"Meta" sosial şəbəkələrdəki qadağaları yumşaldır


Digərləri 09 Yan 2025 17:47:00 79 0

"Meta" sosial şəbəkələrdəki qadağaları yumşaldır

"Meta Platforms"un həmtəsisçisi Mark Zukerberq "Facebook" hesabında paylaşdığı videoda "Facebook" və "Instagram"da söz azadlığını bərpa edəcəyi ilə bağlı məlumat verib. O bildirib ki, kontent moderasiya üçün mürəkkəb sistemlər yaradılıb, lakin hər şey mürəkkəb olanda bu, səhvlərə gətirib çıxarır. Hətta postların 1 faizi senzuraya məruz qalsa belə, bu, milyonlarla istifadəçiyə təsir edir. Nəticədə səhvlər və senzura həddindən artıq çox olur. Buna görə də paylaşım qaydaları sadələşdiriləcək və platformalarda fikir ifadə etmək azadlığı bərpa ediləcək.

Bu, o deməkdir ki, artıq hər kəs sosial şəbəkələrdə istənilən fikri səsləndirəcək. Bu günə kimi edilən paylaşımlarda hər hansı bir qeyri-etik ifadə, yanlışlıq, təhqir xarakterli sözlər və ifadələr paylaşılanda "Meta" avtomatik olaraq həmin paylaşımları bloklayır, profillərə məhdudiyyət qoyurdu. "Meta"da tətbiq edilən bu yeniliyin azərbaycanlı istifadəçilərin paylaşımlarına edəcəyi təsir, eyni zamanda, bu azadlığın bizim üçün müsbət və mənfi tərəfləri olduqca maraqlıdır.

Son.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib ki, "Meta"nın alqoritmlərində dəyişiklik edərək yoxlama prosesini azaltması azərbaycanlı istifadəçilərin paylaşımlarına bir sıra mənfi və müsbət təsirlər gətirə bilər.

"Müsbət təsiri odur ki, yoxlama prosesinin azalması paylaşımların daha sürətlə işə salınmasına imkan verəcək. Həmçinin, istifadəçilər məhdudiyyətlərə daha az məruz qalacaq, bu da onların düşüncələrini və fikirlərini daha az məhdudlaşdırır. Bu yenilik, eyni zamanda, istifadəçilər üçün daha az bloklanma deməkdir. Bununla yanaşı, daha yumşaq istifadəçi şərtləri tətbiq ediləcək. Ona görə də həyata keçiriləcək dəyişiklik azad fikirli insanların öz fikirlərini daha rahat ifadə etməsinə imkan verəcək", - deyə o qeyd edib.

Ekspert yeniliyin mənfi təsirlərindən də söz açıb:

"Yoxlama prosesinin azalması mənfi və ya qeyri-etik paylaşımların daha çox yayılmasına imkan yarada bilər. Eyni zamanda, şəxslərə aid məxfi informasiyaların yayılması arta bilər. Daha az yoxlama prosesi şəxsi məlumatların və ya qeyri-qanuni məlumatların yayılmasına yol açar. Bununla yanaşı, bəzi istifadəçilər yoxlama prosesinin azalmasından məmnun olacaq, çünki, dezinformasiya xarakterli paylaşımların daha çox yayılması mümkün olacaq. Amma platformalarda fikir ifadə etmək azadlığının bərpa edilməsi sosial şəbəkələrə olan etibarın azalmasına gətirib çıxara bilər".

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev isə məsələ ilə bağlı Trend-ə sosial şəbəkələrdəki gözlənilən sərbəstliyin istifadəçilərə ümumi təsirindən danışıb.

