ABŞdan Çinlə yaşanan insidentlə bağlı
Siyasət 04 Fev 2023 08:03:00 324 0
ABŞ Dövlət Departamenti hava şarı insidentinə görə dövlət katibi Entoni Blinkenin Çinə planlaşdırılan səfərinin təxirə salındığını təsdiqləyib.
Bu xəbəri də oxu: Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verdi
Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Pentaqonun sözçüsü Patrick Rayder brifinqində ölkə ərazisində yüksək hündürlükdə Çinə məxsus kəşfiyyat şarının aşkarladığını və onu izlədiklərini bildirərək deyib: "Biz ÇXR-in təəssüf hissi duyduqları bəyanatını nəzərə aldıq, lakin bu şarın bizim hava məkanında olması suverenliyin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bunun baş verməsi isə qəbuledilməzdir. Departamentdəki tərəfdaşlarla, eləcə də Konqreslə məsləhətləşmələrdən sonra belə qənaətə gəldik ki, hazırda katib Blinkenin Çinə səfəri üçün şərait uyğun deyil".
Dövlət Departamentinin rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlar bu insidenti müzakirə etmək üçün Çinlə açıq əlaqə kanallarını saxlamağa davam edəcək.
Rayderin sözlərinə görə, "şar hazırda kommersiya hava səyahəti üçün nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə yüksək hündürlükdə hərəkət edir və yerdəki insanlar üçün heç bir hərbi və ya fiziki təhlükə yaratmır".
ABŞ Müdafiə Nazirliyi bu topu vurmağı təhlükəli hesab etdiklərini bildirib. Qeyd olunub ki, ABŞ rəsmiləri "vacib məlumatların ələ keçirilməsinin qarşısını almaq üçün hava şarının aşkarlanmasından dərhal sonra tədbir görüblər".
Çin Xarici İşlər Nazirliyindən isə bildirilib ki, "şar Çindən gəlib və mülki məqsəd daşıyır, xüsusən də zond meteoroloji tədqiqatları üçün istifadə olunur. Güclü külək nəticəsində şar idarəetməni itirərək təyin olunmuş kursdan kənara çıxıb". Çin Xarici İşlər Nazirliyi fövqəladə vəziyyət nəticəsində meteoroloji tədqiqat qurğusunun ABŞ hava məkanına keçməsindən təəssüfləndiyini bildirib.
Kreml və Dövlət Dumasına bağlı olan rusiyalı siyasi strateq Sərkis Mirz�
Erməni əsilli astroloq Dmitri Vardanyan Ukrayna müharibəsinin sona çatacağ
Hamiləlik zamanı qadınların dərilərində bəzi problemlər meydana çıxı
Azərbaycan Autizm Assosiasiyasının Baş katibi Cavid Allahverdiyev vəfat edi
Ağciyərlərin xronik obstruktiv xəstəlikləri xronik, ləng proqressivləş�
Fevralın 2-də İstanbulun Bahçelievler bölgəsində idarəetmədən çıxan
Hamilə qadınlar hamiləliyin ilk 3 ayında az və tez-tez qidlanmalıdırlar.
Ağciyərlərin iltihabının inkişafı infeksiyanın nüfuz etməsi mexanizmi,
Fevralın 2-də Bərdədə baş verən və 5 nəfərin ölümü ilə nəticələ
İnfeksiyadan asılı variant. Bronxial astmanın bu növünə 35-40 yaşdan yu
Sayrışan hallar nevrozu - sayrışan qorxular(fobiyalar) və ya fikirlər müx
Yan amiotrofik skleroz sinir sisteminin xroniki ikişaf edən xəstəliyi olub,