Rusiyanın erməni lobbiçisi Krımın işğalını tanıtmaq üçün dəridənqabıqdan çıxıb


Siyasət 04 Fev 2023 08:02:00 291 0

Rusiyanın erməni lobbiçisi Krımın işğalını tanıtmaq üçün dəridənqabıqdan çıxıb

Kreml və Dövlət Dumasına bağlı olan rusiyalı siyasi strateq Sərkis Mirzəxanyan və onun qeydiyyatdan keçməmiş lobbi qrupu- "Beynəlxalq Aktual Siyasət Agentliyi" 2014-cü ildən Rusiyaya sadiq Avropa siyasətçiləri ilə əməkdaşlıq edir.

Onların vasitəsilə Aİ ölkələrinin parlamentlərində və ya müəyyən regionlarda Rusiyaya qarşı sanksiyaların ləğvi və ilhaq edilmiş Krımın Rusiya ərazisi kimi tanınması ilə bağlı fəaliyyət aparıb.

Son.az musavat.com-a istinadən bildirir ki, belə bir informasiya "Important Stories", "Eesti Ekspress", OCCRP, IRPI və "Profil" təşkilatlarını birgə araşdırmasında ortaya çıxıb.

Hakerlər Mirzəxanyanın təxminən 20 min məktubunu sızdırıblar.

Sərkis Mirzəxanyan

Sərkis Mirzəxanyan Krımın işğalı zamanı Dövlət Dumasının deputatı İqor Zotovun köməkçisi vəzifəsində çalışıb. O, həmçinin Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin ekspert şurasının üzvü olub və Rusiya prezident administrasiyası ilə sıx əlaqə saxlayıb. Onun ən çox elektron poçtla əlaqə saxladığı şəxslərdən biri də o zaman prezident administrasiyasında müavin Vladislav Surkovun rəhbərliyi altında işləyən İnal Ardzinba imiş.

Araşdırmaçıların fikrincə, Mirzəxanyan və onun lobbiçilər qrupu İtaliyanın Veneto regionu Şurasının deputatı Stefano Valdeqamberinin təqdim etdiyi qətnamə layihəsinin hazırlanmasında iştirak edib. Həmin qətnamə 2016-cı ilin may ayında qəbul edilib. Sənədin mətnində Avropa İttifaqının ilhaq edilmiş Krıma qarşı "beynəlxalq hüquq prinsipləri baxımından ayrı-seçkilik və ədalətsiz" siyasət yürütdüyü bildirilir və sanksiyaların ləğvinə çağırılır. Veneto Şurası Krımı Rusiyanın bir hissəsi kimi açıq şəkildə tanıyan ilk Avropa siyasi qurumu olub.

Qətnamənin mətni onun qəbulundan bir ay əvvəl Mirzəxanyanın poçtunda olub. Məktublar arasında müəyyən "fəaliyyət planı"nın olduğu və Veneto Şurasının 29 deputatının qətnaməni dəstəkləməyə hazır olduğu sənəd də tapılıb.

Sonradan İtaliyanın daha iki bölgəsi - Liquriya və Lombardiya Rusiyayönlü analoji qətnamələr qəbul ediblər. Deputat Valdeqamberi jurnalistlərin sorğusuna cavab verməyib.

Mirzəxanyanın poçtundan o da məlum olub ki, "Veneto qətnaməsinin" hətta İtaliya parlamentinə təqdim edilməsi nəzərdə tutulub.

Məktubların birində deyilir ki, bununla Valdeqamberinin sağçı Şimal Liqasındakı həmkarı senator Paolo Tosato məşğul olacaq. Eyni zamanda, sənədin sonunda "Pul cədvəli" adlı bölmə olub ki, orada belə bir ifadə keçib: "20 000 EUR + 20 000 EUR (qətnamənin təqdim edilməsi), uğurlu səsvermə zamanı +15 000 EUR".

Daha sonra Paolo Tosato senatorlar tərəfindən rədd edilmiş qətnamə layihəsini parlamentə təqdim edib.

Eyni zamanda buna oxşar sənəd Avstriya parlamentinə də təqdim edilib. Bunu sağçı Avstriya Azadlıq Partiyasından olan deputat Yohannes Hübner həyata keçirib. Lakin sənəd Avstriya parlamentində keçməyib.

Bu təşəbbüs Mirzəxanyanın poçtundan gələn sənəddə də təsvir olunub. Burada da eyni rəqəmlər yer alıb: "20.000 EUR, uğurlu səsvermə halında isə +15.000 EUR". Tosato və Huebner öz ölkələrinin parlamentlərinə qətnamələr təqdim etmək üçün Rusiyadan pul aldıqlarını inkar edirlər.

Mirzəxanyanın poçtunda Latviya və Yunanıstan parlamentləri, eləcə də Avropa Şurası Parlament Assambleyası üçün oxşar qətnamələr, bu cür planlar olub. Lakin həmin sənədlərlə bağlı dinləmələr barədə məlumat verilməyib.

