Peqova qarşı ittiham irəli
Siyasət 04 Fev 2023 08:12:00 362 0
Ukrayna Baş Prokurorluğu rusiyalı hərbi müxbir, "WarGonzo" layihəsinin yaradıcısı Semyon Peqovu "hərbi mövzularda təbliğat materialları" yaratmaqda qiyabi şəkildə ittiham edib.
Bu xəbəri də oxu: Samir Şərifova yeni vəzifələr verildi
Məlumata görə, ittiham Rusiyanın Ukraynada hərbi təcavüz kimi qiymətləndirilən hərəkətlərinə bəraət qazandırmaq, qanuni hesab etmək, onları inkar etmək, eləcə də həmin hərəkətləri tərifləmək ilə bağlı cəza nəzərdə tutan maddə üzrə irəli sürülüb. Bildirilib ki, "WarGonzo" layihəsi sistemli şəkildə hərbi mövzularda Rusiya yönümlü təbliğat materialları hazırlayır.
Ukrayna prokurorluğu Peqovu Donetsk və Luqansk vilayətlərinə dəfələrlə səfər etməkdə və onların qondarma liderlərindən müsahibə almaqda günahlandırır. Qeyd edək ki, Peqova qarşı işin ibtidai istintaq Ukrayna Milli Polisinin Baş İstintaq İdarəsi ilə birlikdə Kiberpolis Departamenti tərəfindən aparılır.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Peqov da daxil olmaqla 198 nəfərə qarşı sanksiya qərarının icrası ilə bağlı fərman imzalayıb.
Dekabrın 20-də Rusiya prezidenti Peqovu "İgidliyə görə" ordeni ilə təltif edib.
Beyin exinokokkozu exinokokk tərəfindən törədilir. Bu zaman beyində exinok
Kanada Nikolay Baskov, Mixail Boyarski, Oleq Qazmanov və bir neçə rus ifaçı
Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın nəzarətində olan "H
ABŞ ilk dəfə olaraq Ukraynanın xeyrinə rusiyalıların aktivlərini müsadi
ABŞ Dövlət Departamenti hava şarı insidentinə görə dövlət katibi Enton
Kreml və Dövlət Dumasına bağlı olan rusiyalı siyasi strateq Sərkis Mirz�
Erməni əsilli astroloq Dmitri Vardanyan Ukrayna müharibəsinin sona çatacağ
Hamiləlik zamanı qadınların dərilərində bəzi problemlər meydana çıxı
Azərbaycan Autizm Assosiasiyasının Baş katibi Cavid Allahverdiyev vəfat edi
Ağciyərlərin xronik obstruktiv xəstəlikləri xronik, ləng proqressivləş�
Fevralın 2-də İstanbulun Bahçelievler bölgəsində idarəetmədən çıxan
Hamilə qadınlar hamiləliyin ilk 3 ayında az və tez-tez qidlanmalıdırlar.