Sayrışan hallar nevrozu
Digərləri 04 Fev 2023 06:05:00 349 0
Sayrışan hallar nevrozu - sayrışan qorxular(fobiyalar) və ya fikirlər müxtəlif olur. Bu nevrozlar həm uşaqlar, həm də böyüklər arasında rast gəlinir. Səbəbləri: -aşağı intellekt və xarici defektlər sayəsində kollektivdə adaptasiyanın pozulması -ailədə xoşagəlməz atmosferin olması, valideynlərin soyuq münasibəti -anadan erkən ayrılma -psixoemosional travma-stress yaradan hər bir hadisə -bütün sferalarda total həyatı çətinliklər Simptomları: Simptomları 3 yerə bölünür: sayrışan qorxular, sayrışan fikirlər və sayrışan hərəkətlər. Sayrışan qorxular fobiyalar adlanır. Belə adamlar istənilən şeydən qorxa bilərlər. Bunlara misal olaraq qaranlıqda qorxma, açıq və ya qapalı mühitlərdən qorxma, yoluxucu xəstəliklərdən, həşəratlardan qorxma ola bilər qorxu hissi həm özü, həm də yaxınları üçün ola bilər. Belə adamlar xüsusi "rituallar" yerinə yetirirlər. Məsələn, infeksiyadan qorxu olduqda tez-tez əllərini sabunla yuyurlar, dəsmalla silmirlər. Sayrışan fikirlər insanlara rahatlıq vermir, onlar bu fikirlərdən qurtula bilmir. Məsələn, evdən çıxanda bir neçə dəfə evə qayıdırlar ki, qazı, suyu bağlasınlar. Sayrışan hərəkətlərdə məs. tez-tez əllərini müəyyən sayda masaya vururlar, başın tüklərini çıxardırlar və s. Siz nə edə bilərsiniz: Belə adamlarla sakit, səbirlə davranmaq lazımdır. Müalicə üçün psixoterapevtə, nevroloqa, psixiatra müracıət etmək lazımdır. Həkim nə edə bilər: Əsas müalicə psixoterapevt tərəfindən aparılır. Həkim sakitləşdirici, psixotrop, antidepressant preparatlar təyin edir.
Yan amiotrofik skleroz sinir sisteminin xroniki ikişaf edən xəstəliyi olub,
Yuxu bütün canlıların ettiyac duydyğu bir zaman kəsiyidir. Bu zaman kəsiy
"Sevginin dərəcəsi var. Bağlılığa bağlıdır, zəncirdir. Sevgi ola
1. Autoimmun astma. Autoimmun astma ağ ciyər toxumasının Ag-ə qarşı xəs
Reper Paster (Pərviz Quluzadə) və həyat yoldaşı Natavan Əfəndiyevanın y
Mütəxəssislərin araşdırmalarına görə orta hesabla 100 hamilə qadından
İnsanların çatışmazlıqları bəzən güldürür, hərdən də çətin situ
Bu cür baş ağrıları çiyin və boyun əzələlərinin gərginləşməsi sə
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai B
Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinə yaran
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
ABŞ Gürcüstan Müdafiə Nazirliyinə 140 ton hərbi yardım çatdırıb.
Kreml sözçüsü Dmitri Peskov Pentaqonun Kiyevə uzaqmənzilli raketlər verə
Avropa Komissiyası Ukraynanın sürətli bərpası üçün 1 milyard avro ayır
ABŞ İranın PUA istehsal edən şirkətinin rəhbərliyinə qarşı sanksiya t