“Bu sərhəd niyə açılmır” erməni deputat Ərdoğana yalvarır
Digərləri 26 Yan 2023 11:51:00 316 0
Türkiyə parlamentində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən olan erməni deputat Qaro Paylan Türkiyə-Ermənistan sərhədinə gələrək iki ölkə arasında sərhədlərin açılması ilə bağlı açıqlamalar verib.
Bu xəbəri də oxu: Sumqayıtda 30 yaşlı kişi iynədən şoka düşərək öldü
Son.az türk mediasına istinadən xəbər verir ki, Paylan prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, "Bu sərhəd niyə açılmır, onun açılmasına mane olan nədir?" sual edib. "Biz Türkiyə-Ermənistan sərhədindəyik və çox təəssüf ki, bu sərhəd 30 ildir bağlıdır. İki il əvvəl Azərbaycanla Ermənistan arasında müharibə olub. Bu müharibədən sonra həm Türkiyə-Ermənistan arasında normallaşma prosesi, həm də Azərbaycan-Ermənistan sülh prosesi başladı. Bu sərhəd niyə açılmır? Baxın, bu sərhəd açılmadığı üçün 30 ildir həm Ermənistan itirir, həm də bölgə xalqı itirir. Qars itirir, İğdır, Ərdahan, Ağrı, Doğubəyazıt itirir. Bölgənin vilayətləri və Bu vilayətlərdə yaşayan vətəndaşlarımız itirirlər. Bu sərhəd açılsa, keçmişdə olduğu kimi bu ölkələr itirəcək. Aralarında ticarət, turizm olacaq, paylaşma olacaq, qucaqlaşma olacaq. Türk, kürd, azəri, erməni bir-birinə düşmən ola bilməz. Tarixən bunlar min illərlə birlikdə yaşamış xalqlardır və indi yenidən qucaqlaşmağın vaxtıdır".
Əlavə edib ki, "bu sərhəd açılsa, əmin olun ki, şərqin yoxsulluqla bağlı pis taleyi dəyişəcək. Qars keçmişdə olduğu kimi daha da zənginləşir. Ağrı, Ərdahan, İğdır keçmişdə olduğu kimi zənginləşir. Ermənistan xalqları da çiçəklənir. Bölgəyə sülh və firavanlıq gəlir. Ona görə deyirik ki, Türkiyə-Ermənistan sərhədi açılsın".
Azər Nuriyev Son.az
Xalq artisti Aygün Kazımova özəl günündə yenə adət-ənənəsinə sadiq
Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhm�
Milli Məclis dövlət orqanları ilə birlikdə aqrar sahədə yeni vəzifələ
Bakının Yasamal rayonu ərazisində daha bir ərazidə fərdi evlər sökülə
Ehtiyatda olan polkovnik Şair Ramaldanov TV Müsavat-ın canlı efirinə qoşul
Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələ
Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində süni bahalaşma
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət G
"Mənim nə Kinematoqrafçılar İttifaqından xəbərim var, nə də ki, o
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından bir
Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrin maaşları Vahid Tarif C
Ukrayna ilə müharibənun uzanması Rusiyaya canlı qüvvə sarıdan ciddi prob
Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovni