İran 120 minlik ordu ilə kimə meydan oxuyur?
Digərləri 08 Yan 2025 20:07:00 68 0
Düşünürəm ki, 2025-ci ildə Trampın atacağı ilk addımlardan biri də İranla bağlı olacaq.
Bu xəbəri də oxu: Bakıda yeni inşa ediləcək 10 metro stansiyası hansılardır?
Son.az xəbər verir ki, bu sözləri açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov SEPAH-ın 120 minlik şəxsi heyətlə genişmiqyaslı hərbi təlimlərinin Donald Trampın 20 yanvarda keçiriləcək andiçmə mərasiminə qədər davam etməsinin ABŞ-a mesaj olması haqda şərhlərə münasibət bildirərkən deyib.
Hərbi ekspert bildirib ki, İran zaman-zaman belə bleflər edib:
"Bu təlimlər də hədə-qorxu xarakterlidir. Lakin bu mövzuda İranın məqsədlərinə çatacağını düşünmürəm. Çünki İran özü də bilir ki, nə Amerika, nə də Fransa ilə ayaqlaşa bilər. İndiki halda İran anlayır ki, ABŞ-da Donald Trampın prezidentlik vəzifəsini icra etdiyi dönəmdə ərazisinə mütləq zərbə endiriləcək. Bu, bir ay tez və ya beş ay gec ola bilər.
Qeyd edim ki, Trampın bu tip hədə-qorxulardan çəkinəcəyini düşünmürəm. Əksinə, SEPAH-ın meydan oxuyan təlimi Trampın qərarını tezləşdirə bilər".
Üzeyr Cəfərov əlavə edib ki, artıq İranın blefləri ciddiyə alınmır:
"İran ordusunun zəif olduğunu düşünmürəm. Ancaq ötən il İranın sabiq prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğradı, 10 saat yerini təsbit edə bilmədilər. Axırda Türkiyə PUA-sı köməyə gəldi. Daha sonra, HƏMAS lideri İsmayıl Haniyə İranda sui-qəsd nəticəsində öldürüldü və İran bunun qarşısını ala və ya cavabını verə bilmədi. Ona görə də hesab edirəm ki, İranın hərbi və təhlükəsizlik məsələsində ciddi zəiflikləri var"./axar.az
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən,
Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.
Bu gün Qazaxıstanın Almatı şəhərindən Türkiyənin Antalya şəhərinə
Bakıda Süleyman Tağızadə küçəsində yerləşən binalardan birində lift
Ermənistan Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasında yolun aç�
Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor
Cinayətdə təqsirləndirilən Hindistan vətəndaşı Monakoya təhvil verilib
Bakının Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saat
Yeni 2025-ci ilin simvolu Yaşıl Taxta İlan oynaq ola bilir və istənilən v�
"Harry Potter" filmlərinin məşhur ulduzu Daniel Radcliffen sərvət
Hər kəs şəkərin sağlamlığa zərərli olduğunu bilir, lakin bəzi qidala
Televizor pultunun qırmızı, yaşıl, sarı və mavi düymələri çox vaxt is
ABŞ-nin "Fox News" telekanalının aparıcısı Cessi Uotters qərib�
"Prezident İlham Əliyev TV kanallarına verdiyi geniş müsahibəsində �
Bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli te