İmam Rza vəliəhdliyi niyə qəbul etdi?


Digərləri 26 Yan 2023 23:20:00 331 0

İmam Rza vəliəhdliyi niyə qəbul etdi?

Yeddinci Abbasi xəlifəsi Məmun (813-833) hakimiyyətinin lap əvvəllərində güclü qiyamlarla qarşılaşdı. Kufədə Əbus-Səraya və İbn Təbatəba, Mədinədə Məhəmməd Dibac, Cəzirədə Nəsr ibn Şibs tərəfindən qaldırılmış qiyamların miqyası xəlifəni dəhşətə gətirirdi. Xüsusilə, xalq arasında böyük hörmətə malik olan Bəni-Haşim seyyidlərinin qatıldığı Əbus-Səraya qiyamı xilafət üçün çox təhlükəli idi.

Belə bir şəraitdə səkkizinci imam Rzanın (ə) nüfuzundan yararlanmaq Məmuna öz işlərini yoluna qoymaq və Əhli-beyt tərəfdarlarını sakitləşdirmək üçün fürsət verəcəkdi. Hicri 200-cü ildə (miladi 815-816) Məmun İmam Rzanı (ə) Mədinədən öz yanına - Xorasana gətizdirməyi əmr etdi.

İmam Xorasan vilayətinin mərkəzi olan Mərv şəhərinə gətiriləndən sonra Məmun öz məqsədini ona açıb söylədi. Sən demə, Məmun xilafəti o həzrətə təhvil vermək və özü hakimiyyətdən uzaqlaşmaq niyyətində imiş. İmam xəlifənin qeyri-səmimi olduğunu və məkrli plan arxasında gizləndiyini duydu, buna görə də xəlifəliyi qəbul etməkdən qəti surətdə boyun qaçırdı. Axırda Məmun heç olmazsa, vəliəhdliyi qəbul etməsini o həzrətin qarşısına tələb kimi qoydu.

Məmun İmam Rzanı (ə) istər xəlifə, istərsə vəliəhd kimi hakimiyyət başına gətirməkdə bir neçə məqsəd güdürdü. Əvvəla, İmam Rzanı (ə) yüksək dövlət məqamına əyləşdirməklə, xilafət ərazisində baş qaldırmış Əhli-beyt təmayüllü üsyanları zərərsizləşdirmək mümkün olacaqdı. Məmun bu addımı atmaqla üsyançıları sakitləşdirmək və guya Əhli-beytin haqqının qəsb olunmadığı mənzərəsini yaratmaq istəyirdi.

İkincisi, Məmun düşünürdü ki, İmam Rza (ə) siyasi hakimiyyətə gətirildikdən sonra istər-istəməz ölkədə baş verən ədalətsizliklərə cavabdehlik daşıyacaq, hakim rejimin nəinki sıravi nümayəndəsi, hətta başçısı olaraq ümumxalq nifrətini qazanacaqdı. O həzrətə hakimiyyət hərisi, dünya malına aldanmış bir şəxs kimi baxacaqdılar.

Üçüncüsü, İmam Rza (ə) Mərvə gətirilərək, yüksək dövlət məqamına təyin edilməklə daim Məmunun nəzarəti altında qalacaq, hər növ sərbəst fəaliyyət imkanından məhrum olacaqdı.

Öz məramına nail olmaq üçün Məmun heç nədən çəkinmirdi. Xoşluqla İmamı vəliəhdliyə razı sala bilməyən xəlifə o həzrəti ölümlə təhdid etdi. İmam Rza (ə) məcburiyyət qarşısında qalıb, son dərəcə ikrahla və müəyyən şərtlər daxilində vəliəhdliyi qəbul etməyə razılıq verdi. İmamın şərtləri bundan ibarət idi ki, vəliəhd olduqdan sonra heç bir mühüm qərarın qəbul edilməsində iştirak etməyəcək, dövlət vəzifələrinə təyin olunma və vəzifədən azad edilmə fərmanlarına imza atmayacaq, xilafət ərazisində aparılan heç bir islahata qarışmayacaq. Məmun bu şərtlərlə razılaşmalı oldu.

Hicri 201-ci ilin ramazan ayında (miladi 817, mart) Mərv şəhərində İmam Rzaya (ə) beyət mərasimi keçirildi. Məmunun əmri ilə bütün saray əyanları, xilafətin adlı-sanlı şəxsləri, alimlər və qoşun başçıları o həzrəti vəliəhd kimi tanıdıqlarını elan etdilər. İmama beyət edən ilk şəxs Məmunun oğlu Abbas oldu. Xəlifə xilafətin bütün şəhərlərində yeni vəliəhdin adına beyət alınmasına və sikkələrin üzərində o həzrətin adının yazılmasına fərman verdi.

İmamla bağlılığını daha da möhkəmlətmək üçün Məmun öz qızı Ümmi-Həbibəni o həzrətə ərə verdi. Bu qohumluq əlaqəsini yaratmaqda xəlifənin məqsədi bu idi ki, qızı ilə İmam Rzanın (ə) övladı doğulsun və Məmun özündən sonra hakimiyyəti ona buraxsın. Bu uşaq bir tərəfdən Abbasilərə, digər tərəfdən imamət sülaləsinə mənsub olacağı üçün hər iki tərəf onun hakimiyyəti ilə razılaşacaqdı.

