"USAIDin Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı ABŞa bildiriş göndərilib"
Siyasət 06 Fev 2025 11:19:00 83 0
USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.
Bu xəbəri də oxu: Rusiya ikinci “Malayziya Boingi” hadisəsi yaşatmaq istəyir: Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır
Son.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında demişdi ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur: "USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".
Xatırladaq ki, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlı iri donor təşkilatının fəaliyyətini məhdudlaşdırmasına yönəlmiş qərarlar qəbul edilib. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin "X"-dəki hesabı da ləğv olunub. Bundan başqa, USAID-in fəaliyyətini tənqid edən prezident Donald Trampın onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığı, bunu yaxın günlərdə elan edəcəyi bildirilir.
Birbank Private müştərilərinə eksklüziv xidmətlər və unikal imtiyazlar
Xəbər verdiyimiz kimi, fevralın 4-ü gecə saat 00 radələrində Xəzər ray
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX)
Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada Azərbaycana gətiri
Reytinqləri alt-üst edən məşhur "Yaprak dökümü"ndə əsas rolu
Fol turşusu nədir və hamiləlikdə niyə vacibdir?
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın plastik cərrahın sert
Sosial şəbəkələrdə yayılan video görənləri hiddətləndirib.
Aktrisa və rəqqasə Oksana Rəsulova qayınanası və əri tərəfindən işg�
Ağcabədidiə 17 yaşlı yeniyetmə itkin düşüb.
Azərbaycanda məktəblərin birində birabırçı hal müşahidə olunub.
"And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır