Əlaçı şagird xəstəlikdən vəfat etdi
Digərləri 06 May 2025 11:34:00 80 0
Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanaların birində vəfat edib.
Bu haberi de oku: Pensiya ilə bağlı vacib xəbər bu yaşdan...
Son.az modern.az-a istinadən xəbər verir ki, təxminən bir ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları bildirib ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib.
Qeyd edək ki, mərhum məktəbin nümunəvi, əlaçı şagirdlərindən biri olub. O, bir neçə dəfə fənn olimpiadalarında uğur qazanıb. 2023-2024-cü tədris ilində 9-cu sinifin buraxılış imtahanlarında yüksək nəticə göstərdiyindən fərqlənmə attestatına laiq görülüb..