Peyğəmbərin son günləri
Digərləri 26 Yan 2023 23:10:00 921 0
Həzrət Mühəmməd Peyğəmbərin (s) ömrünün son iki ayı ağır xəstəlik içində keçmişdi. O həzrət ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları dönə-dönə xəbərdar edirdi.
Bu xəbəri də oxu: Sabah bu rayonda qaz olmayacaq
Peyğəmbərin məqsədi bu idi ki, Onun ölümü müsəlmanları qəfil haqlamasın və hələ kövrək olan Islam ümməti bu itkidən sarsılmasın.
Qeyd edək ki, Peyğəmbərin öz ölümünü qabaqcadan hiss etməsi qeyri-mümkün iş deyil. Nəinki peyğəmbərlər və imamlar, hətta bəzi övliyalar belə, öz ölümlərini bir müddət əvvəldən duyur və Allahla görüşə hazırlaşırlar. Peyğəmbər ölümünün yaxında olduğunu bəzi əlamətlərdən duymuşdu. Məsələn, hər il vəhy mələyi Cəbrail bir dəfə o həzrətin görüşünə gəlir və onlar həmin zamana kimi nazil olmuş ayələri birlikdə oxuyurdular. Həmin il Cəbrail Quranı iki dəfə Peyğəmbərlə oxudu. Həmçinin, vida həcci zamanı nazil olmuş Maidə surəsinin 67-ci ayəsi artıq o həzrətin peyğəmbərlik missiyasının başa çatmaq üzrə olduğunu xəbər verdi. Vəfatından təqribən 80 gün əvvəl - vida həcci zamanı İslam mümləkətinin ən müxtəlif guşələrindən gəlmiş 100 min nəfər müsəlmanın qarşısında Peyğəmbər tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətlərini xatırlatdı. Maraqlıdır ki, İslamın düşmənləri üçün bu xəbər əsl fürsətə çevrildi. Həzrət Mühəmmədin (s) tezliklə vəfat edəcəyini Onun öz dilindən eşidən bəzi şəxslər fürsəti qənimət bilib peyğəmbərlik iddiası ilə çıxış etdilər. Təsadüfi deyil ki, Müseylimə, Tüleyhə, Səccah, Əsvəd kimi yalançı "peyğəmbər"lər məhz Həzrət Mühəmmədin (s) həyatının son aylarında fəaliyyətə başlamışdılar. Onlar güman edirdilər ki, müsəlman icması öz başçısını itirdikdə böyük sarsıntıya düşəcək və ərəbləri Islamdan döndərmək asan olacaq. Lakin tarix onların bu gümanının səhv olduğunu sübuta yetirdi. Həzrət Mühəmmədin (s) həyatının son günlərində və vəfatından sonrakı qısa müddət ərzində yalançı "peyğəmbər"lərin hamısının təxribatının qarşısı uğurla alındı. Onların əksəriyyəti birinci xəlifə Əbu Bəkrin zamanında təslim edildi. Yəməndə özünü "peyğəmbər" elan etmiş Əsvədin müsəlmanlar tərəfindən qətlə yetirilməsinin xəbəri isə Mədinəyə Peyğəmbərin vəfatından cəmi bir gün əvvəl gəlib-çatdı.
İslam Peyğəmbəri özündən sonra ümmətin halı üçün təşviş keçirirdi. Onu xüsusilə müsəlmanların yaxın qonşusu olan Bizans imperiyası narahat edirdi. Peyğəmbər bilirdi ki, Onun vəfat xəbərini eşidəndən dərhal sonra bizanslılar İslam torpaqlarına qarşı böyük hücuma keçəcəklər. Bu hücumu qabaqlamaq üçün o həzrət özü müsəlmanlara səfərbərlik əmri verdi və təşkil olunmuş qoşuna 3 il bundan əvvəl Mötə məntəqəsində bizanslılarla müsəlmanlar arasında baş vermiş döyüşdə şəhid olmuş Zeyd ibn Harisənin oğlu Üsamə ibn Zeydi sərkərdə seçdi. Lakin bəzi qocaman səhabələr yenicə həddi-büluğ yaşına çatmış Üsamənin başçılığı altında döyşməkdən imtina etdikləri üçün qoşunun səfərbərlik işləri ləngiyirdi. Üsamə Mədinədən kənarda düşərgə qurub hamının toplaşmasını gözləyirdi.
Həzrət Mühəmməd Peyğəmbər (s) ömrünün son günlərində dəfələrlə Məscidün-nəbəviyə gəlir və müsəlmanlar qarşısında çıxış edirdi. Çox zaman bədəni hərarət içində yandığı üçün əmisi oğulları Əli ibn Əbu Talibin, Fəzl ibn Abbasın və başqa yaxın qohumlarının çiyninə dayaqlanaraq hərəkət edirdi. Belə günlərin birində o, məscidə gəlib müsəlmanları sərt bir şəkildə qınadı və hamını Üsamənin qoşununa qatılmağa çağırdı. Təəssüf ki, səhabələrin bəziləri Peyğəmbərin səhhətindən narahat olduqları, bəziləri isə o həzrətin vəfatından sonrakı xəlifə seçkilərinə nəzarəti əldən buraxmaq istəmədikləri üçün bu tapşırığı yenə qulaqardına vurdular. Nəticədə, Üsamənin Şam bölgəsinə yürüşü yalnız Peyğəmbərin vəfatından sonra, Əbu Bəkrin xilafətinin ilk günlərində baş tuta bildi.
