Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verilib FOTO
Digərləri 08 Yan 2025 20:15:00 73 0
Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxtın Nizami və Xətai rayonlarında 3000-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən yenilənmiş həyətlər sakinlərin istifadəsinə verilib.
Bu xəbəri də oxu: Bakıda sökülən məşhur obyektlərin yerində bu layihə olacaq Fotolar
Son.az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva IDEA könüllüləri ilə birlikdə həyətlərdə keçirilən ağacəkmə aksiyalarına qatılıb, həmin ərazilərdə yaşayan azyaşlı sakinlərə hədiyyələr təqdim edib.
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətlərdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü mini-futbol meydançası, müxtəlif idman qurğuları, şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanı sahələrdə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətlərin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək "yaşıl sədlər" yaradılıb.
Xatırladaq ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən "Bizim həyət" layihəsi icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. "Bizim həyət" layihəsi çərçivəsində bu günədək 156 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin qaynar xətti "1113" və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.
Qaz əti qədim dövrlərdə geniş yayılmış bir qida mənbəyi idi və sağl
Düşünürəm ki, 2025-ci ildə Trampın atacağı ilk addımlardan biri də İ
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən,
Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.
Bu gün Qazaxıstanın Almatı şəhərindən Türkiyənin Antalya şəhərinə
Bakıda Süleyman Tağızadə küçəsində yerləşən binalardan birində lift
Ermənistan Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasında yolun aç�
Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor
Cinayətdə təqsirləndirilən Hindistan vətəndaşı Monakoya təhvil verilib
Bakının Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saat
Yeni 2025-ci ilin simvolu Yaşıl Taxta İlan oynaq ola bilir və istənilən v�
"Harry Potter" filmlərinin məşhur ulduzu Daniel Radcliffen sərvət
Hər kəs şəkərin sağlamlığa zərərli olduğunu bilir, lakin bəzi qidala
Televizor pultunun qırmızı, yaşıl, sarı və mavi düymələri çox vaxt is
ABŞ-nin "Fox News" telekanalının aparıcısı Cessi Uotters qərib