Bu ölkədə pedofillər axtalanacaq
Digərləri 26 Yan 2023 22:25:00 349 0
Qırğızıstan parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz cinayəti törədən şəxsin kastrasiya edilməsini nəzərdə tutan qanun təklifi qəbul edilib. "Medicina" xəbər verir ki, Qırğızıstan Milli Məclisinin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və Milli Məclisin Daxili Nizamnaməsi komitəsində "cinsi zorakılığa" görə cəzaların artırılmasını nəzərdə tutan Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə və Cəza İcrası haqqında qanuna dəyişiklikləri nəzərdə tutan qanun müzakirə edilib.
Bu xəbəri də oxu: Telefonu gün ərzində bu aralıqla istifadə etmək olar
Deputat Ulan Bakasovun hazırlayıb təqdim etdiyi qanun layihəsi parlamentin sözügedən komitəsində qəbul edilib.
Ölkənin məhkəmə sistemində cəzaların azaldılması tendensiyası olduğuna diqqət çəkən Bakasov qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarın qarşısının alınması üçün cəzaların ağırlaşdırılmasını nəzərdə tutduğunu bildirib.
Bakasov uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq (zorlama) törətməkdə təqsirli bilinən məhkumlara verilən cəzanın 20 ilədək artırılmasını və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, məhbusun azadlığa çıxmasına 6 ay qalmış axtalanmasını təklif edib.
Təklif Assambleyanın Baş Assambleyasında müzakirə edildikdən sonra təsdiq olunarsa, qanuna çevriləcək. /publika.az
/İslam dünyasının coğrafiya elminin inkişafında böyük rol oynayan məşh
Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid balansını poz
İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, m�
Cinsi yolla keçən xəstəliklər, infeksiyaların insanı necə, hardan və ki
Ev şəraitində ürəkdə problem olub-olmamasını yoxlamaq mümkündür. Bunu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sos
Sosial şəbəkələrdə Əməkdar artist Aygün Bəylərin səhhətinin yaxşı
Rəcəb ayının on üçü idi. Məkkə şəhəri ikinci sevincini yaşamağa ha
Avropa İttifaqı (Aİ) Rusiya dizel yanacağının bir barelinə 100 dollar qiy
Bu kainatı bir ağac hesab eləsək, onun meyvəsi insandır. Bir ağacda hər
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3
"Virus infeksiyalarından qorunma tədbirləri ciddi olaraq fərqlənmir&qu
"Vaxtilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaranand
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustavayev erməni saxtakarlığı