Gəncədə dəm qazından zəhərlənən ana və övladı belə xilas edildi
Digərləri 07 Fev 2025 12:59:00 72 0
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nəriman Nərimanov küçəsindəki beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə hadisə yerinə cəlb olunub.
"Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı mənzildə olan vətəndaşların giriş qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə cavab vermədiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən operativ qaydada xüsusi vasitələrin köməyi ilə mənzilin giriş qapısı açılaraq, ilkin ehtimala görə dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilmiş ana - 1990-cı il təvəllüdlü L.Cəfərova və övladı - 2011-ci il təvəllüdlü Ö.Cəfərov ilkin yardım göstərildikdən dərhal sonra FHN-in xüsusi təyinatlı nəqliyyat vasitəsi və təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılaraq həyatları xilas olunub"- deyə məlumatda qeyd edilib.
Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin q
Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntıl�
"Bu haqq, düz söz, qələbəsidir. Bu qələbə çox insanın səhhətini
İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatının li
Türkiyənin Egey dənizi sahillərində 4,8 bal gücündə zəlzələ baş veri
Böyük Britaniyanın "Redline Aviation Security LTD" şirkəti Azərb
Bu gün Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım gön
Qulaqdakı cingiltinin bir çox səbəbi ola bilər. Yüksək səslə musiqi din
Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn �
Birləşmiş Ştatların Qəzza zolağına qoşun yeritmək niyyəti yoxdur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman
Ötən gündən ölkə ərazisində müşahidə edilən küləkli hava şəraiti
7 fevral 2025-ci il tarixindən etibarən suya və zərbəyə qarşı 360° dava