1970ci illərdə çəkilən “gələcəyin ofisi” reklamı sosial şəbəkə istifadəçilərini həyəcanlandırdı VİDEO
Dünya 03 May 2023 19:36:00 246 0
1970-ci illərdə çəkilən "gələcəyin ofisi" reklamı internetdə qızğın mübahisələrə səbəb olub. Kadrları "u/Pasargad" ləqəbli "Reddit" istifadəçisi paylaşıb.
Bu xəbəri də oxu: Bölgəmizdə daha yaxşı gələcək qura bilərik Fidan
Son.az oxu.az-a istinadən xəbər verir ki, videoda ofis işçisinin ofisə girməsi və kompüter arxasında əyləşməsi əks olunub. Bu vaxt ekranda salamlama mesajı görünür: "Sabahınız xeyir, Bill".
İşçi elektron poçt qutusunu açır, məktublardan birini seçir və "Çap et" düyməsini sıxır, bundan sonra onun masasında məktubun bir neçə kağız nüsxəsi görünür. Sonra başqa bir düyməyə vurur və elektron məktub bütün şöbələrə göndərilir.
Bundan sonra ekranda ağ-qara çiçək təsviri görünür və kişinin bu gün ad günü olduğu ona xatırladılır.
"Mənim yubileyimdir, mən bunu tamamilə unutmuşdum", - deyə işçi sevinclə bildirir.
"Hər şey qaydasındadır, axı biz sadəcə insanıq", - deyə kompüterin cavabı görünür.
Videoya şərhində müəllif bunun ilk personal kompüter - "Xerox Alto" olduğunu bildirib:
"Bu qısa, birdəqiqəlik reklam çarxında "Xerox" gələcəyin ofisi üçün öz baxışını təqdim edir... Kadrlarda tam ekran displey, siçan, lazer printer, elektron poçtla təchiz edilmiş 1972-ci ilin "Xerox Alto"su "Ethernet" şəbəkəsinə qoşulur".
Müəllif əlavə edir ki, bu kompüter "Apple Macintosh" və "Microsoft Windows" əməliyyat sistemləri üçün ilham mənbəyi olub.
İstifadəçilərdən biri bu reklamın onun üçün kəşf olduğunu bildirib:
"Bu, həqiqətən maraqlı məlumatdır. Bütün müddət ərzində "Apple" məni inandırıb ki, masaüstü kompüterin bazara çıxarılmasına cavabdeh ("Apple"ın həmtəsisçisi Stiv) Cobs olub".
Digər şərhçi ekranın kağız parçasına bənzəyən düzbucaqlı formasını maraqlı hesab edib və onu günümüzün monitorları ilə müqayisə edib.
Müzakirənin digər iştirakçısı isə kompüterin ekranında görünən "biz sadəcə insanıq" ifadəsindən qorxduğunu etiraf edib.
Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böy
Azərbaycanda yaşayan insanlar kimi biz İran ilə Ermənistan arasında olan m
İşğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gə
"Bir dovğama görə mənə 500 dollar verən olub".
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatl
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "B�
Azərbaycan həmişə Xəzərin o tayındakı qonşularımızın öz resursları
Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün
"Hazırkı mərhələdə azərbaycanlı əsgərlərin ölkələrinə ekstra
5 ay evli qaldığı aktyor Oğuzhan Koçdan boşanma xəbərləri ilə gündəm
Bu gün tərbiyəçi-müəllimlər Elm və Təhsil nazirliyinin qarşısına top