Kartınızda pul varsa, hədəfdəsiniz


Digərləri 06 May 2025 17:40:00 69 0

Kartınızda pul varsa, hədəfdəsiniz

Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün bəli, hər gün - vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib. Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə dərinləşir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı İnternet Formunun prezidenti Osman Gündüz açıqlama verib: 

O bildirib ki, bu, artıq tək-tək hadisələr deyil, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır.

"Təəccüblənməmək mümkün deyil. Axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub. Belə ki, maarifləndirmə kampaniyaları güclənib, kibermütəxəssislərin sayı xeyli artıb, infrastruktur müasirləşdirilib, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb, konkret müsbət nəticələr var ortada, bu Baş İdarə ilə Banklar arasında real vəziyyətdə işləyən anti-fraud system qurulub və s.

Amma maraqlı və absurd olan budur ki , nəticə fərqli istiqamətdə inkişaf edir: kibercinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır. Hər gün külli miqdarda talamalar var. Burada nəsə çatışmır - və çox güman ki, bu çatışmazlıq texnologiya deyil, insan amilidir. Artıq müşahidələrimə əsaslanaraq belə qənaətə gəlmişəm ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır. Sadəcə təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan "yağlı müştərilər" hədəf seçilir. Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq".

Şübhələr nəyə əsaslanır?