"ChatGPT"dən məsləhət istədi, şəxsi məlumatları ifşa etdi


Digərləri 06 May 2025 14:19:00 67 0

"ChatGPT"dən məsləhət istədi, şəxsi məlumatları ifşa etdi

Süni intellekt texnologiyalarının gündəlik həyatımıza sürətlə daxil olduğu dövrdə sosial mediada yayılan bir hadisə böyük narahatlıq doğurub.

Son.az xəbər verir ki, "ChatGPT"yə sadə bir sual verən qadın cavabında başqa bir şəxsə məxsus şəxsi məlumatlarla qarşılaşdığını iddia edib.

Qadın sosial platformada paylaşdığı yazısında özünün "Sundari" adlandırdığı tovuz çiçəyinin saralmış yarpaqları ilə bağlı "ChatGPT"dən məsləhət almaq istədiyini qeyd edib. Lakin aldığı cavab gözlənilməz və narahatedici olub. Süni intellekt çiçəyə aid məsləhətlər vermək əvəzinə, tamamilə başqa bir şəxsə aid şəxsi məlumatları təqdim edib.

"Cavabda cənab Çıraq adlı bir şəxsin tam tərcümeyi-halı, CA tələbə qeydiyyat nömrəsi, direktorunun adı və ICAI üzvlük nömrəsi olub. Üstəlik, bunları 'Strateji İdarəetmə' qeydləri kimi təqdim etmişdi", - deyə Mehta yazıb.