Prezident: Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi


Siyasət 03 May 2023 20:04:00 254 0

Prezident: Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi

Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi. Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

Həmin şəxsin səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımızın silahsız olduqlarını vurğulayan dövlətimizin başçısı bildirib: "Onun əlində "Kalaşnikov" avtomatı var idi. O, girən kimi atəş açdı, birini qətlə yetirdi, digərlərini yaraladı. Yalnız bir cəsur əməkdaş əliyalın olaraq, onu silahsızlaşdırdı və sıxıb çölə çıxara bildi. Sonra 40 dəqiqə ərzində nə polis, nə təhlükəsizlik əməkdaşı, heç kəs görsənmədi. O, yenidən soxulmağa cəhd etdi. "Kalaşnikov" avtomatından atəş açırdı, gətirdiyi çəkicdən istifadə edirdi. Daha sonra "Molotov kokteyli" də gətirmişdi. Qapını çəkiclə sındıraraq içəri daxil oldu və həmin yaralı əməkdaş yenidən onu sıxaraq çölə çıxara bildi. Sonra həmin şəxs polisə yaxınlaşır. Çöldə də kameramız var. O, istifadə etdiyi "Kalaşnikov" avtomatını və "Molotov kokteyli"ni verir. Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı?".

Sulutəpədəki gül dükanı sakinlərin narazılığına səbəb olub  VİDEO like
  • 03 May 20:00  
Digərləri Sulutəpədəki gül dükanı sakinlərin narazılığına səbəb olub VİDEO

Abşeron rayonunun Şəfiqə Əfəndizadə küçəsində sakinlər 6 ildir ki, p

arrow Ətraflı
Azərbaycan Avropa ölkələri üçün mühüm tərəfdaşdır  Ekspert like
  • 03 May 19:58  
Digərləri Azərbaycan Avropa ölkələri üçün mühüm tərəfdaşdır Ekspert

Bu gün Azərbaycan Avropa ölkələri üçün mühüm tərəfdaşdır.

arrow Ətraflı
"Canlı açım oturum? Axı mən digərinə baxanda qıcıq yaradır" like
  • 03 May 19:48  
Şou-biznes "Canlı açım oturum? Axı mən digərinə baxanda qıcıq yaradır"

"Hamımız əlimizdən gələni etdik ki, tamaşaçı, müğənni efirdən

arrow Ətraflı
Prezident: Biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik like
  • 03 May 19:30  
Siyasət Prezident: Biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik

Azərbaycanda yaşayan insanlar kimi biz İran ilə Ermənistan arasında olan m

arrow Ətraflı
İlham Əliyev: İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib like
  • 03 May 19:28  
Siyasət İlham Əliyev: İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib

İşğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gə

arrow Ətraflı
Aysun İsmayılova boşandı  FOTO like
  • 03 May 19:16  
Şou-biznes Aysun İsmayılova boşandı FOTO

Müğənni Aysun İsmayılova boşanıb.

arrow Ətraflı
"Bir dovğama görə mənə 500 dollar verən olub" like
  • 03 May 19:12  
Şou-biznes "Bir dovğama görə mənə 500 dollar verən olub"

"Bir dovğama görə mənə 500 dollar verən olub".

arrow Ətraflı