Əsədin devrilmə planını ilk Türkiyə təsdiqləyib Yeni detallar
Dünya 23 Dek 2024 10:35:00 55 0
Xəbər verdiyimiz kimi, Suriyada 61 ildir davam edən "Bəəs" rejimi dekabrın 8-də başa çatıb.
Bu xəbəri də oxu: Almaniyada milad bazarına hücum edən şəxs həbs edildi
Son.az xəbər verir ki, Washington Post qəzetində yer alan məlumata görə, noyabrın 27-də başlayan əməliyyat müxalif qüvvələrin uzun müddət hazırladığı və Türkiyənin dəstəyini qazanan genişmiqyaslı hücumla həyata keçirilib. Rejimin devrilməsinə gətirib çıxaran bu prosesin arxa planı HTŞ-nin (Həyat Təhrir əl-Şam) hazırladığı strateji planla bağlıdır.
Əsəd Rusiyaya qaçarkən yanında bu iki şəxs olub - Yeni detallarHTŞ üzvü Musa Elsad verdiyi açıqlamada rejimin devrilməsinə səbəb olan hücum planının dörd il ərzində hazırlandığını bildirib. Plana əsasən, sahədə güc balansını dəyişdirmək və "Bəəs" rejiminə ciddi zərbə vurmaq hədəflənib. Bu plan 2024-cü ilin əvvəlində Türkiyəyə təqdim edilib.
Ankara bu təklifə əvvəlcə ehtiyatla yanaşsa da, prinsipial olaraq razılığını verib. Elsad qeyd edib ki, Türkiyə əvvəlcə münaqişənin qarşısını almaq üçün bölgədəki gərginliyi azaltmağa çalışıb. Lakin İdlibdəki mülki əhaliyə və infrastruktur obyektlərinə rejimin hücumları davam etdikcə Türkiyənin mövqeyi dəyişib.
Noyabrın 11-də başlayan Astana zirvəsi əməliyyatın taleyində həlledici rol oynayıb. Zirvədə Türkiyə Suriya rejiminə və Rusiyaya bölgədəki qeyri-müəyyənliyin daha da pisləşəcəyini və rejimin hərbi əməliyyatlarına cavab veriləcəyini bildirib. Ankara rejim və tərəfdarlarını İdlibdə mülki əhaliyə hücumları davam etdirəcəkləri təqdirdə ciddi nəticələrlə üzləşəcəkləri barədə xəbərdar edib.
Astana zirvəsindən sonra Türkiyə HTŞ-nin təqdim etdiyi plana yaşıl işıq yandırıb. Noyabrın 26-da İsrail və Hizbullah arasında atəşkəs elan edilməsi isə HTŞ-ni daha da hərəkətə keçirib.
Qeyd edək ki, müxalif qüvvələrin güclü hücumları rejim qüvvələrini zəiflədərək, dekabrın 8-də Bəşər Əsədin devrilməsi ilə nəticələnib. Əsəd əməliyyatın dayandırılması üçün son ümid kimi Türkiyə ilə əlaqə yaratmağa çalışsa da, bu cəhdlər nəticəsiz qalıb.
Nərmin Son.az
Prezident İlham Əliyev "Dini maarifləndirmənin aktual məsələləri: �
Dekabrın 24-də saat 19:00-da Bakıda Heydər Əliyev Sarayında görkəmli mus
Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən "
"Milyonçu?" müsabiqəsində 1 milyonluq sual açılıb.
Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, Binəqədi k�
Xəbər verdiyimiz kimi,ötən gecə Xırdalanda mənzildə partlayış olub, ya
Azərbaycanda dekabrın 23-ü saat 9:00-a olan məlumata görə hava şəraiti �
Son.az-ın "Qədimdən bu günə" rubrikasında qədim Sumer şəhəri
Dekabrın 23-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 23 dekabr tarixindən etibarən valyuta məz�
İspan Dəniz Elmləri İnstitutunun (ICM-CSIC) alimləri, elmi qrupun bir hiss�
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qəra
Jennifer Garner son zamanlar iş adamı sevgilisi John Miller ilə nişanlanma e