Prezident: Təqribən dörd ildən sonra biz “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil edəcəyik
Siyasət 03 May 2023 21:33:00 225 0
Biz "Şahdəniz" yatağından əlavə qaz gözləyirik. Təqribən dörd ildən sonra, bəlkə də daha tez biz "Şahdəniz" yatağının yeni fazasından əlavə qaz hasil edəcəyik. "Abşeron" yatağından bir neçə ildir ki, qaz gözləyirik və ümid edirəm ki, bu il buna nail olacağıq.
Bu xəbəri də oxu: Azərbaycanın uğurlu inkişaf modeli iqtisadi müstəqilliyimizi daha da gücləndirəcək – ŞƏRH
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
İlk mərhələdə "Abşeron" yatağından 1,5 milyard kubmetr qazın əldə olunacağını vurğulayan dövlətimizin başçısı daha sonra həmin qazın hansı bazara nəql ediləcəyinə dair qərar veriləcəyini vurğulayaraq bildirib: "Azəri-Çıraq-Günəşli" yatağının böyük potensialı var və BP ilə SOCAR artıq o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, "Ümid" və" Babək" yataqlarının böyük potensialı var. Orada SOCAR özü fəaliyyət göstərir, ancaq biz xarici tərəfdaşlarla işləməyə hazırıq. "Qarabağ" neft yatağımız var və orada da potensial var. Beləliklə, qazın mənbəyi bunlardır".
"İndiyədək kimsə Əli Şərbətovun təyinatının niyə doğru olmamas
Qarabaşağın rasionda olması bədxassəli şişlər də daxil olmaqla, bir ç
Biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sı
Türkiyənin Ermənistan təyyarəsi üçün hava məkanını bağlaması Ermən
Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründ�
Nə ukraynalılar, nə də ruslar bu il qələbə qazana biləcək.
Qəhvənin özündə praktiki olaraq heç bir kalori yoxdur, lakin şəkər, qay
"Mən özüm haqqında eşitdiyim tərifləri, xoş sözləri deyə bilmir�
Ukrayna dövləti Kremlə qarşı heç bir hücum təşkil etməyib. Ukrayna dö
"Süni intellektin xaç atası" adlandırılan kompüter alimi Ceffri
Qəbələdə ağır yol qəzası baş verib.
Bizim Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böy
Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng pote
Azərbaycan ilə Çin arasında əla münasibətlər var. Si Cinpinin məni Çin