Kipr isə Avstriya və İtaliyadan fərqli olaraq Rusiyanın istədiyi sənədi qəbul edibmiş. 2016-cı ildə qəbul edilən həmin sənəddə "ayrı-ayrı Rusiya vətəndaşlarından şəxsi sanksiyaların götürülməsi" və "Ukraynanın şərqindəki münaqişə ilə əlaqədar Kiyev və Moskvanın Minsk razılaşmalarına əməl etmələri" tələb olunub.

Mirzəxanyanın poçtunda qətnamənin ilkin mətninin səsverməyə bir həftə qalmış razılaşdırıldığı qeyd olunur. Lakin burada kiprli deputatlardan heç birinin maliyyələşdirilməsindən söhbət getmir. Buna baxmayaq eyni ildə rus-kiprli iş adamı Sergey Kozlovun yerli Xalqın Tərəqqi Partiyasına 15 min avro bağışladığı diqqət çəkib. Məhz həmin prtiyanın lideri Andros Kiprianou sənədi ölkə parlamentinə təqdim edib.

Erməni astroloq müharibənin bitəcəyi like
  • 04 Fev 07:59  
Siyasət Erməni astroloq müharibənin bitəcəyi

Erməni əsilli astroloq Dmitri Vardanyan Ukrayna müharibəsinin sona çatacağ

arrow Ətraflı
“Titanik”in baş qəhrəmanı necə like
  • 04 Fev 07:55  
Dünya “Titanik”in baş qəhrəmanı necə

"Biz 25 il əvvəl "Titanik"i çəkəndə bütün mümkün inand�

arrow Ətraflı
Ağrı və müalicəsi like
  • 04 Fev 07:51  
Digərləri Ağrı və müalicəsi

Ağrıların müalicəsi sadə ağrıkəsici dərmanların qəbulu ilə başlay�

arrow Ətraflı
Hamiləlik vaxtı dəridə olan ləkələr like
  • 04 Fev 07:41  
Digərləri Hamiləlik vaxtı dəridə olan ləkələr

Hamiləlik zamanı qadınların dərilərində bəzi problemlər meydana çıxı

arrow Ətraflı
Cavid Allahverdiyev like
  • 04 Fev 07:35  
Digərləri Cavid Allahverdiyev

Azərbaycan Autizm Assosiasiyasının Baş katibi Cavid Allahverdiyev vəfat edi

arrow Ətraflı
Ağciyərlərin xronik obstruktiv xəstəlikləri like
  • 04 Fev 07:31  
Digərləri Ağciyərlərin xronik obstruktiv xəstəlikləri

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri xronik, ləng proqressivləş�

arrow Ətraflı
Azərbaycanlının da öldüyü qəzanın like
  • 04 Fev 07:25  
Dünya Azərbaycanlının da öldüyü qəzanın

Fevralın 2-də İstanbulun Bahçelievler bölgəsində idarəetmədən çıxan

arrow Ətraflı
Hamiləlikdə necə qidalanmalı? like
  • 04 Fev 07:21  
Digərləri Hamiləlikdə necə qidalanmalı?

Hamilə qadınlar hamiləliyin ilk 3 ayında az və tez-tez qidlanmalıdırlar.

arrow Ətraflı
Türkiyədə bələdiyyə sədri like
  • 04 Fev 07:15  
Dünya Türkiyədə bələdiyyə sədri

Türkiyənin Çanaqqala şəhərinin Gökçeada rayonunun bələdiyyə sədri Ü

arrow Ətraflı
Kəskin pnevmoniyanın əmələ gəlmə səbəbləri like
  • 04 Fev 07:11  
Digərləri Kəskin pnevmoniyanın əmələ gəlmə səbəbləri

Ağciyərlərin iltihabının inkişafı infeksiyanın nüfuz etməsi mexanizmi,

arrow Ətraflı
Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü  FOTO like
  • 04 Fev 07:05  
Digərləri Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü FOTO

Fevralın 2-də Bərdədə baş verən və 5 nəfərin ölümü ilə nəticələ

arrow Ətraflı
Bronxial astmanın müxtəlif növləri like
  • 04 Fev 07:01  
Digərləri Bronxial astmanın müxtəlif növləri

İnfeksiyadan asılı variant. Bronxial astmanın bu növünə 35-40 yaşdan yu

arrow Ətraflı
Sayrışan hallar nevrozu like
  • 04 Fev 06:05  
Digərləri Sayrışan hallar nevrozu

Sayrışan hallar nevrozu - sayrışan qorxular(fobiyalar) və ya fikirlər müx

arrow Ətraflı
Yan amiotrofik skleroz like
  • 04 Fev 05:04  
Digərləri Yan amiotrofik skleroz

Yan amiotrofik skleroz sinir sisteminin xroniki ikişaf edən xəstəliyi olub,

arrow Ətraflı
Hamiləlikdə istirahət və yuxu like
  • 04 Fev 04:04  
Digərləri Hamiləlikdə istirahət və yuxu

Yuxu bütün canlıların ettiyac duydyğu bir zaman kəsiyidir. Bu zaman kəsiy

arrow Ətraflı