Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirini dialoqa çağırdı
Siyasət 09 Yan 2025 18:52:00 70 0
Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün mətbuata verdiyi açıqlamasında Qərbi Azərbaycan məsələsi və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə dair ifadə etdiyi fikirlərin bəzilərinə cavab verib.
Bu xəbəri də oxu: Küveyt Əmiri İlham Əliyevə başsağlığı verdi
Son.az İcmanın cavabını təqdim edir:
"Bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyimizi dəfələrlə ifadə etmişik. Qərbi Azərbaycan termininə gəldikdə, vurğulayaq ki, bu, tarixi həqiqətlərə əsaslanan və bizim özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdiyimiz anlayışdır. Ermənistan hökuməti coğrafi-tarixi məzmunda polemikaya girmək əvəzinə problemin mahiyyətinə dair mövqeyini ifadə etməlidir.
Qərbi azərbaycanlıların qayıdışına dair Ermənistan və Azərbaycan arasında dövlətlərarası dialoqun sülh müqaviləsinin imzalanmasından sonra aparıla biləcəyi barədə Nikol Paşinyanın məhdudlaşdırıcı şərti yanlışdır. Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və insan hüquqlarından irəli gələn öhdəliyidir. Ermənistan Respublikası Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinin xarakterindən asılı olmayaraq, Qərbi azərbaycanlıların - indi Ermənistan adlanan ölkənin qanuni sakinlərinin qayıdışına qeyd-şərtsiz şərait yaratmalıdır. Qayıdışa dair dialoqun süni şəkildə sülhdən sonraya saxlanması və yaxud qayıdışı dövlətlərarası dialoqla şərtləndirmək insan hüquqlarına ziddir və sülhün əldə edilməsinə xidmət etmir. Vurğulayaq ki, bu mövzuda əsas dialoq xətti Ermənistan hökuməti və Qərbi Azərbaycan İcması arasında aparılmalı olan formatdır.
Biz baş nazir Nikol Paşinyanı regionda sülh və əməkdaşlığın bərqərar olunması üçün səmimi səylər göstərməyə, Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə İcmamızla dialoqa başlamağa çağırırıq".
"Ağstafa Sənaye Kombinatı" Açıq Səhmdar Cəmiyyətinin səhmdarl
Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsı
Beynəlxalq Muğam Mərkəzində "Nadir muğam ifaçıları" layihəsi
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd B
Bakıda "Mercedes Benz CLS 55 AMG Minik" markalı avtomobillə avtoxul
Maniok, xüsusilə Cənubi Amerikada geniş istifadə olunan və çörək əvəz
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbay
"Meta Platforms"un həmtəsisçisi Mark Zukerberq "Facebook"
"İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti öz üz
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
"ASAN xidmət"in xanım əməkdaşı qəfil vəfat edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermən