Yardım adı altında "göyə sovrulan milyonlar" USAID "əl dəyişdir", indi nə olacaq?
Siyasət 07 Fev 2025 13:22:00 50 0
USAID uzun illər boyunca Amerikanın xarici siyasətində mühüm rol oynayıb və böyük maliyyə vəsaitləri ayıraraq "humanitar yardım" və "demokratik inkişaf layihələri" həyata keçirib. Bu agentlik 2023-cü ildə dünya üzrə 42,4 milyard dollar vəsait ayırıb və 2024-cü ildə bu rəqəmin 35,4 milyard dollar olacağı təxmin edilirdi. Amma Tramp administrasiyasının yeni rəhbərliyi altında USAID-in fəaliyyətinə dair köklü dəyişikliklər baş verir və bu, bürokratik dəyişiklikdən çox daha dərin yenilənmədir.
Bu xəbəri də oxu: Bu gün Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi olacaq
Trampın tənqidlərinə görə USAID "humanitar yardım" adı altında ABŞ-nin maraqlarını önə çəkən və şübhəli məqsədlər üçün maliyyə təmin edən struktura çevrilib. Hətta İlon Mask da USAID-i bioloji silahların hazırlanmasında, xüsusilə də COVID-19-un yaradılmasında iştirak etməkdə ittiham edib və bu cür ağır ittihamlar Tramp administrasiyasının ciddi islahatlar və yeni təşəbbüslərlə qərar verdiyini göstərir.
Donald Trampın ikinci prezidentlik dövrü başladıqdan sonra USAID-in ləğvi ABŞ-nin xarici təsir mexanizmlərinin və humanitar yardım siyasətinin yenidən təhlil edildiyini və buna qarşı yeni yanaşmaların tətbiq olunduğunu göstərir. USAID-in ləğvi yalnız bu təşkilatın fəaliyyətini dayandırmaq deyil, həm də ABŞ-nin xarici siyasətindəki dəyişikliklərin göstəricisidir.
USAID-in ləğv edilməsi ilə yanaşı agentliyin internet saytı bağlandı, sosial media hesabları silindi və çox sayda işçi işdən çıxarıldı. Bu sürətli addımlar ABŞ-nin humanitar yardım və demokratik inkişaf layihələri üçün ayrılan büdcənin əvvəlki müstəqil strukturlarından yoxlanılmayan və şübhəli layihələrə xərcləndiyini göstərdi. Məsələn, 6 milyon dolların Misirdə turizmin inkişafına, 2 milyon dolların Qvatemalada LGBT aktivizminə və 1,5 milyon dolların Serbiyada "inklyuzivlik" təşviqatına xərclənməsi təəccüblü görünür. Bu kimi layihələrə yönləndirilmiş vəsaitlər, ABŞ vergi ödəyicilərinin pullarının mənasız və şübhəli məqsədlər üçün sərf edildiyini göstərir və buna görə də USAID-in bağlanması diqqət çəkir.
USAID ABŞ-ın gizli silahı kimi
USAID illərlə ABŞ-nin geosiyasi maraqlarını gücləndirmək məqsədini daşıyan alət kimi istifadə olunub. Bu təşkilat humanitar yardım və inkişaf şüarlarının arxasında gizlənərək, əsasən müstəqil media və qeyri-hökumət təşkilatlarını maliyyələşdirib, Vaşinqtonun maraqlarına uyğun olan yalan məlumatları yaymağa çalışıb. USAID-in Azərbaycandakı fəaliyyətləri, xüsusən də böyük dezinformasiya kampaniyalarının maliyyələşdirilməsi, ölkənin suverenliyinə qarşı açıq təzyiqlərdən biri olub. 90-cı illərdə Ermənistandan və işğal olunmuş ərazilərdən qovulan azərbaycanlıların yaşadığı əsl etnik təmizliyi görməməzlikdən gələrək, USAID erməni təbliğatını dəstəkləyib. Lakin, bu cəhdlərə baxmayaraq, Azərbaycan öz suverenliyini qorumağı bacarıb və Vaşinqtonun təzyiqlərinə qarşı durub. USAID-in ləğvi bu təşkilatın özünün iflasını və qlobal prosesləri manipulyasiya etməyə çalışan qüvvələrin məğlubiyyətini göstərir. Bugün USAID artıq tarixə qarışır.
USAID-in ləğvi yalnız bu təşkilatın fəaliyyətini bitirmir, əksinə, bir çox ölkənin artıq ona olan asılılığına son verir. USAID-in ən böyük benefisiarlarından olan Ukrayna, İsrail, İordaniya, Efiopiya və Əfqanıstan kimi ölkələr artıq yeni maliyyə mənbələri axtarmağa məcbur olacaqlar. BMT baş katibi Antonio Quterreş ABŞ-nin humanitar yardımını dayandırmaması üçün Trampa müraciət etsə də, Ağ Ev bu çağırışı qəbul etməyib və bildirib ki, çox sayda vəsait qeyri-məqsədli və şübhəli layihələrə xərclənib. Bu vəziyyət ABŞ-nin gələcəkdə daha çox kontrol altına alınan yeni və daha təmiz mexanizmlərə keçmə qərarı ilə izah edilə bilər.
USAID tarixə qovuşur, bundan sonra necə olacaq?
USAID-in bağlanması dünya siyasətində ciddi dəyişikliklərə səbəb ola bilər. Trampın sərt tənqidləri və yeni tədbirləri, ABŞ-nin humanitar yardım və təsir alətlərinin yenidən təşkilatlandırılmasına yol açıb. Bəzi analitiklər USAID-in tamamilə ləğv olunacağını gözləsələr də, faktiki olaraq, agentlik çox güman ki, adı və rəhbərliyi dəyişdirilərək yenidən fəaliyyətə başlayacaq. Analitiklərin fikrincə Trampın məqsədi ABŞ-nin qlobal təsirini davam etdirərkən bu təsirin daha az ifşa olunan və daha az diskreditasiya edilmiş yollarla həyata keçirilməsidir. ABŞ-nin xarici siyasətindəki bu dəyişikliklər, xüsusən də inkişaf etməkdə olan ölkələrdə Çin və Rusiyanın təsirinin artmasına səbəb ola bilər.
USAID-in ləğvi eyni zamanda ABŞ-nin digər ölkələrin daxili işlərinə müdaxilə siyasətinin dəyişməsinə və daha gizli əməliyyatlara keçilməsinə yol aça bilər. ABŞ-nin bu addımlarında nə qədər səmimi olduğu və yeni strukturların nə qədər gizli və effektiv olacağı gələcəkdə daha aydın olacaq. Yəqin ki, yeni strukturlar Dövlət Departamenti altında daha yaxşı gizlədilmiş olacaq. Belə ki, USAID-in əvvəlki fəaliyyətlərinin miqyası və dərinliyi, ABŞ-ın qlobal təsir alətlərindən əl çəkməyəcəyini, sadəcə yeni bir forma alacağını göstərir.
İslam Son.az
Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaq�
Ukrayna göndərilən humanitar yardıma görə Azərbaycan Respublikası Prezid
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xə
Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin q
Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntıl�
"Bu haqq, düz söz, qələbəsidir. Bu qələbə çox insanın səhhətini
İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatının li
Türkiyənin Egey dənizi sahillərində 4,8 bal gücündə zəlzələ baş veri
Böyük Britaniyanın "Redline Aviation Security LTD" şirkəti Azərb
Bu gün Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım gön
Qulaqdakı cingiltinin bir çox səbəbi ola bilər. Yüksək səslə musiqi din
Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn �