Bakıda daha bir YENİLİK
Digərləri 06 May 2025 17:15:00 81 0
Son illərdə şəhər mühitində ekoloji nəqliyyat vasitələrinə, xüsusilə də velosipedlərə maraq artmaqdadır. Bu isə öz növbəsində infrastrukturun müasir tələblərə uyğun şəkildə yenilənməsini zəruri edir. Şəhərlərdə mikromobillik imkanlarının genişləndirilməsi həm nəqliyyat sıxlığının azaldılması, həm də sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu haberi de oku: Sabahın tibbimeteoroloji PROQNOZU
Son.az xəbər verir ki, Bakıda yerləşən bir sıra yolayrıcılarda işıqforlar yeni nəsil led texnologiyası ilə təkmilləşdirilərək, velosipedçilər üçün xüsusi bölmələrlə təmin olunub.
Bu məqsədlə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzi tərəfindən 24 yol kəsişməsində quraşdırılan işıqforlara ümumilikdə 53 ədəd velosiped siqnalları əlavə edilib.
Kaynak: milli.az