Lakin Məmunun arzuları ürəyində qaldı. İmam Rza (ə) ilə Ümmi-Həbibənin izdivacından heç bir övlad dünyaya gəlmədi. Məmunun bütün israrlarına rəğmən İmam Rza (ə) əvvəldə bağladığı şərtə sadiq qalaraq hökumət işlərinə qarışmır və bütün hərəkətləri ilə zalım hakimiyyətdə yalnız tamaşaçı qismində təmsil olunduğunu nümayiş etdirirdi. Məmunun gözlədiyinin əksinə olaraq İmam Rzanın (ə) nüfuzu nəinki azalmır, hətta durmadan artırdı.

Məmun İmamın hörmət və məhəbbətini ürəklərdən silmək üçün o həzrəti müxtəlif çətin elmi mübahisələrə çağırmağa və alimlərlə üzləşdirməyə başladı. Sarayda tez-tez təşkil olunan məclislərə istər müsəlman alimləri, istərsə də yəhudi, məsihi, atəşpərəst, dəhri (materialist) əqidəli elm adamları dəvət olunur və İmam Rza (ə) ilə onlar arasında sual-cavab aparılırdı. Bu yolla Məmun İmam Rzanın (ə) elmi suallar qarşısında aciz qalacağını və məğlub olub gözdən düşəcəyini güman edirdi. Lakin bu tədbirlər də bir nəticə vermədi. Həzrət Rza (ə) hər dəstənin nümayəndələri ilə onların öz əqidə və metodları əsasında mübahisə edərək səhvlərini açır və haqq əqidənin düzgünlüyünü sübuta yetirirdi. Sarayda qurulan bütün elmi müzakirə məclisləri İmamın mütləq qələbəsi ilə başa çatırdı.

Nəhayət, səkkizinci imam Həzrət Rza (ə) hicrətin 203-cü ilində, səfər ayının son günündə (miladi 818, sentyabr) Xorasanın Tus şəhərində Məmunun göndərdiyi zəhərli üzümü yeyərək şəhid oldu və həmin şəhərdə (hal-hazırda Məşhəd şəhəridir) torpağa tapşırıldı.

Qahirə Beynəlxalq Kitab Sərgisi like
  • 26 Yan 23:19  
Dünya Qahirə Beynəlxalq Kitab Sərgisi

Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Beyn

arrow Ətraflı
Quru göz xəstəliyi nədir? like
  • 26 Yan 23:15  
Digərləri Quru göz xəstəliyi nədir?

Göz quruluğunun səbəbi gözyaşı miqdarının və keyfiyyətinin yaxşı ol

arrow Ətraflı
Peyğəmbərin son günləri like
  • 26 Yan 23:10  
Digərləri Peyğəmbərin son günləri

Həzrət Mühəmməd Peyğəmbərin (s) ömrünün son iki ayı ağır xəstəli

arrow Ətraflı
Fırça və diş məcununu marketdən özbaşına almaq olmaz– Stomatoloq like
  • 26 Yan 23:05  
Digərləri Fırça və diş məcununu marketdən özbaşına almaq olmaz– Stomatoloq

Fırça və diş məcunu hər bir pasiyentə fərdi şəkildə həkim tərəfind

arrow Ətraflı
LaçınXankəndi yolu: Aksiya gecə də like
  • 26 Yan 23:02  
Siyasət LaçınXankəndi yolu: Aksiya gecə də

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar�

arrow Ətraflı
İdeal belin hesablanması üçün like
  • 26 Yan 23:01  
Digərləri İdeal belin hesablanması üçün

Böyük Britaniya Milli Sağlamlıq və Klinik Mükəmməllik İnstitutunun tera

arrow Ətraflı
Naxçıvan martın 1dən yeni sistemə keçir? like
  • 26 Yan 23:00  
Digərləri Naxçıvan martın 1dən yeni sistemə keçir?

Naxçıvanda sahibkarların martın 1-dək elektron qaimə sisteminə keçəcəy

arrow Ətraflı
İsveçrədəki türklərdən QuraniKərimin like
  • 26 Yan 22:56  
Siyasət İsveçrədəki türklərdən QuraniKərimin

İsveçrədə yaşayan türklər Qurani-Kərimin yandırılmasına etiraz edib.

arrow Ətraflı
İslamda zarafat like
  • 26 Yan 22:55  
Digərləri İslamda zarafat

İslam dininin ən önəm verdiyi məsələlərdən biri də əxlaqdır. Bunu bi

arrow Ətraflı
Bayden fevralda Avropaya səfər like
  • 26 Yan 22:53  
Siyasət Bayden fevralda Avropaya səfər

ABŞ Prezidenti Co Bayden fevralda Avropaya səfər etməyi düşünür.

arrow Ətraflı
Qızıl nisbətə görə ən yaraşıqlı like
  • 26 Yan 22:51  
Digərləri Qızıl nisbətə görə ən yaraşıqlı

Qızıl nisbətə görə dünyanın ən yaraşıqlı kişisi məlum olub.

arrow Ətraflı
Bu ölkədə pedofillər axtalanacaq like
  • 26 Yan 22:25  
Digərləri Bu ölkədə pedofillər axtalanacaq

Qırğızıstan parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qa

arrow Ətraflı
Dünyanın məşhur müsəlman alimlərindən biri like
  • 26 Yan 22:20  
Digərləri Dünyanın məşhur müsəlman alimlərindən biri

İslam dünyasının coğrafiya elminin inkişafında böyük rol oynayan məşh

arrow Ətraflı
Kimlərə səhər yumurta yemək olmaz?  Endokrinoloqdan like
  • 26 Yan 22:15  
Digərləri Kimlərə səhər yumurta yemək olmaz? Endokrinoloqdan

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid balansını poz

arrow Ətraflı
İslam peyğəmbərinin həyatı like
  • 26 Yan 22:10  
Digərləri İslam peyğəmbərinin həyatı

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, m�

arrow Ətraflı