İltihab yerli olduqda qızartı, şişkinlik, ağrı ilə özünü biruzə verir. Amma ümumi iltihab əlamətlərinin olması qanda EÇS- in miqdarının yüksək olması ilə müəəyən edilir ki, bu da müxtəlif patologiyalara səbəb olur. Aşağıda orqanizmdən iltihab əlamətlərini azalda bilən bitki çaylarından bir-neçəsinin adı qeyd edilib: Çin bibəri çayı. Çin bibərinin tərkibində olan kapsaisin maddəsi orqanizmdə olan iltihab əlamətlərini aradan qaldırır. Onun dəmləməsi orqanizmdən iltihabın sorulmasına səbəb olur. Zəncəfil çayı. Zəncəfil çayı ağrıkəsici və iltihabı aradan qaldırmaq qabiliyyətinə malikdir. Tərkibində olan ginderol, paradol, zingeron orqanizmdə iltihabı əmələ gətirən enzimlərin məhv olmasına səbəb olur. Reyhan çayı. İltihabla mübarizəyə qarşı reyhan dəmləməsi ən yaxşı vasitələrdən biridir. Onun tərkibində olan ojenol maddəsi iltihabın aradan qalxmasında yardımçı olur. Sarıkök dəmləməsi. Sarıkök antioksidant tərkibi ilə orqanizmdə olan iltihabi proseslərin azalmasına səbəb olur. Ağ söyüd qabığı. Ağ söyüdün qabığında olan salisil maddəsi tərkibinə görə aspirinə bənzəyir. Onun dəmləməsi ağrıkəsici olmaqla bərabər, iltihab əleyhinə də təsir göstrir. Hətta bəzi araşdırmaçılar söyüd qabığının aspirindən daha uzun müddətli təsirə malik olduğunu söyləyir. Gicirtkən dəmləməsi. Gicirtkən dəmləməsi orqanizmdə olan iltihab əmələ gətirən kimyəvi birləşmələrin miqdarını azaldır. Bu səbəbdən də uzun müddət gicirtkən dəmləməsi içənlərin orqanizmdəki iltihabi xəstəliklərin əlamətləri azalır. Mütəxəssislər bitki çaylarından istifadə edilən zaman həkimlə məsləhətləşməyi tövsiyyə edir.

İnsanların yuxu rejimi niyə pozulub?

2022-12-29 03:31:00

Mütəxəssislər tərəfindən tez-tez vətəndaşlara rejimli yuxunun tövsiyə edildiyinin şahidi oluruq.

İrinli abseslərin təbii vasitələrlə müalicəsi

2022-12-29 03:01:00

İrinli abseslər orqanizmdə müxtəlif səbəblərdən əmələ gələ bilir. Abseslərin əmələ gəlməsinin səbəbləri müxtəlif olsa da, verdiyi əlamətlər və müalicəsi eynidir. Abseslərin əmələ gəlməsinə müxtəlif mikroblar və kokklar səbəb olur. Onlar yerləşdiyi nahiyyədə hiperemiyaya, qızartıya və ağrıya səbəb olur. Absesə diaqnozun qoyulmasında onun kliniki əlamətlərinə baxmaq kifayət edir. Onun müalicəsi isə həkimlər tərəfindən aparılır. Absesin müalicəsində bir çox xalq təbabəti üsullarından da istifadə edilir ki, bunların bir-neçəsi aşağıdakılardır: 1. Dəvədabanı bitkisinin yağı müxtəlif abseslərin, infeksiyalı yaraların sağalmasında çox faydalıdır. 2. Günəbaxan yağı qaynadılır, ilıq halda tənzifə batırılır və absesin üzərinə qoyulur. 3. Bal dəri abseslərinin sorulmasında və çayla içildiyi zaman ağciyər abseslərinin sorulmasında faydalıdır. 4. Dəridə irinli, yetişməkdə olan abses olduqda təzə soğan quru tavada yüngül bişirilir və absesin üstünə qoyulur. Bu yaranın yetişməsini sürətləndirir və irinin axıb tökülməsinə səbəb olur. 5. Arı şanından hazırlanmış əzmənin də abseslərin yetişməsində rolu böyükdür. 6. Xiyar əzməsi abseslərdən başqa, revmatik iltihabi nahiyyələrin də ağrı və qızatılarını aradan qaldırır.

Qızılgül ləçəyi dəmləməsinin faydaları

2022-12-29 02:01:00

Təzə qızılgül ləçəyinin dəmləməsindən  müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Bunun üçün bir neçə qızılgülün ləçəkləri fincana qoyulur və üzərinə yeni qaynamış su əlavə edilib ağzı örtülür. Bir müddət sonra içilir. Qızılgül ləçəyi dəmləməsi antibakterial və antiseptik təsirə malikdir. Tərkibindəki antioksidant maddələr və vitaminlər onu bir çox xəstəliklərin müalicəsində faydalı edir. Bu dəmləmə oqranizmə aşağıdakı təsirləri göstərir: * iltihab əleyhinə təsir göstərir * dəridəki qızartıların azalmasına səbəb olur * dəridəki sızanaqları sağaldır * orqanizmi rahatladır * stresi aradan qardırır * yuxunu normallaşdırır * dərini parıldadır * enerji artırır * dərinin yağlılığını azaldır * yeni dəri hüceyrələrinin əmələ gəlməsinə səbəb olur * təbii bir saç yumuşaldıcı təsiri var * saçın uzanmasına və güclənməsinə səbəb olur * kompresi göz altındakı şişkinliyi aradan qaldırır * dərinin yaşlanmasının qarşısını alır * günəş yanıqlarını sakitləşdirir * qan dövranını sürətləndirir * dərinin pH balansının normallaşdırır * dişləri gücləndirir və ağız qoxusunu aradan qaldırır. Dəri və gözaltı nahiyəyə kompres şəklində qoyduqda, qızılgül ləçəyi dəmləməsinə az miqdarda qızılgül yağı əlavə edilir.

Diet saxlamaq istəyənlərə 10 detoks çayı

2022-12-29 01:01:00

1. Xiyar, limon və nanə detoksu. 1 ədəd xiyar, 1 ədəd limon halqa şəklində doğranır, 10 ədəd nanə yarpağı əlavə edilir və üzərinə 300 ml su tökülüb soyuducuda 1-2 gecə saxlanılır. Səhəri gün hər fürsətdə içilir. 2. Moruq, yaşıl alma və xiyar detoksu. 2 litr suya 100 qram moruq, 1 ədəd alma, 1 ədəd xiyar və 1 ədəd limon doğranıb qatılır, 3 saat saxladıqdan sonra hər fürsətdə içilir. 3. Avokado, xiyar, ispanaq və nanə detoksu. 1 ədəd avokado, 1 ədəd xiyar, 4 yarpaq ispanaq və 5 yarpaq nanə 2 litr suya qatılır. Zövqə görə suya qoz və zeytun yağı əlavə edə bilərsiniz. Qarışım 3 saat saxlanıldıqdan sonra istənilən zaman içilir. 4. Qreyfurt və limon detoksu. Meyvələrin hərəsindən bir ədəd dilimlənir, 2 litr suya qatılır və 3 saat saxladıqdan sonra içilir. 5. Nar, ananas, limon və zəncəfil detoksu. Yarım limonun suyu 1 ədəd nar şirəsi, 1 stəkan ananas şirəsi, 1 çay qaşığı zəncəfil qarışdırılır və 2 saat saxlandıqdan sonra içilir. 6. İspanaq, nanə, limon, xiyar və cəfəri detoksu. 5 yarpaq nanə, 1 dəstə ispanaq, 1 ədəd xiyar, yarım limon, 1 dəstə cəfəri blenderdə üyüdülür və 1 litr suya qatılıb içilir. 7. Portağal, alma, armud və yerkökü detoksu. Meyvələrin hərəsindən bir ədəd blenderdə üyüdülür və tez içilir. Bu şirəni saxladıqda tərkibi dəyişir. 8. Nar və alma detoksu. Meyvələrin hərəsindən bir ədəd götürülüb blenderdə üyüdün və qısa bir zamanda için, çünki saxladıqda şirənin tərkibi dəyişilir. 9. Limon, nar, nanə detoksu. 1 ədəd limon və 3 ədəd narın suyu çıxarılır və 5 ədəd nanə yarpağı qatılıb soyuducuda 5 saat saxladıqdan sonra içilir. 10. Limon detoksu. 2 litr suya 2-3 limon doğranır və 2 saat saxladıqdan sonra istənilən zaman içilir.

Ən istedadlı bürclər Bəs, kim bacarıqlarından istifadə edə bilmir?

2022-12-29 00:44:00

Hər bürcün öyrənmə və düşünmə ilə bağlantısı fərqlilik göstərə bilir. Öyrənmək və kəşfetmək bəziləri üçün çətin olsa da, bu bəzi bürclərin xarakteristik özəlliyinə çevrilib.

14 yaşlı uşaq dəhşət yaşadı

2022-12-29 00:31:00

Osmaniyedə çörək almağa gedərkən sahibindən qaçan itin hücumuna məruz qalan 14 yaşlı uşaq şok keçirib. Yaralı uşağın it sahiblərinin ailəsinə xəbər vermədən evinin liftinin qapısında qaldığı öyrənilib.

Günün qoroskopu: Planlaşdırılmamış xərclər ola bilər

2022-12-29 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Bakıda avtomobillər toqquşub,

2022-12-28 23:28:00

Bakının Yasamal royonunda yol-nəqliyyat hadisəsi baş verib.

46 yaşlı qadın dəm qazından boğulub

2022-12-28 23:23:00

Hacıqabulda qadın dəm qazından boğularaq ölüb.

Vəzifə maaşına əlavələr də hesablanacaq

2022-12-28 23:18:00

Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, onlar üçün bir sıra güzəştləri nəzərdə tutan dəstək paketinin tətbiqinə, bu ərazilərdə əmək resurslarının səmərəli idarə olunmasına xidmət edir.

Nişanı olan 13 yaşlı qız niyə məktəbə getmir?

2022-12-28 22:57:00

Tovuzda azyaşlı qızın ərə verilməsiylə bağlı bəzi məlumatlar əldə edilib.

Bakıda qadın

2022-12-28 22:47:00

Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.

Yeni il süfrəsində nələrə diqqət etməliyik? Şərab, şamdan və daha nələr... FOTO

2022-12-28 22:31:00

Yeni il gecəsi dedikdə bir çoxumuzun ağlına böyük süfrə atrafında əyləşərək müxtəlif təamların dadına baxmaq gəlir. Xüsusən də, həmin süfrənin hazırlanması və təqdim edilməsi böyük zövq və diqqət tələb edir.

Bu xəstəxanalarda böyük ödənişlər nağdsız olacaq

2022-12-28 22:26:00

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də nağdsız qaydada həyata keçiriləcək.

“Tapşırıqla XINdə işə götürmüşəm” Elmar Məmmədyarovdan etiraf

2022-12-28 22:21:00

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-də işə götürdüyü şəxslərdən danışıb.

Naxçıvanın müdafiə potensialı üçün addımlar atılacaq

2022-12-28 22:11:00

Bundan sonra da Naxçıvan Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi istiqamətində lazımi addımlar atılacaq.

“Atamdakı sevgini İbrahimdə tapdım”

2022-12-28 22:01:00

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşegül Yıldız 2 il evli olduğu keçmiş həyat yoldaşından danışıb.

Bakıda yaşayış binasında

2022-12-28 21:36:00

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin eyvanında 4 m² sahədə rəf yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.

Bu gün Beynəlxalq Kino Günüdür

2022-12-28 21:31:00

Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik "Fəhlələrin Lümyer fabrikindən çıxması" ekran əsəri də var idi.

Vətən müharibəsi şəhidinin anası vəfat etdi

2022-12-28 21:21:00

Lənkəran şəhər sakini, Vətən müharibəsi zamanı şəhid olan leytenant Emil Qurbanovun anası Sürəyya xanım bu gün vəfat edib.

30 minə yaxın şəxsə 25 illik staj hədiyyə ediləcək

2022-12-28 20:06:00

"Əmək pensiyaları haqqında" Qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir.