Dostu ilə sevgilisinin evinə getdi, gənc qızın "sürprizi" ilə qarşılaşdı
Kriminal 03 May 2023 22:03:00 229 0
Gəncə şəhərində 1996-cı il təvəllüdlü Səmayə anasının sevgilisi Vahidə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Son.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən ilin mayında baş verib.
Səmayə anası Vüsalənin qeyri-rəsmi yaşadığı Vahidin sərxoş vəziyyətdə evin pəncərə şüşələrini sındırmasına, anası ilə mübahisə etməsinə görə əsəbləşib. O, mətbəx bıçağı ilə Vahidin kürək nahiyəsinə zərbələr vurub.
İstintaq orqanı Səmayənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səmayə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, gündəlik qazancını əyləncə tədbirlərində uşaq klonu kimi işləməklə əldə edib: "Vahidi təxminən 15 ildir tanıyıram. Anamla qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşayır. Tez-tez spirtli içki içir, sərxoş halda anamla mübahisələr edirdi. Bununla bağlı anam və mən əvvəllər də polisə müraciət etmişik".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, saat 23 radələrində Vahid yenə sərxoş vəziyyətdə ortaq tanışı Rasimlə birlikdə onların evinə gəlib: "Özüylə 2 litrlik pivə də almışdı. Evimizdə bizimlə söhbət edə-edə pivə içdi. Bir qədər sonra Vahidlə anamın arasında mübahisə yaransa da, onları sakitləşdirdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, telefonunun balansını artırmaq üçün evdən çıxaraq terminalın yanına gedib: "Telefonuna kontur vurduqdan sonra evimizə qayıtdım. Vahidin binanın həyətində səs-küy saldığını, Rasimin isə onu sakitləşdirməyə çalışdığını gördüm. Vahidə sakitləşməsini deyib evə keçdim. O isə arxamca məni və anamı nalayiq ifadələrlə təhqir etdi. Evə girəndə qonaq otağının pəncərəsinin sındırıldığını gördüm.
Daha sonra Vahid anama zəng edərək nalayiq ifadələrlə onu təhqir etdi. Telefonu alıb Vahiddən bizdən əl çəkməyi tələb elədim. Bu dəfə də məni, həmiçinin anamı nalayiq ifadələrlə təhqir etdi. Onun sakitləşmədiyini görüb evin mətbəxindən bıçağı götürdüm və binanın həyətinə çıxdım.
Həyətdə Vahid yenidən məni və anamı təhqir etdi. Ondan təhqirləri dayandırmasını tələb elədim. O, isə "yaxşı edirəm, get işinlə məşğul..." deyərək həyətdəki su ilə əlini yudu. Vahidin məni və anamı bezdirdiyinə, nalayiq ifadələrlə bizi təhqir etdiyinə görə onun bədəninə bir neçə dəfə bıçaqla zərbə endirdim. Zərbənin təsirindən Vahid yerə yıxıldı və bədənindən qan axmağa başladı".
Səmayə deyib ki, sonra əməlindən peşman olub və şoka düşərək oturub ağlamağa başlayıb: "Bir qədər sonra 103 xidməti həmin yerə gəldi. Həkimlərə kömək etdim və Vahidi ambulansa mindirərək xəstəxanaya apardıq. Özüm əməlindən peşman olaraq xəsarət yetirdiyim bıçaqla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getdim və təslim oldum".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vahidin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik qazancını avtomobil yuyaraq əldə edir: "Təxminən 15 ildir Vüsalə ilə qeyri-rəsmi ər-arvad kimi yaşayırıq. Vüsalənin qızı Səmayə də bizimlə birlikdə qalır. Səmayə ilə münasibətlərim qaydasında olub".
Ukrayna dövləti Kremlə qarşı heç bir hücum təşkil etməyib. Ukrayna dö
Portağalda C vitaminin olduğu hər kəsə məlumdur. Bəs, onun faydaları nə
Qazın nəqli üçün imkanlar olmalıdır, TAP genişləndirilməlidir.
Biz "Şahdəniz" yatağından əlavə qaz gözləyirik. Təqribən dö
"İndiyədək kimsə Əli Şərbətovun təyinatının niyə doğru olmamas
Qarabaşağın rasionda olması bədxassəli şişlər də daxil olmaqla, bir ç
Biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sı
Türkiyənin Ermənistan təyyarəsi üçün hava məkanını bağlaması Ermən
Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründ�
Nə ukraynalılar, nə də ruslar bu il qələbə qazana biləcək.
Qəhvənin özündə praktiki olaraq heç bir kalori yoxdur, lakin şəkər, qay
"Mən özüm haqqında eşitdiyim tərifləri, xoş sözləri deyə bilmir