Milli Məclis Ermənistana təzyiq etməyə çağırdı
Siyasət 08 Yan 2025 20:20:00 74 0
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beynəlxalq parlament assambleyalarındakı nümayəndə heyətləri xarici dövlətlərin parlamentlərinə və parlament assambleyalarına məktublar ünvanlayıblar.
Bu xəbəri də oxu: Mirzoyanın “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır XİN
Son.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
"Məlum olduğu kimi, Ermənistan irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası əsasında Azərbaycan xalqına və dövlətinə qarşı genişmiqyaslı hüquq pozuntuları törətmişdir. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də etdiyi çıxışın bu günlərdə ortaya çıxmış videoyazısı bunu bir daha göstərir. Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu çıxış, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilmiş olmasını birmənalı şəkildə sübut edir", - Azərbaycan parlamentariləri bildirib.
Məktublarda bütün bunları və eləcə də Ermənistanın irqi ayrı-seçkilik və sülhə zidd siyasətinin davam etməsini nəzərə alaraq, xarici dövlətlərin parlamentlərinə və beynəlxalq parlament assambleyalarına Ermənistanı irqçi siyasətdən, revanşizm və militarizm yolundan çəkindirmək və onun Qərbi azərbaycanlıların qayıdışına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırış ifadə olunur.
Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
Qaz əti qədim dövrlərdə geniş yayılmış bir qida mənbəyi idi və sağl
Düşünürəm ki, 2025-ci ildə Trampın atacağı ilk addımlardan biri də İ
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən,
Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.
Bu gün Qazaxıstanın Almatı şəhərindən Türkiyənin Antalya şəhərinə
Bakıda Süleyman Tağızadə küçəsində yerləşən binalardan birində lift
Ermənistan Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasında yolun aç�
Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor
Cinayətdə təqsirləndirilən Hindistan vətəndaşı Monakoya təhvil verilib
Bakının Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saat
Yeni 2025-ci ilin simvolu Yaşıl Taxta İlan oynaq ola bilir və istənilən v�
"Harry Potter" filmlərinin məşhur ulduzu Daniel Radcliffen sərvət
Hər kəs şəkərin sağlamlığa zərərli olduğunu bilir, lakin bəzi qidala
Televizor pultunun qırmızı, yaşıl, sarı və mavi düymələri çox vaxt is