"Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı


Digərləri 30 Yan 2025 20:55:00 74 0

"Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR?  Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı

Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada "Nimesil" dərman vasitəsi qadağa olunub. Səbəbi isə onunla əsaslandırırlar ki, "Nimesil"in çoxsaylı fəsadları var. Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.

Maraqlıdır ki, Azərbaycanda bu preparat qadağan oluna bilərmi? "Nimesil"in zərərləri daha çox nələrdir?

Son.az xəbər verir ki, pediatr, infeksionist Aytən Ziyadova mövzu ilə bağlı Oxu.az-a danışıb.

O qeyd edib ki, "Nimesil", əsasən, ağrıkəsici və iltihab əleyhinə təsir göstərən bir dərmandır və nimesulid adlı aktiv maddəni ehtiva edir:

"Həm uşaqlarda, həm böyüklərdə istifadə olunsa da, bu dərmanın bəzi təhlükəli yan təsirləri mövcuddur.

Böyüklərdə "Nimesil"in zərərlərindən danışarkən əvvəlcə mədə və bağırsaq problemlərini qeyd etməliyik. "Nimesil" mədə-bağırsaq traktında ciddi problemlərə səbəb ola bilər. İltihab, xora və qanama kimi hallardan söhbət gedir. Bundan əlavə, uzun müddət istifadə edildikdə ürək-damar sisteminə təsir edə və yüksək qan təzyiqi, ürək çatışmazlığı, damar problemləri riskini artıra bilər.

"Nimesil" həm də qaraciyər və böyrək funksiyalarına təsir edir. Qaraciyər zədələnməsi və böyrək problemləri, xüsusilə uzun müddət istifadə etdikdə daha çox müşahidə olunur".

A.Ziyadova vurğulayıb ki, "Nimesil" allergik reaksiyalara da səbəb olur:

"Bəzi insanlar dərmana qarşı allergik reaksiyalar göstərə bilərlər. Söhbət qaşınma və nadir hallarda anafilaktik şokdan gedir. "Nimesil" istifadə edən bəzi insanlarda nəfəs darlığı və asqırma kimi tənəffüs problemləri yaranır.

"Nimesil" uşaqlarda ümumiyyətlə tövsiyə edilmir. Çünki bu dərmanın istifadəsi onlarda müxtəlif fəsadlar yaradır. Sözügedən preparat uşaqlarda qaraciyər funksiyalarına təsir göstərə və zədələnməsinə səbəb ola bilər. Uşaqlarda mədə ağrıları, qusma, qarın ağrısı və həzm problemini vurğulaya bilərik. Uşaqlar, xüsusilə iki yaşdan kiçik olanlarda "Nimesil"in yan təsirləri daha çox hiss olunur və təhlükəlidir".

Həkim əlavə edib ki, uşaqlarda baş dönməsi, yuxu asılılığı və sinir sistemində digər problemlər meydana çıxa bilər:

"Nimesil" böyüklər üçün yalnız həkim məsləhəti ilə və qısa müddət üçün istifadə edilməlidir. Uşaqlarda "Nimesil" istifadə edilməməlidir, xüsusən də həkim tərəfindən təyin olunmadığı halda. Dərman istifadəsi zamanı hər hansı bir mənfi təsir hiss olunsa, dərhal həkimə müraciət etmək lazımdır. Xüsusilə qaraciyər və böyrək problemləri olan şəxslər bu dərmandan ehtiyatla istifadə etməlidirlər. "Nimesil"in istifadəsi haqqında hər zaman həkimə müraciət etməyiniz tövsiyə olunur, çünki dərmanların istifadəsi şəxsi sağlamlıq vəziyyətinizə görə dəyişə bilər".

