Prezident Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 23 Dek 2024 10:32:00 54 0
Prezident İlham Əliyev "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Bu xəbəri də oxu: Əhməd əşŞəraa: Cihadın kölgəsindən Suriyanın zirvəsinə
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları!
Sizi - "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayıram.
Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır. Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir.
Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk.
Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır. Belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür.
Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən din adamlarının, ilahiyyatçıların, alim və mütəxəssislərin aktual problemlərin müzakirəsi ilə bağlı bir araya gəlməsini təqdirəlayiq hesab edirəm. Əminəm ki, toplantınız konstruktiv müzakirələr şəraitində keçəcək, ölkəmizdə dini maarifləndirmənin müasir tələblərə uyğun təşkilinə və mənəvi-əxlaqi dəyərlərin təbliğinə layiqli töhfə verəcəkdir.
Bir daha sizə ən xoş diləklərimi yetirir, Forumun işinə uğurlar arzulayıram".
Dekabrın 24-də saat 19:00-da Bakıda Heydər Əliyev Sarayında görkəmli mus
Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən "
"Milyonçu?" müsabiqəsində 1 milyonluq sual açılıb.
Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, Binəqədi k�
Xəbər verdiyimiz kimi,ötən gecə Xırdalanda mənzildə partlayış olub, ya
Azərbaycanda dekabrın 23-ü saat 9:00-a olan məlumata görə hava şəraiti �
Son.az-ın "Qədimdən bu günə" rubrikasında qədim Sumer şəhəri
Dekabrın 23-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 23 dekabr tarixindən etibarən valyuta məz�
İspan Dəniz Elmləri İnstitutunun (ICM-CSIC) alimləri, elmi qrupun bir hiss�
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qəra
Jennifer Garner son zamanlar iş adamı sevgilisi John Miller ilə nişanlanma e
Rusiya Dövlət Dumasının deputatı Tatyana Butskayanın sözlərinə görə,