Digərləri
2023-01-26 14:09:00
Gündəlik qida məhsulu olan soğan sürətlə bahalaşır.Soğanın qiyməti son illər ərzində ən yüksək həddə çatıb.
2023-01-26 14:00:00
Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
2023-01-26 13:41:00
Putin mənim üçün heç kimdir, onunla danışıqlar maraqlı deyil.
2023-01-26 13:40:00
Qohum uşağı övladlığa götürmək istəyənlərin sayı artıb. Ötən il sosial xidmətlər Agentliyinə bununla bağlı 122 müraciət daxil olub.
2023-01-26 13:31:00
8 noyabr (keçmiş Nobel) prospektində bir neçə gündür dəyişiklik edilib.
2023-01-26 13:11:00
Bu gün dünyada gedən geosiyasi vəziyyət, eləcə də qlobal iqlim dəyişmələri ərzaq məhsullarının bahalaşmasında özünü göstərir. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə işlər görür.
2023-01-26 13:09:00
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
2023-01-26 12:40:00
"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahənin müxtəlif istiqamətlərinə dair informasiya və məsləhət xidmətləri göstərilir.
2023-01-26 12:30:00
Dünya miqyasında milyonlarla istifadəçiyə malik sosial media platforması "Instagram" daha bir yenilik təqdim edib.
2023-01-26 12:20:00
Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədovun azadlığa çıxması münasibətilə evində dini məclis təşkil edən şəxs saxlanılıb.
2023-01-26 11:59:00
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan sabiq gizir Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
2023-01-26 11:51:00
Türkiyə parlamentində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən olan erməni deputat Qaro Paylan Türkiyə-Ermənistan sərhədinə gələrək iki ölkə arasında sərhədlərin açılması ilə bağlı açıqlamalar verib.
2023-01-26 11:10:00
Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarı elan edib.
2023-01-26 11:09:00
Milli Məclis dövlət orqanları ilə birlikdə aqrar sahədə yeni vəzifələr müəyyənləşdirəcək.
2023-01-26 10:58:00
Bakının Yasamal rayonu ərazisində daha bir ərazidə fərdi evlər söküləcək.
2023-01-26 10:39:00
Ehtiyatda olan polkovnik Şair Ramaldanov TV Müsavat-ın canlı efirinə qoşulub.
2023-01-26 10:38:00
Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələnən yanğının baş verdiyi "hərbi hissə" ilə bağlı maraqlı fakt ortaya çıxıb.
2023-01-26 10:31:00
Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində süni bahalaşma müşahidə olunub.
2023-01-26 10:29:00
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.
2023-01-26 10:20:00
Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əmək haqqları yanvarın 1-dən etibarən artırılıb. Bununla bağlı, Nazirlər Kabineti tərəfindən qərar da qəbul olunub. Bundan sonra isə müəllimlərin maaş artımı ilə bağlı suallar yaranıb.
2023-01-26 10:20:00
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
2023-01-26 10:19:00
Ukrayna ilə müharibənun uzanması Rusiyaya canlı qüvvə sarıdan ciddi problemlər yaratmaqda davam edir. Məsələn, Krasnodar diyarının Bakı kəndi yaxınlığındakı qəbirstanlıqlardan birində son iki ay ərzində təzə məzarların sayı 7 dəfə artaraq 170-ə çatıb.
2023-01-26 10:11:00
Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Bayram Qurbanovun oğlu Vahid Qurbanlı dünyasını dəyişib.
2023-01-26 10:10:00
Abşeronda 23 yaşlı qız evdə ölü tapılıb.
2023-01-26 09:58:00
Ermənistan nə qədər zəifdirsə, onun məhv edilməsi imkanları da o qədər böyükdür.
2023-01-26 09:09:00
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 46 gündür ki, davam edir.
2023-01-26 08:59:00
Uşaqlarda müşahidə olunan ishal əsas problemlərdən biridir. İshal olan uşaqlar ilk olaraq pediatra müraciət etməlidirlər. Çünki əsas səbəb araşdırılmalıdır.
