“İcra başçısı olanda 3 il birgə yaşadıq, karxananı qardaşıma özü vermişdi”
Kriminal 08 Yan 2025 12:59:00 60 0
Siyəzən rayonunda yerləşən qum-çınqıl karxanasına məxsus 103 min manatlıq avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxsin məhkəməsi başa çatıb.
Bu xəbəri də oxu: Sosial şəbəkələrdə yeni DƏLƏDUZLUQ vəd verilir ki...
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1976-cı il təvəllüdlü Yusif Axundov (bütün ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Yusifin bacısı 2017-2021-ci illərdə Bakının rayonlarından birinin sabiq icra başçısı olmuş şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Oğurluq hadisəsi də sabiq icra başçısına məxsus karxanada baş verib.
İş üzrə sabiq icra başçısının sürücüsü olmuş M.Məmmədov zərərçəkən şəxs qismində tanınıb. Sabiq vəzifəli şəxs ifadəsində obyektin ona məxsus olmasını gizlətməyib. O, karxananı qardaşı Teymur və sürücüsü olmuş M.Məmmədovla birgə işlətdiyini bildirib.
Təqsirləndirilən şəxs isə keçmiş icra başçısının onun bacısından qisas almaq məqsədilə polisə müraciət etdiyini deyib. O, sabiq başçının və digər şəxslərin karxanaya məxsus avadanlıqların götürülməsindən məlumatlı olduğunu, heç bir oğurluq faktının baş vermədiyini deyib.
Y.Axundovun bacısı L.Axundova da qardaşının dediyini təsdiq edib. O, ifadəsində sabiq icra başçısının çox imkanlı şəxs olduğunu, karxananı da onlara hədiyyə etdiyini bildirib: "İ.M. ilə 2017-ci ildə qeyri-rəsmi ailə münasibətləri qurmuşdum. Onunla 3 ilə yaxın birlikdə yaşamışıq. İ.M. karxananı qardaşıma verdiyini, nə istəyirsə, edə biləcəyini demişdi. Oranın sökülməsi ilə bağlı nəsə bilmirəm, lakin işlək vəziyyətdə deyildi, bundan əlavə karxananın fəaliyyəti ilə bağlı məhkəmə mübahisəsi də mövcud idi.
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçird
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
ABŞ vitse-prezidenti Kamala Harrisin iqamətgahı Los Anceles şəhərində me�
Son illərdə insanların şəkər istehlakını azaltmaq üçün daha çox sün
Ermənistanın baş naziri Nikol Paşinyan 13 dekabr 2024-cü ildə Moskvada ke
Fransa Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi virusunun yeni "clade
Moskva-Termez reysini yerinə yetirən "Özbəkistan Hava Yolları"na
"Xalq Azəri necə sevirmiş... Nə adı, nə də sanı var. Xalqın sevgi
Ötən il Bakıda söküntülərin aparılması və torpaq sahələrinin azlığ
Türkiyədə "AK" partiyasının Ankara üzrə millət vəkili Osman G
Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Preziden
Yanvarın 7-də paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.
Son vaxtlar viral infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur.