Ukrayna göndərilən humanitar yardıma görə İlham Əliyevə təşəkkür edib
Siyasət 07 Fev 2025 13:07:00 75 0
Ukrayna göndərilən humanitar yardıma görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edir.
Bu xəbəri də oxu: USAIDin sonu: yalan və şər maşını çökdü, yoxsa "diriliş"ə hazırlaşır?
Trend xəbər verir ki, bunu Azərbaycanın Ukraynaya növbəti humanitar yardımın göndərilməsi zamanı bu ölkənin Azərbaycandakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Klinçenko bildirib.
"Ukrayna dövləti və Ukrayna xalqı Ukrayna üçün nəzərdə tutulan layihə çərçivəsində göstərilmiş növbəti humanitar yardım partiyasına görə Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü ifadə edir", - deyə Klinçenko bildirib.
O, həmçinin, qeyd edib ki, ölkələr arasında münasibətlər möhkəm dayaqlara söykənir. Azərbaycan və Ukraynanın ortaq hədəfləri var: regional sabitliyi və sülhü təmin etmək və inkişaf etdirmək.
Bundan başqa, Klinçenko vurğulayıb ki, ölkələr arasında iqtisadi və ticari əməkdaşlıq inkişaf etməyə davam edir və həm Azərbaycana, həm də Ukraynaya əhəmiyyətli mənfəət gətirir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanitar yardımın göstərilməsi ilə bağlı 5 fevral 2025-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının alınması və göndərilməsi üçün 1 milyon dolların manat ekvivalentində vəsait ayrılıb.
İlkin humanitar yardım partiyasına elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukraynanın müraciətinə əsasən, bu tədarüklər müharibədən zərər çəkmiş ərazilərdə sabit elektrik enerjisi təchizatının bərpası üçün nəzərdə tutulub.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycanın Ukraynaya bərpa və humanitar məqsədlərlə göstərdiyi ümumi yardımın məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ci ilə qədər Ukraynaya elektrik avadanlıqları çərçivəsində təxminən 120 transformator və komplekt transformator məntəqəsi, təxminən 70 generator, eləcə də, 3,3 milyon metrdən çox kabel və naqil göndərilib.
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xə
Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin q
Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntıl�
"Bu haqq, düz söz, qələbəsidir. Bu qələbə çox insanın səhhətini
İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatının li
Türkiyənin Egey dənizi sahillərində 4,8 bal gücündə zəlzələ baş veri
Böyük Britaniyanın "Redline Aviation Security LTD" şirkəti Azərb
Bu gün Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım gön
Qulaqdakı cingiltinin bir çox səbəbi ola bilər. Yüksək səslə musiqi din
Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn �
Birləşmiş Ştatların Qəzza zolağına qoşun yeritmək niyyəti yoxdur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman