“Məni təqdim etmək üçün bəzəkli cümlələrdən istifadə etməyin”
Kriminal 03 May 2023 21:00:00 262 0
"Mən özüm haqqında eşitdiyim tərifləri, xoş sözləri deyə bilmirəm. Həm yadımdan çıxır, yadıma düşsə belə onları təkrarlaya bilmirəm. Bilmirəm bu utancaqlıqdır, təvazökarlıqdır ya nədir, bilmirəm! Bu gün özlərinə ad qoyurlar, titul verirlər, sənət ümumiyyətlə yaddan çıxıb. Heç vaxt özümə nə vaxtsa ad qoymamışam. İnsanın bir adı olur. Onu da doğulanda ona valideynləri verir. Uzun illərdir sənətdəyəm, amma yenə də özümə "mən sənətkaram" deyə bilmərəm. Qoy tamaşaçılar desin. Məncə hamı belə düşünməlidir, təkcə mən yox. İnanın Allaha, efirlərə bəzən qonaq gedəndə aparıcıdan xahiş edirəm ki, məni təqdim etmək üçün bəzəkli cümlələrdən istifadə etməyin. "Çıxış edir, Nisə xanım Qasımova" sözü mənim üçün hər şeydir".
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nisə Qasımova deyib.
"Yaxşı müğənni, yaxşı aktyor, yaxşı həkim olmaq olar. Amma bu sənətlərin yanında yaxşı insan olmaq çox çətindir. Xüsusilə də indiki zamanda. İnsanlıq olmayandan sonra istəyirsən möhtəşəm sənətkar ol, o sənətin itib gedir. Mən oxumaqdan çox insanlığa önəm vermişəm. Çünki həyatda hamıya yaxşılıq qalır" deyə sənətkar deyib.
Xalq artisti bildirib ki, hər verilişə getmir.
"Elə bir veriliş var ki, mən özümü orada görmürəm. Əgər mən özümü görmürəmsə, tamaşaçı məni dünəndən orada görmək istəmir. Bu kapriz, yaxud da kiminsə qəlbini qırmaq naminə atılan addım deyil. Bu sadəcə mənim efir həyatım üçün özümə qoyduğum qadağalardır" deyə sənətkar bildirib.
Ukrayna dövləti Kremlə qarşı heç bir hücum təşkil etməyib. Ukrayna dö
"Süni intellektin xaç atası" adlandırılan kompüter alimi Ceffri
Qəbələdə ağır yol qəzası baş verib.
Bizim Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böy
Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng pote
Azərbaycan ilə Çin arasında əla münasibətlər var. Si Cinpinin məni Çin
Rusiyada bu gün Çita-Moskva reysi yaşlı qadının rahatlanmaq istəməsin�
Biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan
"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasın
Məşhur türk aktrisa Hilal Altınbilek sosial şəbəkə hesabında sevgilisi
Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbə
Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir.
Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bu, mənim qərarımdır, çünk
Azərbaycanlı milyonçu Telman İsmayılovun 100 hektar torpağı müsadirə ed
Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətl