Beyin exinokokkozu
Digərləri 04 Fev 2023 08:11:00 368 0
Beyin exinokokkozu exinokokk tərəfindən törədilir. Bu zaman beyində exinokk ətrafında reaktiv iltihab başlayır və bir neçə qatdan ibarət birləşdirici toxuma kapsulu yaranır. Exinokokk qovuqları yaxınlığında olan qan damarları və qişalar infiltratlaşır, parazit ətrafında beyin toxuması yumşalır. Həcmcə exinokokk kiçik noxuddan toyuq yumurtasına qədər böyüyə bilər. Beyində exinokokk ən çox mərkəzi qırşıqlarda, alın payında, yarımkürələrin dərinliyində yerləşır. Çoxkameralı exinokokk beynin bir neçə nahiyyəsində yerləşə bilər. Simptomları: Xəstəliyin əlamətləri beyin şişini xatırladır. Bu zaman həm ümumi, həm də məhəlli əlamətlər meydana çıxır. Göz dibində durğunluq olur, xəstədə ümumi və məhəlli epileptik çırpıntılar, psixi pozğunluq müşahidə olunur. Exinokokkun həcmi və yerləşməsindən asılı olaraq xəstəliyin əlamətləri müxtəlif ola bilər. Bəzən exinokokkun yerləşdiyi yerdə kəllə sümüyü nazikləşir və uzərində naxışlar görünür. Get- gedə xəstə zəifləyir, arıqlayır. Xəstəlik bir neçə ay müddətində kəskinləşıb, epileptik çırpıntıların artmasına və xəstənin ölümünə səbəb olur. Müalicəsi: Xəstəliyin müalicəsi simptomatikdır. Bəzən cərrahi müalicə tətbiq edilir.
Bu xəbəri də oxu: Ermənistanda dörd Rusiya vətəndaşı həbs edildi
Kanada Nikolay Baskov, Mixail Boyarski, Oleq Qazmanov və bir neçə rus ifaçı
Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın nəzarətində olan "H
ABŞ ilk dəfə olaraq Ukraynanın xeyrinə rusiyalıların aktivlərini müsadi
ABŞ Dövlət Departamenti hava şarı insidentinə görə dövlət katibi Enton
Kreml və Dövlət Dumasına bağlı olan rusiyalı siyasi strateq Sərkis Mirz�
Erməni əsilli astroloq Dmitri Vardanyan Ukrayna müharibəsinin sona çatacağ
Hamiləlik zamanı qadınların dərilərində bəzi problemlər meydana çıxı
Azərbaycan Autizm Assosiasiyasının Baş katibi Cavid Allahverdiyev vəfat edi
Ağciyərlərin xronik obstruktiv xəstəlikləri xronik, ləng proqressivləş�
Fevralın 2-də İstanbulun Bahçelievler bölgəsində idarəetmədən çıxan
Hamilə qadınlar hamiləliyin ilk 3 ayında az və tez-tez qidlanmalıdırlar.