Hamiləlikdə necə qidalanmalı?
Digərləri 04 Fev 2023 07:21:00 345 0
Hamilə qadınlar hamiləliyin ilk 3 ayında az və tez-tez qidlanmalıdırlar. Yağsız, iysiz, ədviyyatsız qidalardan istifadə etməkdə fayda var. Bu zaman kəsiyində hamilə qadınlar istədikləri hər yeməyi yeyə bilərlər, amma gərək yediyi qidalar genetik kodu dəyişdirilməmiş qidalar olsun. Ananın qidasını balıq, süd və süd məhsulları təşkil eləsə yaxşı olar. Əgər bu qidalar anada ürəkbulanmaya səbəb olursa, məcburən qəbul etməməlidir. Hamilə qadın tərkibində qatqılar olan qidalardan uzaq durmalıdır. Bu qidalara aşağıdakılar aiddir: * sosislər * kolbasalar * hazır meyvə suları * hazır şirniyyat məmulatları. 3 ay keçdikdən sonra hamilə qadınlar qidalarına daha diqqətlə yanaşmalıdırlar. 3 ayından doğuma qədər ana həm özü, həm də uşağın sağlamlığı üçün qidasına daha həssas yanaşmalıdır. Bu zaman kəsiyində analar gün ərzində 5-6 dəfə qida qəbul eləməlidirlər. Qəbul etdikləri qidaların arasında meyvə, süd, qatıq nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Hamilələr həftədə ən az 2 dəfə ət yeməlidirlər. Hamilə qadın yediyi ətə diqqət yetirməlidir. Ət və ət məhsullarının yaxşı bişməsi lazımdır ki, hamilələrdə heyvan mənşəli xəstəliklər baş verməsin. Hamilə qadınlar həftədə 1 dəfə balıq yeməlidirlər. Hamilələrin axşam yatmazdan əvvəl meyvə və zeytun yeməklərində fayda var. Hər gün bir-neçə dənə qoz, badam, əncir qurusu yemək hamilə qadının Omeqa 3 yağına olan təlabatını az da olsa ödəyir. Hamilə qadın gün ərzində bol su və ya açıq rəngli çay içməlidir. Hamiləlik zamanı ananın çəkisi 10-14 kq arta bilir. Qidasına nəzarəti artırmaqla yanaşı hamilə qadın hər gün piyada gəzməlidir. Hamiləlik zamanı üzmək, yoqa ilə məşğul olmaq və hamilə qadınlar üçün nəzərdə tutulmuş idman növləri ilə məşğul ola bilər.
Bu xəbəri də oxu: Zurabişvili Gürcüstan hakimiyyətinə bir həftə vaxt verdi
Ağciyərlərin iltihabının inkişafı infeksiyanın nüfuz etməsi mexanizmi,
Fevralın 2-də Bərdədə baş verən və 5 nəfərin ölümü ilə nəticələ
İnfeksiyadan asılı variant. Bronxial astmanın bu növünə 35-40 yaşdan yu
Sayrışan hallar nevrozu - sayrışan qorxular(fobiyalar) və ya fikirlər müx
Yan amiotrofik skleroz sinir sisteminin xroniki ikişaf edən xəstəliyi olub,
Yuxu bütün canlıların ettiyac duydyğu bir zaman kəsiyidir. Bu zaman kəsiy
"Sevginin dərəcəsi var. Bağlılığa bağlıdır, zəncirdir. Sevgi ola
1. Autoimmun astma. Autoimmun astma ağ ciyər toxumasının Ag-ə qarşı xəs
Reper Paster (Pərviz Quluzadə) və həyat yoldaşı Natavan Əfəndiyevanın y
Mütəxəssislərin araşdırmalarına görə orta hesabla 100 hamilə qadından
İnsanların çatışmazlıqları bəzən güldürür, hərdən də çətin situ
Bu cür baş ağrıları çiyin və boyun əzələlərinin gərginləşməsi sə
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai B
Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinə yaran