Prezident və Birinci xanım Bakıda yeni parkın açılışında iştirak edib FOTO


Siyasət 07 Fev 2025 20:02:00 77 0

Prezident və Birinci xanım Bakıda yeni parkın açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun "Gənclik" stansiyasının yaxınlığında "Antena" sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər.

Son.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni parkda yaradılan şərait barədə ətraflı məlumat verdi.

Paytaxtımızın daha da müasirləşdirilməsi, abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda - metronun "Gənclik" stansiyasının yaxınlığında, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeni parkdır.

Dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış oldular.

"Antena" sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.

Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və binada bərpa işləri aparılıb.

Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunub. Həmçinin burada fəvvarə də quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.

Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıq sahələri salınıb, 20 mindən çox ağac və kol əkilib. Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Həmçinin işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Parkda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları yaradılıb.

Yeni parkla yaxınlıqdakı "Dədə Qorqud" parkını əlaqələndirən yeraltı keçid də inşa olunub. Bu da sakinlərin təhlükəsiz və rahat hərəkətinə şərait yaradır.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

Yeni istifadəyə verilən park da paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

USAID Gürcüstandan da QOVULUR? like
  • 07 Fev 19:59  
Digərləri USAID Gürcüstandan da QOVULUR?

Azərbaycan Xarici İşlər Nazirliyinin USAID-in ölkədə fəaliyyət göstər

arrow Ətraflı
Türkiyədə daha bir güclü ZƏLZƏLƏ like
  • 07 Fev 19:56  
Digərləri Türkiyədə daha bir güclü ZƏLZƏLƏ

Egey dənizinin Türkiyə sahillərində güclü zəlzələ olub.

arrow Ətraflı
İrəm Derici yenidən ərə gedir?  FOTOlar like
  • 07 Fev 19:49  
Şou-biznes İrəm Derici yenidən ərə gedir? FOTOlar

Türkiyəli müğənni İrəm Dərici prodüser, DJ Melih Kunukcu ilə sevgilid

arrow Ətraflı
15 yaşlı qızın mədəsindən 2,4 kq saç çıxarıldı  FOTO like
  • 07 Fev 19:29  
Dünya 15 yaşlı qızın mədəsindən 2,4 kq saç çıxarıldı FOTO

"Rapunzel" sindromundan əziyyət çəkən 15 yaşlı qızın mədəsi

arrow Ətraflı
Xalq artisti: “Dahilər torpağın altındadır, torpağın üstündə yox” like
  • 07 Fev 18:59  
Şou-biznes Xalq artisti: “Dahilər torpağın altındadır, torpağın üstündə yox”

"Şərti şumda kəsək. Dahi söhbətini yığışdıraq. Dahilərin hamı

arrow Ətraflı
Zelenski Tramp haqda bunu da dedi like
  • 07 Fev 18:49  
Digərləri Zelenski Tramp haqda bunu da dedi

Ukraynanın prezidenti Zelenski brifinq zamanı ABŞ-dan danışıb. 

arrow Ətraflı
Məhkəmə "Oleq Bakinski" ilə bağlı qərar verdi: "25 yaşında deyiləm ki...” like
  • 07 Fev 18:48  
Kriminal Məhkəmə "Oleq Bakinski" ilə bağlı qərar verdi: "25 yaşında deyiləm ki...”

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) və o

arrow Ətraflı
Efirdə AĞLADI: "Qızım atasını görmür"  VİDEO like
  • 07 Fev 18:39  
Şou-biznes Efirdə AĞLADI: "Qızım atasını görmür" VİDEO

"Həyatda bütün sınaqlardan keçdim, keçməyə də davam edəcəyəm. H

arrow Ətraflı
Dəhşətli QƏZA: İdmançı "BMW"si ilə təcili tibbi yardım maşınına ÇIRPILDI  Ölənlər var  FOTO like
  • 07 Fev 18:37  
Digərləri Dəhşətli QƏZA: İdmançı "BMW"si ilə təcili tibbi yardım maşınına ÇIRPILDI Ölənlər var FOTO

Rusiyanın Belqorod şəhərində iki feldşer qadının həlak olması ilə nə

arrow Ətraflı
Paşinyan Vaşinqtondan ƏLİBOŞ qayıtdı like
  • 07 Fev 18:29  
Digərləri Paşinyan Vaşinqtondan ƏLİBOŞ qayıtdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə ABŞ-nin vitse-prezidenti C

arrow Ətraflı
Hava bu tarixdə DÜZƏLƏCƏK like
  • 07 Fev 18:16  
Digərləri Hava bu tarixdə DÜZƏLƏCƏK

Bakıda və Abşeron yarımadasında fevralın 8-i və 9-da hava şəraitinin ar

arrow Ətraflı
2 BÜRCÜN parlaq gələcəyi var  hər işdə... like
  • 07 Fev 18:09  
Digərləri 2 BÜRCÜN parlaq gələcəyi var hər işdə...

Parlaq gələcəyi olan insanlar fərdi xüsusiyyətlərinə, çalışqanlıqlar

arrow Ətraflı
Trampın şərəfinə adını DƏYİŞDİ like
  • 07 Fev 17:59  
Dünya Trampın şərəfinə adını DƏYİŞDİ

Avstriyalı siyasətçi ABŞ Prezidenti Donald Trampın şərəfinə rəsmi olar

arrow Ətraflı
Sürücülərə şad xəbər: 2 küçədə yeni avtomobil yolu çəkiləcək like
  • 07 Fev 17:58  
Digərləri Sürücülərə şad xəbər: 2 küçədə yeni avtomobil yolu çəkiləcək

Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinə qədər o

arrow Ətraflı
Cəlal Harutyunyanın cəzası bəlli oldu like
  • 07 Fev 17:53  
Kriminal Cəlal Harutyunyanın cəzası bəlli oldu

Ermənistanın Sünik vilayətinin Məhkəməsi Qarabağdakı keçmiş separatç

arrow Ətraflı