Bakıda tramvayların açılacağı tarix like
  • 30 Yan 20:53  
Digərləri Bakıda tramvayların açılacağı tarix

Bakıda tramvay nəqliyyatının tətbiq ediləcəyi tarix məlum olub.

arrow Ətraflı
Bu ərazilərdə su olmayacaq like
  • 30 Yan 20:49  
Digərləri Bu ərazilərdə su olmayacaq

Qaradağ rayonunun bəzi yerlərində suyun verilişində fasilə yaranacaq.

arrow Ətraflı
“Dedim, bunu etməsən, verilişimə gəlmə”  Zaur hansı müğənni ilə ŞƏRT KƏSİB? like
  • 30 Yan 20:48  
Şou-biznes “Dedim, bunu etməsən, verilişimə gəlmə” Zaur hansı müğənni ilə ŞƏRT KƏSİB?

Aparıcı Zaur Kamal müğənni Sədəf Budaqovanın qarşısına şərt qoyubmu

arrow Ətraflı
Məşhur serialın yeni mövsümü başlayır: tarix açıqlandı like
  • 30 Yan 20:45  
Şou-biznes Məşhur serialın yeni mövsümü başlayır: tarix açıqlandı

Cənubi Koreyanın məşhur "Squid game" serialının üçüncü mövs

arrow Ətraflı
Azərbaycanda məktəb avtobuslarından istifadə təmin olunacaq like
  • 30 Yan 20:44  
Digərləri Azərbaycanda məktəb avtobuslarından istifadə təmin olunacaq

Azərbaycanda ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində

arrow Ətraflı
“28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq like
  • 30 Yan 20:40  
Digərləri “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq

Bakı metrosunun "28 May" stansiyasında Yaşıl və Qırmızı xətl�

arrow Ətraflı
Bakı metrosunda 51 yeni like
  • 30 Yan 20:35  
Digərləri Bakı metrosunda 51 yeni

Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın

arrow Ətraflı
Xırdalan sakinləri üçün like
  • 30 Yan 20:33  
Digərləri Xırdalan sakinləri üçün

"M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mər

arrow Ətraflı
Bəzi həkimlərin pasienti "yeriyen pul" kimi görməsi insanları "Check up"dan uzaqlaşdırır like
  • 30 Yan 20:31  
Digərləri Bəzi həkimlərin pasienti "yeriyen pul" kimi görməsi insanları "Check up"dan uzaqlaşdırır

İnsanların səhiyyə xidmətlərinə olan münasibəti çox mürəkkəb və em

arrow Ətraflı
İsmayıllıda yol qəzası  xəsarət alan var like
  • 30 Yan 20:24  
Digərləri İsmayıllıda yol qəzası xəsarət alan var

İsmayıllıda avtomobil qəzası baş verib.

arrow Ətraflı
Bu şadlıq sarayında mənşəyi naməlum məhsullar aşkarlandı like
  • 30 Yan 20:17  
Digərləri Bu şadlıq sarayında mənşəyi naməlum məhsullar aşkarlandı

Gəncə şəhəri, Nizami küçəsi 190 ünvanında fəaliyyət göstərən, Elv

arrow Ətraflı
Türkiyənin yeni səfiri bu tarixdə işə başlayır like
  • 30 Yan 20:10  
Digərləri Türkiyənin yeni səfiri bu tarixdə işə başlayır

Türkiyənin Azərbaycana təyin etdiyi yeni fövqəladə və səlahiyyətli sə

arrow Ətraflı
Bakıda iki yerdə yanğın olub like
  • 30 Yan 20:04  
Digərləri Bakıda iki yerdə yanğın olub

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

arrow Ətraflı
Necə həmişə xoşbəxt, azad və gənc olmalı?  Müdrikin MƏSLƏHƏTİ like
  • 30 Yan 20:00  
Digərləri Necə həmişə xoşbəxt, azad və gənc olmalı? Müdrikin MƏSLƏHƏTİ

Dahi filosof, riyaziyyatçı və yazıçı öz rübailərində ahəngdar və xo�

arrow Ətraflı
XİN Fransa nazirinin iddialarına cavab verib like
  • 30 Yan 19:54  
Siyasət XİN Fransa nazirinin iddialarına cavab verib

"Biz təəssüf edirik ki, yanvarın 29-da Senatda müzakirələr zamanı F

arrow Ətraflı