Pensiya ilə bağlı vacib xəbər bu yaşdan...


Digərləri 06 May 2025 15:00:00 72 0

Pensiya ilə bağlı vacib xəbər  bu yaşdan...

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında ataların da rolu danılmazdır.

Ona görə də imtiyazın ailədə yalnız anaya şamil edilməsi maraq doğurur.

Nəzərə alaq ki, son illərdə çoxuşaqlı ailələrin sayı sürətlə azalır. Belə bir məqamda ailə institutununböyüdülməsi üçün yeni təşviq alətlərindən istifadə vacibdir. Belə alətlərdən biri də erkən pensiya hüququnun atalara da şamil edilməsidir.

Bəs çoxuşaqlı ataların daha tez pensiyaya çıxması gözlənilirmi?

Son.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən bir sıra hallarda ataların da daha tez pensiyaya çıxmaq hüququ var:

"Nəzərə alsaq ki, "Əmək pensiyaları haqqında" qanuna bu istiqamətdə dəyişikliklər edildi. Həmin dəyişikliklərdən biri də ataların bu hüquqlardan istifadəsi halları ilə bağlıdır. Əgər uşaqların böyüdülməsi və tərbiyəsi ata tərəfindən həyata keçirilibsə, o halda ata daha tez pensiyaya çıxmaq hüququna malikdir.