940 min manatın ələ keçirilməsi ilə bağlı Rəsmi AÇIQLAMA


Kriminal 09 Yan 2025 11:41:00 61 0

940 min manatın ələ keçirilməsi ilə bağlı Rəsmi AÇIQLAMA

Baş Prokurorluqdan vətəndaş Solmaz Zeynalovanın müraciəti ilə bağlı açıqlama

Son.az bildirir ki,  bəzi sosial media səhifələrində Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev İlkin Əbülfəz oğlunun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və digər şəxslərin məsuliyyətdən kənarda qalması barədə məlumatlar yayılmışdır. 

Bununla bağlı bildirilir ki, çoxsaylı şəxslərin müraciəti əsasında Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılmış, Babayev İlkin Əbülfəz oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında Muradov Eldar Murad oğlu, Həsənzadə Mobil İsmiəli oğlu, Məmmədov Allahqulu Qudrət oğlu və Ağazadə Asəf Elşad oğlu ilə birgə işə düzəltmə, torpaq sənədlərinin hazırlanması, təhsil sənədlərinin tanıdılması və digər adlarla 32 şəxsdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 700 min manatdan artıq məbləğdə, o cümlədən Şəmşirov Nahid Rəşid oğlu ilə cinayət əlaqəsinə girməklə 7 şəxsdən 240 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. 

Qeyd edilən əməlləri ilə bağlı İlkin Babayev və digər şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilmiş və 27 may 2023-cü il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hazırda məhkəmə baxışı davam etdirilir. 

Eyni zamanda Nahid Şəmşirov Cinayət Məcəlləsinin 178.3.2, 310-cu və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilmiş və Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilmişdir.

Əlavə olaraq qeyd edilir ki, Baş İdarədə Babayev İlkin Əbülfəz oğlu barəsində əvvəllər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri 3 cinayət işinin ibtidai istintaqı aparılmış və hər 3 iş aidiyyəti üzrə məhkəmələrə göndərilməklə, onlardan 2-si üzrə ittiham hökmü çıxarılmış, 1-i üzrə isə bəraətverici əsaslar olmadan icraata xitam verilmişdir. 

Habelə, İlkin Babayevin Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində Cinayət Məcəlləsinin 317-2.1-ci (istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan edilmiş əşyaların gəzdirilməsi, saxlanılması və istifadəsi) maddəsilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin iş baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilmişdir.

Fransada Xamenei, Putin və Kim Çen Inın fotoları təhqir olundu like
  • 09 Yan 11:40  
Dünya Fransada Xamenei, Putin və Kim Çen Inın fotoları təhqir olundu

Fransadan beynəlxalq siyasi qalmaqala səbəb ola biləcək görüntü yayılı

arrow Ətraflı
Mərhum şahmatçı Vüqar Həşimovun atası dəfn edilir like
  • 09 Yan 11:19  
Digərləri Mərhum şahmatçı Vüqar Həşimovun atası dəfn edilir

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov

arrow Ətraflı
Bu dəfə məktəbdə şagirdlər yox, valideynlər dalaşdı like
  • 09 Yan 11:12  
Digərləri Bu dəfə məktəbdə şagirdlər yox, valideynlər dalaşdı

Sosial şəbəkələrdə 158 saylı məktəbin həyətində valideynlər arasın

arrow Ətraflı
Xaricdən avtomobil gətirmək istəyənlərə ŞAD XƏBƏR like
  • 09 Yan 11:11  
Digərləri Xaricdən avtomobil gətirmək istəyənlərə ŞAD XƏBƏR

Avtomobil gətirən şəxslər istəyirlər ki, xaricdən gələn avtomobilin x�

arrow Ətraflı
İdman Akademiyasında 100ə yaxın işçi vəzifəsindən azad edilib?  AÇIQLAMA like
  • 09 Yan 11:08  
Digərləri İdman Akademiyasında 100ə yaxın işçi vəzifəsindən azad edilib? AÇIQLAMA

Mətbuatda Azərbaycan İdman Akademiyasında (AİA) kütləvi ixtisarlar aparı

arrow Ətraflı
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat etdi  FOTO like
  • 09 Yan 11:05  
Digərləri Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat etdi FOTO

Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Almaz Bağırova vəfat edib.

arrow Ətraflı
“Türkiyənin ən çirkin qadını olmuşam"  FOTOlar like
  • 09 Yan 11:00  
Şou-biznes “Türkiyənin ən çirkin qadını olmuşam" FOTOlar

Türkiyəli məşhur pop ulduz İrem Derici açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Çətinliklər bitdi  4 bürc üçün uğurlu dövr başlayıb: Astroloq açıqladı like
  • 09 Yan 10:30  
Digərləri Çətinliklər bitdi 4 bürc üçün uğurlu dövr başlayıb: Astroloq açıqladı

Tanınmış astroloq Tuğba Karadayı 2025-in şanslı bürclərini açıqlayıb

arrow Ətraflı
18 yaşlı qız itkin düşdü like
  • 09 Yan 10:23  
Digərləri 18 yaşlı qız itkin düşdü

Bakıda 18 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
Fil festivalda insanlara hücum etdi: 17 yaralı var  VİDEO like
  • 09 Yan 10:06  
Dünya Fil festivalda insanlara hücum etdi: 17 yaralı var VİDEO

Hindistanın cənubundakı Kerala ştatında keçirilən festival zamanı filin

arrow Ətraflı
Pensiya alan qadınlara pis xəbər – İyuldan... like
  • 09 Yan 09:56  
Digərləri Pensiya alan qadınlara pis xəbər – İyuldan...

Son günlər ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də qadın

arrow Ətraflı
Qatarın altına düşüb ölən tələbə şəhid qardaşı imiş  FOTO like
  • 09 Yan 09:53  
Digərləri Qatarın altına düşüb ölən tələbə şəhid qardaşı imiş FOTO

Yanvarın 7-də Bakı Metropoliteninin "Ulduz" stansiyasında özün�

arrow Ətraflı
Dollarla bağlı vacib QƏRAR like
  • 09 Yan 09:44  
Digərləri Dollarla bağlı vacib QƏRAR

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sis

arrow Ətraflı
Məşhur aktrisanın ərinə elə zənglər gəldi ki...  “Ərini bıçaqlayan”  FOTO like
  • 09 Yan 09:39  
Şou-biznes Məşhur aktrisanın ərinə elə zənglər gəldi ki... “Ərini bıçaqlayan” FOTO

Tanınmış aktrisa və model Wilma Elles və həyat yoldaşı vəkil Mehmet Şa

arrow Ətraflı