2023-01-26 08:55:00
Qara qarağat haqqında ümumi məlumat Qara qarağat hündürlüyü 1,5-2 metrə qədər qalxa bilən qarağat kolunun meyvəsidir. Qarağat kolunun sarı-boz zoğları yayın sonlarına yaxın onların rəngi dəyişərək qəhvəyi olur.Qara qarağat yarpaqları beş ədəd üçbucağın birləşməsindən əmələ gələn formaya bənzəyir və kol budaqlarının üstündə sıra ilə düzülərək böyüyür. Onun saplaqları 12 sm uzunluğunda və xüsusi qoxuya malik olur. Saplaqlardan 7-9 mm ölçüdə açıq-bənövşəyi və ya çəhrayının boz çalarında olan çiçəklər açır. Qara qarağatın tünd bənövşəyi və ya qara rəngli giləmeyvələri olur. Qara qarağat may-iyun aylarında çiçək açır və iyun-avqust aylarında meyvələri yetişir. Qara qarağata Rusiyanın, Azərbaycanın, Ukraynanın, Orta Asiya ölkələrinin əksər ərazilərində rast gəlmək mümkündür. O meşələrdə, düzənlik ərazilərdə, nəmişlik yerlərdə, bataqlıq kənarlarında, yol kənarlarında yabanı halda bitir. Qara qarağatın yarpaqlarından, meyvələrindən, bəzi hallarda isə toxumlarından istifadə olunur. Qara qarağatnın Tərkibi Qara qarağat azkalorili giləmeyvələrdəndir. 100 qram giləmeyvədə 63 kKal var. 100 qram qara qarağatın qida dəyəri: - Zülallar - 1 qr - Yağlar - 0,4 qr - Karbohidratlar - 7,3 qr - Su - 83 qr - Kalori - 63. Qara qarağatın Xeyri Qara qarağat vitamin küpüdür. Onun tərkibi C, B1, B6, B9, D, E, K, P, A vitaminləri, pektin, karotinoidlər, şəkər, təbii və fosfor turşuları,tanin maddələr, efir yağları, fosfor, dəmir və kalium duzları ilə zəngindir. Qara qarağatın tərkibində C, E vitamini, fitonsidlər, maqnium, marqanes, gümüş, qurğuşun, kükürd və efir yağları var. Təzə dərilmiş qarağat giləmeyvəsi əvəzolumaz vitaminlərlə doludur. Bu səbəbdən də avitaminozdan, mədə turşuluğunun az olmasından, mədə yarasından, bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qara qarağat yemək çox faydalıdır. Qara qarağat hemoqlobinin miqdarını artırmaq qabiliyyətinə malikdir. Bu məqsədlə 1:1:1 şəkər tozu, qara qarağat və qarabaşaq ununu qarışdıraraq bişirib az-az yemək lazımdır. Qara qarağatdan orqanizmin tonusunu yüksəltmək, mübadilə prosesini yaxşılaşdırmaq, qanı təmizləmək, qan əmələ gətirmək, iltihab əleyhinə, iştahaçıcı məqsədlə qəbul edilir. Bu giləmeyvə böyrəküstü vəzin, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, şəkəri diabet xəstəliyinin əlamətlərini azaldır, limfa düyünlərində olan xəstəlikləri sağaldır, atereskleroz əlamətlərini aradan qaldırır. Qan təzyiqi, arterial təzyiq, radiasiya zəhərlənmələri zamanı qara qarağatdan istifadə eləmək çox faydalıdır. Qara qarağat yarpaqlarından dəmlənən çay çox ətirli və dadlı olur. Bu çayın tərkibi isə bioloji aktiv maddələr, tanin maddələri, efir yağları, vitaminlər və fitonsidlərlə zəngin olur. Yarpaqlarının tərkibində olan C vitaminin miqdarı giləmeyvələrinin tərkibində olan C vitamininin miqdarından çoxdur. Bu səbəbdən də yarpaqlarının dəmləməsi iltihab əleyhinə, revmatizm əleyhinə, sidikqovucu və oirqanizmi təmizləyici təsirə malikdir. Qastrit, podaqra və ürək-damar xəstələrinin hər gün qara qarağat yarpaqlarından dəmlənmiş çay içmələri onlardakı xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur. Bu dəmləmə soyuqdəymə, bronxit, öskürmə zamanı da sağalmanı sürətləndirir. Qara qarağat dəmləməsi baş ağrıları, yuxu pozğunluqları və nevroloji xəstəliklər zamanı sakitləşdirici təsir göstərir. Qara qarağatın Ziyanı Tromboflebit, mədə turşuıuğunun çoxluğu, mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkənlərə qara qarağatdan istifadə eləmək məsləhət görülmür. Qara qarağatın qara ciyər fəaliyyətini artırmağına baxmayaraq, hepatit xəstələrinə ondan istifadə eləmək məsləhət görülmür. Həddindən çox qara qarağat və ya onun yarpaqlarından hazırlanan dəmləmələrdən istifadə eləmək qanın laxtalanmasına səbəb ola bilir.
2023-01-26 08:51:00
Qara zirə ən çox Efiopiyada, Səudiyyə Ərəbistanında, Hindistanda, Orta Asiyada, Qafqaz bölgələrində, Aralıq dənizi ölkələrində bitir. Ondan ədviyyat vasitəsi kimi istifadə edilir. Qara zirə toxumlarından əldə edilən yağdan 3 min ildən çox bir zamandır ki, istifadə edilir. Bu yağın unikal və faydalı tərkibi onun orqanizm üçün lazımlı olduğunun göstəricisidir. Qara zirə yağı barədə Hippkratın əlyazmalarında da yazılara rast gəlinib. Qədin zamanlarda bu yağdan bağırsaq qurdalarının tökülməsi, qara ciyər, böyrək və ağ ciyərlərin fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə edilib. İbn Sinanın əlyazmalarında qara zirə yağı orqanizmi bütün xəstəliklərin qoruyan yağ kimi qeyd edilib. Onun əlyazmalarında qara zirə yağının insana həyat enerjisi, sağlamlıq bəxş etdiyi yazılıb. Qədim xalq təbabətində qara zirə yağından yorğunluğu aradan qaldırmaq məqsədilə və xəstəliklərin müalicəsində istifadə edilib. Qara zirə yağının tərkibində olan bioloji aktiv maddələr, vitaminlər, minerallar orqanizm üçün inanılmaz təsir göstərir. Qara zirə yağının faydalı tərkibi Qara zirə yağının tərkibində 26 nov yağ turşusu var. Onlardan 18-i doymamış, 8-i isə doymuş yağ turşularıdır. Bu yağın əsas tərkibini palmit, stearin, Omeqa3, Omeqa6 və Omeqa9 yağı təşkil edir. Qara zirə yağının tərkibində fosfolipidlər, fitosterollar, fosfor, kalsium, kalium, dəmir, E, C, D, A, B qrup vitaminlər var. Tərkibində olan makro və mikro elementlər, enzimlər, alkoloidlər, saloninlıər, efir yağları qara zirə yağını insan orqanizmi üçün əvəzedilməz müalicəvi təbii dərman maddəsi edir. Müalicəvi xüsusiyyətləri Qara zirə yağından bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Şərq təbabətində onu bütün xəstəliklərin dərmanı hesab edirlər. Qara zirə yağı orqanizmə ağrıkəsici, spazmoliitik, iltihab əleyhinə, antiseptik, bakteriasid, bronxgenəldici, yarasağaldıcı, regenerasiyaedici, möhkəmləndirici təsir göstərir. Qara zirə yağı immuniuteti yüksəltmək, orqanizmin tonusunu artırmaq, ödqovucu, damargenəldici təsirlərə malikdir. O orqanizmə skleroz əleyhinə və bağırsaq yumşaldıcı təsir göstərir və qəbizliyin aradan qalxmasına səbəb olur. Qara zirə yağı immunitetin artmasına səbəb olur. Həzm sistemini, mədə şirəsini normallaşdırmaq, mədə-bağırsağın florasını normallaşdırmaq və immuniteti artırmaq üçün qara zirə yağından istifadə etmək lazımdır. Qara zirə yağından istifadə eləmək qıcqırmanın, hıçqırmanın, ürək bulanmanın, diareyanın, meteorizmin aradan qalxmasına səbəb olur. O öd daşı, xolisistit, qastrit, sirroz, xolisistit, mədə-bağırsaq xəstəlikləri və disbakteriozun aradan qalxmasına səbəb olur. Qara zirə yağını təbii antibiotik hesab eləmək olar. O orqanizmdə olan iltihabi xəstəliklərin sağalmasına səbəb olur. Qara zirə tromb yaranmasının qarşısını alır, qan damarlarında olan xolesterinin təmizlənməsinə, damarlarda olan iltihabi proseslərin aradan qalxmasına, ürək-damar fəaliyyətinin yaxşılaşmasına səbəb olur. O beyin qan dövranının yaxşılaşmasına səbəb olmaqla yanaşı, varikozun əmələ gəlməsinin qarşısını alır, arterial təzyiqi nəzarət altında saxlayır. Davamlı olaraq qara zirə yağı içmək işemik xəstəliklərin, infarktın, vegetativ damar distrofiyasının müalicə və profilaktikasında mühüm rol oynayır. Qara zirə yağı orqanizmə qızdırmasalıcı və bəlğəmgətirici təsir göstərir. O soyuqlama xəstəliklərinin, bronxitin, qrippin, pnevmoniyanın, sinusitin, haymoritin, bronxial astmanın sağalmasını sürətləndirir. Şəklərli diabet xəstələrinə, artıq çəkidən, sidik kisəsi sistemi xəstəliklərindən(nefrit, sistit, uretrit və s.) əziyyət çəkənlərə qara zirə yağından istifadə etmək məsləhət görülür. Qara zirə yağı cinsiyyət orqanların baş verən xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur, prostatitin, prostat adenomasının əlamətlərini azaldır. Qara zirə yağı orqanizmdə olan virus və mikroblara qarşı mübarizə aparır. Qara zirə yağı oynaqlarda və əzələlərdə baş verən ağrıların aradan qalxmasına səbəb olur. Kosmetologiyada tətbiqi Qara zirə yağından dərinin qidalanması, toxumaların yenilənməsi və təravətlənməsi məqsədilə istifadə edilir. Onun tərkibində olan kollagenlər dərinin elastikləşməsinə səbəb olur. Qara zirə yağı yağlı dəri problemlərinin həll olmasına səbəb olur. Bu yağ dəridəki quruluğun aradan qalxmasına səbəb olur, dəridəkim piy vəzilərinin fəaliyyətini normallaşdırır, dərin tonuslandırır, onu ultrabənövşəyi şüalanmadan qoruyur. Saç dərisinə qara zirə yağı sürtmək seboreya, kəpəklənmə, qaşınma əlamətlərinin aradan qalxmasına səbəb olur. İstifadə etdiyiniz şampun, krem, balzam və s. kosmetik vasitələrə qara zirə yağı damızdırmaqda fayda var. Bu yağla dekolte bölgəsini silmək dərinin parlaq və gözəl görsənməsinə səbəb olur. Qara zirə yağının zərərli xüsusiyyətləri Qara zirə yağı bəzi hallarda allergik reaksiyaların meydana çıxmasına səbəb olur. Bəzən qara zirə yağı sürtülən yerlərdə qızartı, qaşınma meydana gələ bilir. Hamilə qadınlara qara zirə yağından istifadə etmək məsləhət görülmür. Onu qanda qlükozanın miqdarını aşağı salan dərmanlarla birlikdə qəbul etmək olmaz.
2023-01-26 08:46:00
Narıngi 4 metrə qədər hündürlüyə yüksələ bilən həmişəyaşıl ağacın meyvəsidir. Narıngi ağacının yarpaqları sərt, sivri uca malik olub, kiçik ölçülü, ellips və ya yumurta formasında olur. Narıngi meyvələri 4-6 sm diametrə malik olub, narıncı rəngdə qalın və asan soyula bilən qabığa malik olur. Narınginin gözəl ətri və dadı olur. Narınginin vətəni Çin və Koxinxin hesab edilir. Avropa ölkələrinə naringi XIX əsrin əvvəllərində gətirilib. İndi İspaniyada, Əlcəzairdə, bütün Aralıq dənizi sahili ölkələrində, Çində, Fransada, Yaponiyada geniş miqyasda narinci yetişdirilir. MDB ölkələrinə əsasən naringi əsasən Argentinadan, Çindən gətirilir. Bizim ölkmizin də Cənub bölgəsində yetərində naringi yetişdirilir. Ən yaxşı naringi növü böyük ölçüyə malik olan naringilər hesab edilir. Ondan daha şirəli, daha dadlı olurlar. Narıngini dərdikdən sonra ev şəraitində 1 ay saxlamaq mümkündür. Soyuducuda isə onun uzun müddət saxlanılması mümkündür. Narınginin tərkibi təbii turşularla zəngindir. Onun şirəsinin tərkibində limon və digər meyvə turşuları, vitaminlər (A, D, K, B4, tiamin, ribofllvin, rutin, askorbin turşusu), fitonsidlər var. Narınginin qabığı efir yağları ilə zəngindir. Bu yağların tərkibində çoxlu A vitamini və karotin, naringiyə sarı rəng verən maddələr var. Naringinin tərkibi kalium, kalsium, maqnium, dəmir, fosfor və natriumla zəngindir. 100 qram naringidə 55-57 qram su və 53 kkalori var. Narıngi qiymətli dietik məhsul hesab edilir. O maddələr mübadiləsini yaxşılaşdırır, davamlı olaraq yedikdə orqanizmi möhkəmləndirir. Narıngidən salatların, şirniyyatların, desertlərin hazırlanmasında geniş istifadə edilir. Ondan hazırlanan içkilər və konfetlər isə dünanın hər yerində süfrələrin bəzəyidir. Narıngini yeyərək siz, orqanizminizi möhkəmləndirə bilərsiniz. Naringinin Ziyanı Naringini çox yedikdə bəzən mədə-bağırsağın selikli qişasında və böyrəklərdə qıcıqlanmalar meydana çıxır. Bu ən çox mədə-bağırsaq yarasından əziyyət çəkən xəstələrdə baş verir. Kəskin nefrit, kəskin pankreatit xəstəliyindən də əziyyət çəkənlərə də naringi yemək məsləhət deyil. Allergiyadan da əziyyət çəkənlərə çoxlu miqdar naringi yemək məsləhət deyil.
2023-01-26 08:25:00
Pəhriz və idmanla vücudun hansısa nahiyəsini əritmək, arıqlamaq təəssüf ki, mümkün deyil.