Yeznəsini öldürən kişi cəzadan azad edildi
Kriminal 09 Yan 2025 13:20:00 63 0
Bacısının ərini xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 27 yaşlı Əkbər Vəliyev cəzadan azad edilib.
"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi işlə hərtərəfli tanış olduqdan sonra belə qərar qəbul edib.
Bu hadisə 2023-cü ilin yayında Sumqayıt şəhərində baş verib. Əkbər onunla eyni yaşlı yeznəsi Arif Muxtarovu bir neçə bıçaq zərbəsi ilə öldürüb. İstintaq materiallarında yazır ki, Arif yalvararaq onu uşaqlarına bağışlamasını istəsə də, yeznəsi ona rəhm etməyib.
Əkbər həbs edilsə də, ekspertlər onun cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu barədə rəylər veriblər. Məhkəmə müttəhimi fəaliyyət qabiliyyətsiz elan edib.
Qeyd edilən səbəbdən Əkbər məhkəmədə ifadə verməyib. Hakim Nurəddin Hüseynli onun həbs edilən zaman müstəntiqə verdiyi ifadəsini elan edib. O, həmin ifadəsində özünü tam təqsirli bilib. Yeznəsini öldürməyinin səbəbinin bacısını mütəmadi olaraq incitməsi olduğunu deyib: "Əkbər iki il əvvəl bacımla evlənmişdi. Amma bilirdim ki, onu incidir. Buna baxmayaraq, qorxusundan bizə nə isə demirdi. Hadisədən bir qədər əvvəl bacım etiraf edib, amma ailəsinin dağılmaması üçün xahiş edib ki, heç kimə, heç nə deməyək".
Əkbər hadisə günü Arifi çay içmək üçün restoranlardan birinə çağırıb. Cinayəti də restoranın yanında törədib. Təqsirləndirilən şəxs yeznəsinə bir-iki bıçaq vursa da, ölmədiyini görüb. Arif qan içində qaçmağa çalışıb. Fikri qəti olan Əkbər onu yenidən yerə yıxıb, bir neçə dəfə də bıçaqla vurub.
Hakim bütün tərəfləri dinlədikdən sonra ekspert rəylərini və prokurorun təklifini əsaslı hesab edib.
Qərara əsasən, Əkbər anlaqsız vəziyyətdə adam öldürdüyündən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, hökm qanuni qüvvəyə minənə kimi Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriləcək.
Moskvanın Krılatskoye rayonunda qalmaqallı sahibkar Ömar Cəbrayılova məxs
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
"Kamandar Nəsibov və partnyorları" vəkil bürosunda işləmiş Ba
Müğənni və meyxanaçı Samirə Yusifqızı etirafı ilə gündəm olub.
Son günlər bazarda 11 manata təklif olunan Ukrayna əti insanlar arasında ci
30 manatdan 80 manata qədər pul vəsaiti qarşılığında başqalarının sos
Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı onların qaç�
2025-ci ildə hansı bürclərin keçmiş sevgililərlə barışmaq ehtimalı da
Diplomatiyanın təzyiq vasitəsinə çevrildiyi, bəyan edilən neytrallığın
2024-cü ildə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib
Müğənni Qumral Musayeva paylaşımı ilə diqqət çəkib.
Kembric Universiteti tərəfindən aparılan yeni araşdırma kişi və qadın
Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezid
Kaliforniyada baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində &q