Yeni təyin edilən nazir kimdir?
Digərləri 06 May 2025 16:04:00 90 0
Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təyin olunub.
Bu haberi de oku: Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı DETALLAR
Son.az xəbər verir ki, Kazım Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə başa vurub.
Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında "Menecment və strateji idarəetmə" ixtisası üzrə alıb. 2012-ci ildən etibarən əmək fəaliyyətinə başlayıb.
Əmək fəaliyyəti dövründə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb - aparıcı məsləhətçi, sektor müdiri və şöbə müdiri olub.
Habere ait video
Kaynak: milli.az