O bildirib ki, "Meta"nın ("Facebook", "Instagram" və s. daxil olmaqla) alqoritmlərindəki dəyişikliklər və yoxlama proseslərinin azalması azərbaycanlı istifadəçilərin paylaşımlarına müxtəlif şəkildə təsir göstərə bilər:

"Bu təsirlər həm müsbət, həm də mənfi ola bilər. 2023-cü ildə 12-16 oktyabr tarixinlərində Sosial Tədqiqatlar Mərkəzinin apardığı ictimai rəy sorğusunun nəticələrindən aydın olur ki, respondentlərin gündəlik əsas məlumat mənbəyinin 55.7 faizini sosial şəbəkələr təşkil edir. Ona görə də məsələ hər iki mənada düşündürücüdür. Gəlin, bir qədər detallı baxaq:

Kanadadan İrana tələb  Ukrayna təyyarəsinin vurulmasını öz üzərinə götür like
  • 09 Yan 17:31  
Dünya Kanadadan İrana tələb Ukrayna təyyarəsinin vurulmasını öz üzərinə götür

"İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti öz üz

arrow Ətraflı
Qubadlıda yük avtomobili aşdı: Xəsarət alan var like
  • 09 Yan 17:24  
Digərləri Qubadlıda yük avtomobili aşdı: Xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
"ASAN xidmət"in xanım əməkdaşı vəfat etdi like
  • 09 Yan 17:17  
Digərləri "ASAN xidmət"in xanım əməkdaşı vəfat etdi

"ASAN xidmət"in xanım əməkdaşı qəfil vəfat edib.

arrow Ətraflı
Paşinyanın arqumenti Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz  XİN like
  • 09 Yan 17:13  
Siyasət Paşinyanın arqumenti Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermən

arrow Ətraflı
Azərbaycanda 9cu sinif şagirdi vəfat etdi like
  • 09 Yan 17:08  
Digərləri Azərbaycanda 9cu sinif şagirdi vəfat etdi

Şirvan şəhərində məktəbli qız vəfat edib.

arrow Ətraflı
"Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür like
  • 09 Yan 17:05  
Digərləri "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür

Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur "Şuşa"

arrow Ətraflı
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən çıxarıldı like
  • 09 Yan 16:57  
Digərləri Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən çıxarıldı

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən

arrow Ətraflı
Livanın yeni Prezidenti seçilib like
  • 09 Yan 16:52  
Dünya Livanın yeni Prezidenti seçilib

Livanda yeni prezident seçilib.

arrow Ətraflı
72 ölkəyə vizasız gedə biləcəyik like
  • 09 Yan 16:44  
Digərləri 72 ölkəyə vizasız gedə biləcəyik

Azərbaycan "Henley & Partners" şirkətinin 2025-ci ilin I rübü ü�

arrow Ətraflı
Aygün Bəylərin bacısının mirasla bağlı qalmaqallı açıqlamasına reaksiya like
  • 09 Yan 16:38  
Şou-biznes Aygün Bəylərin bacısının mirasla bağlı qalmaqallı açıqlamasına reaksiya

"Aygün Bəylərin sənətindən başqa mirası yox idi. Bir evi var, o da

arrow Ətraflı
6 yaşlı Şirinin qatilinin cəzası bəlli oldu like
  • 09 Yan 16:31  
Digərləri 6 yaşlı Şirinin qatilinin cəzası bəlli oldu

İstanbulda 6 yaşlı Şirin Elmas Hanilçini cinsi zorakılığa məruz qoyaraq

arrow Ətraflı
İnsult keçirən İlyas İsmayılovdan xəbər var like
  • 09 Yan 16:26  
Digərləri İnsult keçirən İlyas İsmayılovdan xəbər var

"Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəziyyəti ağır-st

arrow Ətraflı
Soğanın qiyməti "göz yaşardır" like
  • 09 Yan 16:20  
Digərləri Soğanın qiyməti "göz yaşardır"

Özü göz yandıran soğanın son günlər artan qiyməti də könül açmır.

arrow Ətraflı
50 min suriyalı evinə qayıdıb like
  • 09 Yan 16:15  
Digərləri 50 min suriyalı evinə qayıdıb

Bəşər Əsəd rejiminin devrilməsi ilə Suriyada yeni dövrün qapıları aç

arrow Ətraflı
Prezident İlham Əliyev Gürcüstan Baş nazirinə başsağlığı verib like
  • 09 Yan 16:09  
Siyasət Prezident İlham Əliyev Gürcüstan Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxid

arrow Ətraflı