Bakı metrosunda 51 yeni
Digərləri 30 Yan 2025 20:35:00 69 0
Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.
Bu xəbəri də oxu: Piyada keçidləri də işıqlandırılacaq
Son.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında deyilir.
"Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir", - proqramda qeyd olunub.
Bildirilir ki, xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanıb, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə
verilib. Artan sərnişin tələbi nəzərə alınaraq, bu ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır.
"Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur./modern.az
İnsanların səhiyyə xidmətlərinə olan münasibəti çox mürəkkəb və em
Gəncə şəhəri, Nizami küçəsi 190 ünvanında fəaliyyət göstərən, Elv
Türkiyənin Azərbaycana təyin etdiyi yeni fövqəladə və səlahiyyətli sə
Dahi filosof, riyaziyyatçı və yazıçı öz rübailərində ahəngdar və xo�
"Biz təəssüf edirik ki, yanvarın 29-da Senatda müzakirələr zamanı F
ABŞ hökuməti çərşənbə günü təxminən 600 min venesuelalı miqrant ü�
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmi
Çeçenistan rəhbəri Ramzan Kadırovun bibisi oğlu Şaxruddi Edilgiriev Dubay
Müəllim və şagird arasındakı münasibətlər təhsilin keyfiyyətinə birb
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını h�
Şəkər xəstəliyinin bəzi erkən əlamətləri var ki, bunları üz dərisin
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cəzaların İcrası Məc