Peyğəmbər xəstə halda ikən Əlinin (və ya əhli-sünnə rəvayətlərinə görə səhabələrdən Əbu Müveyhibənin ya Əbu Rafenin, ya da Büreyrənin) müşayiəti il Bəqi məzarlığına getdi, orada dəfn olunanların ruhuna Allahdan rəhmət dilədi, öz əzizlərinin məzarı ilə vidalaşdı.
Bəzi mənbələrdə xəbər verilir ki, Peyğəmbər ömrünün son günlərində yataq xəstəsi olduğu halda ən yaxın səhabələri ətrafına toplamış və vəsiyyətini yazdırmaq istəyində olduğunu dilə gətirmişdi. Lakin bəzi səhabələr: "Quran bizə bəsdir, bundan başqa tapşırığa ehtiyacımız yoxdur" - deyə, buna mane olmuş və nəticədə Peyğəmbər qəzəblənib hamını otaqdan qovmuşdu. Bir daha qeyd edirik ki, bu rəvayət bütün mənbələrdə deyil, bəzi kitablarda (əsasən, şiə yönümlü mənbələrdə) və fərqli varinatlarda qeyd edilib.
Yuxarıda qeyd etdiyimiz kimi, Həzrət Mühəmməd (s) həyatının son günlərinə kimi müsəlmanlarla rabitəni kəsmir, çətinliklə olsa da məscidə gedib camaatla görüşürdü. Bir gün qızdırmalı halda, başına nəm dəsmal bağlamış vəziyyətdə, Əlinin və Fəzl ibn Abbasın çiyninə söykənib ayaqlarını yerlə sürüdərək özünü məscidə çatdırdı, minbərə qalxıb səhabələrlə vidalaşdı. Buyurdu ki, hər kimə vəd verib yerinə yetirməmişəmsə desin ki, bu dünyanı borclu halda tərk etməyim. Səhabələrdən biri qalxıb dedi: "Ey Allahın Rəsulu! Mənə söz vermişdiniz ki, əgər evlənsəm, mənə beytül-maldan maddi yardım verəcəksiniz". Peyğəmbər tapşırdı ki, beytül-maldan həmin səhabəyə bir miqdar pul versinlər. Vəfatından 3 gün əvvəl yenə məscidə gəlib minbərə qalxdı, camaatdan halallıq istədi, kimin boynunda haqqı olduğunu söylədi. Səvadə ibn Qeys adlı bir səhabə qalxıb söylədi: "Taif səfərindən qayıdanda mən Sizin yanınızda durmuşdum. Siz öz atınızı yerindən tərpətmək üçün qırmancı qaldırıb vurdunuz, amma qırmanc mənim kürəyimə dəydi. Indi həmin zərbənin qisasını tələb edirəm". Peyğəmbər etiraz etmədən öz evinə adam göndərdi ki, həmin qırmancı gətirsinlər. Sonra köynəyinin ətəyini yuxarı qaldırıb kürəyini açdı və Səvadəyə icazə verdi ki, həmin zərbənin əvəzinə qırmancla Onu vursun. Hamı heyrət və dəhşət içində bu səhnəni izləyirdi. Amma Səvadə irəli gəlib o həzrətin sinəsindən və kürəyindən öpdü, söylədi: "Elə bilməyin ki, mən Sizə qarşı bu qədər hörmətsizlik edə bilərəm. Mənim məqsədim bu idi ki, kürəyinizdəki peyğəmbərlik nişanını gözlərimlə görüm və öpüm. Indi öz arzuma çatdım".
Fırça və diş məcunu hər bir pasiyentə fərdi şəkildə həkim tərəfind
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar�
Böyük Britaniya Milli Sağlamlıq və Klinik Mükəmməllik İnstitutunun tera
Naxçıvanda sahibkarların martın 1-dək elektron qaimə sisteminə keçəcəy
İsveçrədə yaşayan türklər Qurani-Kərimin yandırılmasına etiraz edib.
ABŞ Prezidenti Co Bayden fevralda Avropaya səfər etməyi düşünür.
Qızıl nisbətə görə dünyanın ən yaraşıqlı kişisi məlum olub.
Qırğızıstan parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qa
İslam dünyasının coğrafiya elminin inkişafında böyük rol oynayan məşh
Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid balansını poz
İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, m�
Cinsi yolla keçən xəstəliklər, infeksiyaların insanı necə, hardan və ki
Ev şəraitində ürəkdə problem olub-olmamasını yoxlamaq mümkündür. Bunu