Bəyə qadın paltarı geyindirib, meydanda gəzdirdilər Qeyriadi toy


Digərləri 06 May 2025 16:50:00 71 0

Bəyə qadın paltarı geyindirib, meydanda gəzdirdilər  Qeyriadi toy

Çanaqqalanın Bayramiç rayonunun Pınarbaşı kəndində keçirilən toy mərasimi maraqlı və qeyri-adi anlarla yadda qalıb.

Son.az türk mediasına istinadla xəbər verir ki, Pınar Acar və Harun Acar cütlüyünün toyunda ənənəvi zinət əşyalarının əvəzinə təqdim edilən hədiyyələr qonaqları heyrətləndirib.

Toyda zinət mərasimi zamanı cütlüyün dostları fərqli yanaşmaları ilə diqqət çəkiblər. Gəlin Pınar Acarın dostu Hakkı Eren ona buzov hədiyyə edərkən, bəy Harun Acara əmisi Halil Acar və dostu Utku Ercen tərəfindən at bağışlanıb. Daha sonra isə ona qadın paltarları hədiyyə edilib və həmin geyimləri geyinərək toy meydanında gəzməyə məcbur edilib.

Görüntülər toy iştirakçılarını həm güldürüb, həm də təəccübləndirib.