Aliment borcunun silinməsi üçün bu halda icra məmuruna müraciət edilə bilər
Digərləri 23 Dek 2024 11:48:00 71 0
Azərbaycan Respublikasının Ali Məhkəməsi aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bu xəbəri də oxu: Honda tam elektrikli modellərinin FOTOlarını paylaşdı
Bu barədə Son.az-a qurumun mətbuat xidmətindən bildirilib.
İşin hallarına görə, iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət edib. Tələb onunla əsaslandırılıb ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin edib. Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz.
Birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verib. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir.
Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 12 avqust - 20 dekabr 2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır.
Türkiyəli məşhur aktrisa Ezgi Şenler şəxsi həyatı ilə bağlı xoş x�
Əhməd əş-Şəraa - rəvayət və ya dastan qəhrəmanı deyil. Əsla. Amma o
Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri va
Almaniyada Milad bazarına hücum edən şəxs həbs edilib.
İsrail husilərə qarşı mümkün hərbi əməliyyatlarla bağlı mövqeyini a
Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şərait
Azərbaycan Prezidenti İlham Əliyev "Valideynlərini itirmiş və validey
Xəbər verdiyimiz kimi, Suriyada 61 ildir davam edən "Bəəs" rejimi
Prezident İlham Əliyev "Dini maarifləndirmənin aktual məsələləri: �
Dekabrın 24-də saat 19:00-da Bakıda Heydər Əliyev Sarayında görkəmli mus
Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən "
"Milyonçu?" müsabiqəsində 1 milyonluq sual açılıb.
Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, Binəqədi k�
Xəbər verdiyimiz kimi,ötən gecə Xırdalanda mənzildə partlayış olub, ya